Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Dərsliyin beşinci fəsli “Direkt-kostinq” sistemi üzrə istehsalata məsrəflərin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə4/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   ...   323



Dərsliyin beşinci fəsli “Direkt-kostinq” sistemi üzrə istehsalata məsrəflərin 

və  məhsulun  maya  dəyərinin  kalkulyasiya  edilməsinə,  altıncı  fəsli  isə  normativ 

uçotun və “Standart-kostinq” sisteminin xüsusiyyətlərinə həsr olunmuşdur. 

Axırıncı  fəsildə  Azərbaycan  uçotu  nəzəriyyələri  şəraitində  uçotun  Qərb 

idarəetmə uçotuna uyğunlaşma problemləri xarakterizə olunur. 

Mühasibat  uçotu  dərsliyi  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin 

“Mühasibat uçotu və audit” pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş 

və həmin ixtisasın proqramlarına uyğun yazılmışdır. Kitabda qeyd olunan ixtisasla 

yanaşı, ali məktəblərin iqtisad fakültələrinin və iqtisadi təmayüllü texnikumların və 

kolleclərin  tələbələri,  habelə  təşkilatların  mühasibləri  və  iqtisadçıları,  auditorları 

da istifadə edə bilərlər. 

Dərslik Azərbaycan dilində ali tədris təşkilatlarının tələbələri üçün yazılan 

ilkin  irihəcmli  kitab  olduğu  üçün  nöqsansız  deyildir.  Dərslikdə  buraxılmış 

nöqsanları  aşkar  edib,  bizim  ünvanımıza  göndərən  oxucularımıza  əvvəlcədən 

minnətdarlığımızı bildiririk. Oxucular həmin təkliflərin kitabın növbəti nəşrlərində 

nəzərə alınacağına əmin ola bilərlər. 

Kitab  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “Mühasibat  uçotu” 

kafedrasında hazırlanmışdır. 

Dərsliyin yazılmasında 

iştirak ediblər: 

Sadıqov  Tahir  Əli  oğlu 

iqtisad elmləri namizədi 

- [ bölmə, 5-ci fəsil, I - 4-cä paraqraflar 

II

 

bölmə Il-ci fəsil, I

 - 


5-ci paraqraflar 

6 və 9-cu fəsillər, XI fəsil, 

III

 

bölmə 6-cı fəsil 

Cəfərova  Şəhla  Əti  qızı 

iqtisad elmləri namizədi 

-1 bölmə, 5-ci fəsil, I - 4-cii paraqraflar, 

II

 

bölmə, 4-cü fəsil, I - 5-ci paraqraflar, 

6-cı və 9-cu fəsillər, 

III

 

bölmə, 6-cı fəsil 

Sadıqov Cəfər Əti oğlu 

II bölmə 2-ci fəsil, 2-5-ci paraqraflar, 

4-cü fəsil 6-9-cu paraqraflar 

və 5-ci fəsil 4-9-cu paraqraflar 


BIRINCI BOLMƏ

 

I

 

FƏSİL. İQTİSADİYYATIN İDARƏEDİLMƏSİ 

SİSTEMİNDƏ MÜHASİBAT UÇOTU, ONUN 

MAHİYYƏTİ VƏ FUNKSİYALARI 

1.1.

 

Müasir mərhələdə təsərrüfat uçotunun 

məqsədi və vəzifələri 

Təsərrüfat  uçotu  haqqında  ümumi  anlayış.

  İqtisadiyyatın  idarə 

edilməsində  təkmilləşdirilməsi,  bazar  münasibətlərinin  təşəkkül  tapması, 

mülkiyyətin müxtəlif formalarının istifadə edilməsi, xarici partnyorların iştirakı ilə 

kommersiya  təşkilatlarının  yaradılması.  Beynəlxalq  Mühasibat  Standartlarına 

istiqamətləndirilməsi  uçot  və  auditin  rolu  və  əhəmiyyətinin  gələcəkdə 

yüksəldilməsini nəzərdə tutur. 

Makroiqtisadiyyatın  bazar  iqtisadiyyatının  tələbləri  ilə  idarəedilməsi 

nəzərdə  tutulan  tapşırıqların  yerinə  yetirilməsinə  nəzarət  etmək  və  proq- 

nozlaşdınlmasını  lazım  olan  məlumatlarla  təmin  etmək  üçün  iqtisadiyyatın  idarə 

edilməsində  müşahidənin  təşkil  edilməsini  tələb  edir.  Bu  müşahidə  təsərrüfat 

uçotunun köməyi ilə həyata keçirilir. 

Təsərrüfat  fəaliyyətinə  nəzarət  və  rəhbərlik  etmək  üçün  informasiya  əldə 

etməkdən ötəri, sadəcə olaraq müşahidə aparmaq deyil, həm də müşahidə yolu ilə 

əldə edilmiş məlumatları ölçmək, daha doğrusu, müəyyən miqdar göstəriciləri ilə 

əks  etdirmək  lazımdır.  Sonra  bu  göstəricilərin  qorunub  saxlanması  və  istənilən 

vaxtda  iqtisadiyyatın  idarə  edilməsində  rəhbərlik  etmək  üçün  istifadə  etmək 

imkanını əldə etməkdən ötəri onları qeydiyyatdan keçirmək tələb olunur. 

Təsərrüfat fəaliyyətini əmələ gətirən ayrı-ayn hadisələrin müşahidə edilməsi, 

ölçülməsi  və  qeydiyyatdan  keçirilməsi,  onların  miqdarının  əks  etdirilməsi  kimi 

özlərini göstərirlər. Bu, təsərrüfat uçotunun əsas məzmununu təşkil edir. 

Təsərrüfat  uçotu  öz  başlanğıcını  insan  saymağa  başladığı  vaxtdan 

başlamışdır.  Hələ  çox  qədimdən  insana  xörəyin,  paltarın,  yaşayış  şəraitinin 

hazırlanmasına çəkiləsi əmək sərfi haqqında bilmək lazım gəlirdi. İnsana primitiv 

istehsal və istehlak vasitələrinin ehtiyatları və bu ehtiyat- 


10 

inftiWHDnwwniunB 

lann artırılması üçün nə qədər vaxt tələb olunması haqqında bilmək lazım 

gəlirdi. 

Təsərrüfat uçotunun lazım olması və əmələ gəlməsi maddi istehsalın 

gedişinə  nəzarəti  həyata  keçirməklə,  maddi  istehsal  üçün  lazım  olan 

vəsaitlərin  miqdanm  və  təsərrüfat  fəaliyyətinin  nəticələrini  müəyyən 

etməklə əlaqədardır. 

Təsərrüfat  prosesləri  haqqında  məlumat  toplamaq  üçün  hər  şeydən 

əvvəl  təsərrüfat  fəaliyyətini  əmələ  gətirən  bütün  faktları  və  hadisələri 

müşahidə  etmək  lazımdır.  Müşahidənin  nəticələri  miqdarla  əks  olunur, 

yəni ölçülür, qeydiyyatdan keçirilir, qruplaşdınlır və ümumiləşdirilir. 

Beləliklə, təsərrüfat uçotu, təsərrüfat fəaliyyətinə nəzarət və onu idarə 

etmək  məqsədilə  təsərrüfat  fəaliyyətinin  miqdarca  əks  etdirilməsini  və 

keyfiyyət xüsusiyyətlərini özündə əks etdirir. 

İnsan cəmiyyətinin bütün inkişaf mərhələlərində təsərrüfat uçotunun 

məzmunu  və  vəzifələri,  habelə  metod  və  formaları  bir  cür  deyil,  ictimai 

quruluşun dəyişilməsi ilə birlikdə dəyişilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  təşkilatın  işçilərinin  yaradıcılıq 

aktivliyi  artır.  İşçilər  təsərrüfatın  idarə  edilməsində  bilavasitə  iştirak 

edirlər.  Ona  görə  bazar  münasibətləri  şəraitində  uçot  və  nəzarət  mühüm 

əhəmiyyət kəsb edir. 

Uçot qarşısında müəyyən tələblər, yəni, uçotun tam, dəqiq, aydın və 

sadə, vaxtlı-vaxtında olması, qənaətli olması kimi tələblər qoyulur. 

Uçot  tam  olmalıdır,  yəni  onda  təşkilatın  işlərinin  bütün  tərəfləri, 

təsərrüfat əməliyyatlan və prosesləri əks olunmalıdır. 

Uçot  dəqiq  və  obyektiv  olmalıdır.  Uçot  qeydlərindən  əldə  edilən 

bütün  məlumatlar  əgər  dəqiq  olarsa  və  maliyyə-təsərrüfat  fəaliyyətinin 

bütün göstəricilərinin yerinə yetirilməsini əks etdirirsə, bu zaman düzgün 

rəhbərlik  etməyi  və  təşkilatın  fəaliyyətinə  nəzarəti  həyata  keçirməyi, 

əmlakın qorunmasını təmin etmək olar. 

Uçotun aydın və sadə olması, işçilərin başa düşməli olmasına imkan 

verir.  Bu  tələblərin  həyata  keçirilməsi,  işçiləri  təşkilatın  təsərrüfat 

fəaliyyətini idatə etməsinə və nəzarət etməsinə cəlb etməyə imkan verir. 

Bu fəaliyyətlərin nəticələri istehsalat müşavirələrində, iclaslarda, iqtisadi 

təhlil bürolarında müzakirə edilir. 



Uçot  gərək  tələb  olunan  informasiyaları  öz  vaxtında  versin  ki, 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə