Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə8/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   4   5   6   7   8   9   10   11   ...   323

17 

Nəzarət -

 təşkilat tərəfindən öz məqsədlərini, nailiyyətlərini müəyyən etməyə 

imkan verən prosesdir. Əgər nail olunan nəticələr müəyyən edilmiş standartlardan 

mahiyyətcə  fərqlənirlərsə,  o  zaman  nəzarət  prosesi  standartların  müəyyən 

edilməsindən,  faktiki  nail  olunan  nəticələrin  ölçülməsindən  və  düzəlişlərin 

aparılmasından ibarət olur. 

Nəzarətin  üç  növünü:  əvvəlcədən,  cari  və  sonrakı  (nəticə)  növlərini 

bir-birindən  fərqləndirirlər.  Həyata  keçirilmə  formasına  görə  nəzarətin  bütün  bu 

növləri  oxşardır,  çünki  eyni  məqsədə  malikdirlər:  faktiki  əldə  edilən  nəticələr, 

imkan  olduqca  tələb  olunana  yaxın  olmağa  kömək  etməlidirlər.  Onlar  yalnız 

aparılma vaxtına görə fərqlənirlər. Əvvəlcədən nəzarət təsərrüfat əməliyyatları baş 

verənə qədər, cari nəzarət - əməliyyat həyata keçirilən zaman, sonrakı (nəticə) isə o 

baş verəndən sonra bəyata keçirilir. 

2. 

Mülkiyyətin qorunmasının təmin edilməsi.

 Bu funksiya mühasibat uçotu 

sisteminin  təkmilləşdirilməsi  və  onun  nəzarət  funksiyasının  gücləndirilməsi  ilə 

əlaqədardır. Xüsusilə qeyd etmək lazımdır ki, bu funksiyanı həyata keçirmək üçün 

müvafiq  ilkin  şərtləri:  avadanlıqlarla  təmin  olunan  anbar  binalarının,  nəzarət  və 

ölçü cihazlarının, ölçü taralarmın və s. mövcudluğu lazımdır. 

İdarəetmənin  təkmilləşdirilməsi,  bazar  iqtisadiyyatının  yaranması, 

mülkiyyətçilərin  sayının  artması,  xarici  iqtisadi  fəaliyyətin  inkişafı  şəraitində 

mühasibat  uçotunun  bu  funksiyasının  əhəmiyyəti  artır.  Elmi  təşkil  edilmiş  uçot 

sistemi təkcə oğurluq və mənimsəməni açmağa deyil, həm də müxtəlif rüşvətlə ələ 

almaq istəyən qruplaşmanı aşkar etməyə və i.a. imkan verir, həm də onları nəzərə 

çatdırır. 

Bu funksiyanın həyata keçirilməsi üçün alət, mülkiyyət tərkibində baş verən 

dəyişikliyi müəyyən etməyə imkan verən, təşkilatın əmlakının inventarlaşdırılması 

hesab olunur. 

İnventarlaşdırılma  prosesində  bütün  təsərrüfat  əməliyyatlarının  sənədlərlə 

rəsmiyyətə  salınması  və  sistemin  mühasibat  uçotunda  əks  etdirilməsi,  lazımi 

dəqiqləşdirilmələr və düzəlişlərin həyata keçirilməsi və cari uçotun göstəricilərinin 

faktiki  məlumatlara  uyğun  gəlməsi  yoxlanılır.  İn-  ventarlaşmä  mülkiyyətin 

qorunması  məqsədi ilə məhsulların istehsalına  və satışına  çəkilən  bütün  xərclərin 

düzgün  əks  etdirilməsi  üçün,  xüsusilə  də  xammal-materialların  və  yanacaq-enerji 

ehtiyatlarının  itkisini  nəzərə  çatdırmaq  sahəsində  böyük  əhəmiyyətə  malikdir. 

İnventarlaşmanm  aparılması  bir  qayda  olaraq  böyük  həcmdə  informasiyaların 

islənməsi ilə əlaqədardır. Ona görə də bu prosesdə faktiki maluraatlan mühasibat 

uçotu göstəriciləri ilə müqayisə etməyə, kənarlaşmasım_askar etməyə və mül- 


18 

kiyyətin  qorunmasını  müoyyən  etməyə  imkan  verən  hesablama  texnikası 

vasitələrindən geniş istifadə etmək lazımdır. 

Mühasibat  uçotunun  fəaliyyətdə  olan  sistemi  digər  xidmətlərlə  birlikdə 

mülkiyyətin qorunması, oğurluq, itki və korlanmanın mümkün olan növlərinə səd 

yaratmağı təmin etməyə imkan verir. 

3.

 

İnformasiya  funksiyası.

  Bazar  iqtisadiyyatının  təşəkkül  tapdığı 

şəraitdə  idarəetmə  sistemində  mühasibat  uçotunun  yerinə  yetirdiyi  əsas 

funksiyalardan  biri  -  informasiya  funksiyasıdır.  Müasir  mərhələdə  öz  vaxtında 

daxil olan obyektiv iqtisadi informasiyanın rolu və əhəmiyyəti güclənir. 

Uçot  idarəetmənin  müxtəlif  obyektlərinə  -  təşkilatın  xidmətlərinə,  onun 

bölmələrinə, menecerlərə faktiki  informasiyaların mühüm  mənbəyi, təqdim  edəni 

hesab olunur, onlar da bu informasiyanı digər məlumatlarla istifadə edərək işləyib 

hazırlayırlar və müvafiq idarəetmə qərarlarını qəbul edirlər. 

Əmlakın  və  onun  əmələgəlmə  mənbəyinin  vəziyyəti  və  hərəkəti,  təsərrüfat 

prosesləri  haqqında,  təşkilatın  maliyyə  və  istehsalat-təsərrüfat  fəaliyyətinin  son 

nəticələri  haqqında  hərtərəfli  sintetik  (ümumiləşdirici)  və  analitik  informasiyanı 

şəxsən sistemli mühasibat uçotu qeydiyyatdan keçirir və toplayır. 

Mühasibat  informasiyası  operativ-texniki,  statistik  uçotda,  planlaşdırma, 

proqnozlaşdırma, fəaliyyətin taktika  və  strategiyasının işlənməsi  və  b.  üçün  geniş 

istifadə edilir. 

İnkişafın  bütün  mərhələlərində  mühasibat  informasiyası  qarşısında 

obyektivlik, düzgünlük, öz vaxtında olmaq, operativlik kimi tələblər qoyulur. Lakin 

idarəetmənin  təkmilləşdirilməsinin,  bazar  iqtisadiyyatının  qurulmasının  müasir 

mərhələsində  mühasibat  informasiyasına  yüksək  tələblər  qoyulur.  O  yüksək 

keyfiyyətli  və səmərəli  olmalıdır,  sahibkarların,  birgə  təşkilatların yaradılması  və 

fəaliyyət göstərməsində iştirak edən xarici partnyorun tələblərini təmin etməlidir. 

Bu o deməkdir ki, mühasibat informasiyası minimum miqdarda göstəricilərə malik 

olmalıdır,  lakin  idarəetmənin  müxtəlif  mərhələlərində  maksimum  sayda  onu 

istifadə  edənləri  təmin  etməlidir.  İnformasiya  lazımlı  və  artıq  göstəriciləri  olma- 

maqla məqsədyönlü olmalıdır. 

4.

 

Geriyə əlaqə funksiyası.

 Mühasibat uçotu geriyə əlaqə funksiyasını 

yerinə  yetirir,  bunsuz  geniş  avtomatiaşmaya  əsaslanan  idarəetmə  sistemlərinin 

hərəkətə gəlməsi mümkün deyildir. 

Sistemli mühasibat uçotu idarəetmə işçilərini müəyyən dövrdə təşkilatın və 

onun bölmələrinin fəaliyyəti haqqında, təşkilatın əmlakının. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə