Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


Birliyi  tərəfindən  qəbul  edilmiş  Beynəlxalq  Uçot  Standartlanna  keçidlə  əlaqədar



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə2/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   ...   323

Birliyi  tərəfindən  qəbul  edilmiş  Beynəlxalq  Uçot  Standartlanna  keçidlə  əlaqədar 

işlərin  koordinasiyası  və  bu  mühüm  tədbirin  həyata  keçirilməsinə  birbaşa 

məsuliyyət  apancı  dövlət  orqanı  olan  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyinə həvalə edilmişdir. 

Azərbaycan  Respublikası  iqtisadiyyatında  sərbəst  bazar  iqtisadiyyatı 

şəraitində mühasibat uçotuna xas olan vəzifələrin kəskin genişlənməsi, bir çox uçot 

göstəricilərinə  kommersiya  sirrinin  tətbiqi,  mühasibat  hesabatına  açıqlıq  statusu 

verilməsi mühasibat uçotundan uçotun müstəqil növləri kimi maliyyə və idarəetmə 

uçotuna aynimasmm vacibliyinə şərait yaradır. 

Maliyyə uçotu mühasibat (maliyyə) hesabatını tərtib etmək üçün lazım olan 

informasiyaların əsasən əldə edilməsinə istiqamətləndirilməlidir və qanunvericiliyə. 

Milli Mühasibat Uçotu Standartlarına və digər normativ sənədlərə müvafiq olaraq 

həyata keçirilməlidir. 

Maliyyə uçotu dedikdə uçot informasiyasının bir hissəsi başa düşülür, onda 

təşkilatın  maliyyə  vəziyyətinin  fəaliyyəti  haqqında  məlumatlar  əks  olunur.  Bu 

məlumatlar maliyyə hesabatlarının sənədlərində ümumiləşdirilir. 

Mühasibat  uçotunun  yeni  hesablar  planının  tətbiqi  ilə  əlaqədar  olaraq 

Azərbaycan 

Respublikasının 

təşkilatlannda 

mühasibat 

uçotunun 

metodologiyasında  və  təşkilində  köklü  dəyişikliklər  baş  vermişdir.  Bir  tərəfdən 

qeyri-maddi  aktivlərin  və  maliyyə  qoyuluşlarının  yeni  növləri,  digər  tərəfdən  isə 

xüsusi  kapitalın  yeni  tərkibini  təşkil  edən  yeni  təsərrüfat  əməliyyatları  (lizinq, 

veksel və b.) meydana çıxmışdır. 

Mühasibat  uçotu  (maliyyə,  idarəetmə)  sahəsində  təsərrüfat  subyektlərinin 

imkanları  genişlənmişdir.  Onlara  təsərrüfatın  qüvvədə  olan  qay-  dalanndan  və 

xüsusiyyətlərindən  asılı  olaraq  mühasibat  uçotunun  konkret  metodikalarını, 

formalarını,  aparılması  texnikasını  və  təşkilini  müstəqil  müəyyən  edərək,  özünün 

uçot siyasətini işləyib hazırlamaq hüququ verilmişdir. Onlar istehsalat ehtiyatlarını 

istehsal  xərclərinə  aid  edən  zaman  onların  qiymətləndirilməsi  metodlannı, 

məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyərinin  hesablanması  metodlarını  və 

üsullanm özləri seçirlər. 

Maliyyə  hesabatlarında  da  dəyişikliklər  edilmişdir.  Pul  vəsaitlərinin 

hərəkətinə,  debitor  və  kreditor  borclarının  vəziyyətinə  diqqət  güclənmişdir. 

Təşkilatlar  xalis  aktivlərin,  fondlann  yaradılmasının  ölçülərini  müəyyən  etməyə 

başlamışlar. 

Həm  mühasibat  (maliyyə)  uçotunun  təşkilinin  metodologiyasında,  həm  də 

maliyyə hesabatının tərkibində olan bu və digər dəyişikliklər, bi- 


zim fikrimizcə, kifayət qədər dəlillərə əsaslanaraq maliyyə uçotu üzrə dərsliyin dərc 

olunmasım vacib edir. 

Bununla  yanaşı,  dərslikdə  torpaq,  tikili  və  avadanlıqların,  istehsal 

ehtiyatlanam,  əməyin  ödənilməsinə  məsrəflərin,  istehsal  xərclərinin,  pul  və 

hesablaşma  əməliyyatlarının  uçotu  metodikalannm  (məlumdur  ki,  on-  lann 

uçotunda baş verən yeniliklərə düzəliş verməklə) varisliyi saxlanılır. 

Yuxanda qeyd olunan məsələlərin həllində maliyyə uçotu böyük rol oynayır. 

Dərslikdə təsərrüfat subyektlərində maliyyə uçotunun aparılması və təşkilinin əsas 

prinsipləri,  orada  istifadə  olunan  yeni  uçot  anlayışları,  pul  vəsaitləri  və 

hesablaşmaların,  əməyin  və  təşkilatın  işçi  heyəti  ilə  hesablaşmaların,  ehtiyatlann, 

torpaq,  tikili  və  avadanlıqların  və  qeyri-  maddi  aktivlərin,  kapital  və  maliyy^ 

qoyuluşlannın,  istehsalata  məsrəflərin,  hazır  məhsul  və  onun  satışının,  maliyyə 

nəticələrinin və mənfəətin istifadə olunmasının, kapitallann, fondlann, ehtiyatların 

və  cəlb  edilmiş  vəsaitlərin  uçotunun  aparılmasının  xüsusiyyətləri  şərh  olunur. 

Dərslikdə  eyni  zamanda  beynəlxalq  uçot  təcrübəsində  rast  gəlinən  və  təsərrüfat 

subyektlərində geniş istifadə olunan anlayışların izahına xeyli yer verilir. 

İnkişaf etmiş ölkələrdə maliyyə uçotu biliklərinin tədrisi təcrübəsini və onun 

nəticələrini, bu sahədə özümüzün də əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq, ali 

məktəblərdə  “Maliyyə  uçotu”  fənninin  tədris  olunmağa  başlanması  bu  günün  və 

gələcəyin tələblərindən biridir. 

Müstəqil  Respublikamızda  bazar  iqtisadiyyatının  bərqərar  olması 

istiqamətində  köklü  iqtisadi  islahatlar  həyata  keçirilir.  İqtisadi  münasibətlərin 

xarakterinin  yeni  keyfiyyət  halı  alması  iqtisadi  idarəetmənin  adekvat  islahata 

uğramasını  zəruri  edir.  Bazar  münasibətlərinə  keçid  iqtisadiyyatda  kommersiya 

təşkilatının  yerini  tamamilə  başqa  cür  müəyyən  edir.  Onun  işinin  səmərəliliyini, 

təşkilatın  real  iqtisadi  müstəqilliyini,  onun  rəqabət  qabiliyyətliliyini  və  bazarda 

dəyərin vəziyyətini təmin edən idarəetmə fəaliyyətindən çox asılıdır. O informasiya 

sisteminin təşkilini və başqa cür yanaşmasını tələb edir. 

Respublikada  qəbul  edilən  qanunvericilik  aktlan  içərisində  Azərbaycan 

Respublikası Prezidentinin “Mühasibat uçotu haqqında”, 2 sentyabr 2004-cü ildə 

dərc olunmuş Qanunun və “Mühasibat uçotu haqqında” Qanunun tətbiqi haqqında 

7  fevral  2005-ci  ildə  imzaladığı  fərman  xüsusi  yer  tutur.  Adı  çəkilən  qanun 

respublikada  mühasibat  uçotu  və  maliyyə  hesabatı  sisteminin  Beynəlxalq 

praktikada  qəbul  edilmiş  standartlara  uyğun  olaraq  qurulması  konsepsiyasını 

müəyyənləşdirmək  məqsədi  daşıyır.  Qanunun  xüsusiyyəti  onun  bilavasitə 

konseptual, çərçivə xarakteri daşımasıdır. Bundan başqa həmin qanunun tətbiqi ilə 

əlaqədar olaraq 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə