Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Mühasibat  uçotu  sistemində  təşkilatda  həyata  keçirilən  və  pul  ölçülərinə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə7/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   10   ...   323

15 

Mühasibat  uçotu  sistemində  təşkilatda  həyata  keçirilən  və  pul  ölçülərinə 

malik olan bütün təsərrüfat əməliyyatları əks olunur. 

Mühasibat  uçotu  uçotun  digər  növlərində  tətbiq  olunmayan  və  ya  nadir 

halda tətbiq edilən spesifik metodlan (üsulları) istifadə edir (misal üçün, hesablar, 

ikili yazılış, balans). 

Mühasibat uçotu təşkilatın idarə edilməsində böyük rol oynayır, çünki onun 

fəaliyyəti maliyyə vəziyyəti haqqında daha tam informasiyaya malik olmağa imkan 

verir. 

Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun rolu və əhəmiyyəti daha 

da əhəmiyyətli dərəcədə artmışdır. 

Müasir  şəraitdə  bazar  iqtisadiyyatının  təşəkkül  tapması  və  idarəetmənin

təşkilatın  inkişafının  yeni  strategiyasının  işlənməsinin  təkmilləşdirilməsi  ilə 

əlaqədar olaraq mühasibat uçotu sisteminin rolu və əhəmiyyəti güclənir. 

Mühasibat uçotunun elmi əsaslandırılmış sisteminin təşkili bütün etiyatlann 

səmərəli  istifadə  edilməsinə,  kommersiya  təşkilatının  maliyyə-  əmlak  vəziyyətinin 

əks etdirilməsi və təhlilinin yaxşılaşdırılmasına təsir göstərir. 

Ölkə  və  xaricin  müsbət  təcrübəsinin  daha  geniş  istifadə  edilməsinə, 

mühasibat  informasiyalarının  işlənməsinə  və  hesablama  texnikasının  müxtəlif 

vəsaitlərinin  tətbiqinə  yönəldilən  uçot  və  hesabatın  Beynəlxalq  standartlanna 

keçməklə  əlaqədar  olaraq,  hazırkı  mərhələdə  mühasibat  uçotunun  sistemi 

qarşısında yüksək tələblər qoyulur. 

Bu problemlərin həlli mühasibat uçotunun nəzəri və metodoloji vəziyyətinin 

gələcəkdə inkişafı ilə əlaqədardır. Mühasibat uçotunun nəzəriyyəsi mühasibat uçotu 

sisteminin  əsası  hesab  olunur.  Qanunvericilik  aktlarına,  əsasnamələrə,  iqtisadi 

elmlərə  və  fənlərə,  ölkə  və  xaricin  böyük  praktiki  təcrübəsinə  əsaslanaraq  o, 

mühasibat  uçotunun  əsasını  təşkil  edən,  nəzəri  uçot  kateqoriyalarını  müasir 

səviyyənin prinsiplərinə uyğunlaşdırır. 

Mühasibat  uçotu  sistemlərinin  müvəffəqiyyətli  inkişafı  iqtisadçı  kadrların, 

xüsusilə  təsərrüfatın  müxtəlif  sahələrində,  mülkiyyətin  müxtəlif  formalan  zamanı 

təşkilatların  işlədiyi  şəraitdə  uçot  və  audit  üzrə  mütəxəssislərin  hazırlanmasının 

təkmilləşdirilməsi ilə yüksək dərəcədə müəyyən edilir. 

Mühasibat  uçotu  daima  təkmilləşdirilərək  bazar  iqtisadiyyatının  təşəkkül 

tapmasının,  biznes  və  sahibkarlıq  dilinin,  idarəetmənin  fəaliyyət  göstərən 

funksiyasının  mühüm  həlqəsi  olur.  O,  idarəetməni  müxtəlif  səviyyələrdə  uçot 

informasiyaları ilə təmin etməklə idarəetmənin, planlaş 


16 

dırmanın, tənzimlənmənin, təhlilin yaxşı təşkil olunmasına şərait yaradır və təkcə 

keçmişi təsvir etmir, həm də perspektiv xarakter daşıyır. 

Mühasibat  uçotu  -  planlaşdırma,  tənzimləmə,  təşkiletmə  və  həvəsləndirmə 

kimi  funksiyalarla  yanaşı,  idarəetmənin  əsas  funksiyalarından  biridir.  Bu  o 

deməkdir  ki,  idarəetmənin  təkmilləşdirilməsi,  bazar  mexanizminin  yaradılması 

mühasibat uçotunun bütün sisteminin inkişafı ilə qarşılıqlı əlaqədədirlər. 

Sistemli 

mühasibat 

uçotunda 

torpaq, 

tikili 

və 

avadanlıqlann, 

xammal-materialların,  yanacaq-enerji,  əmək,  maliyyə  ehtiyatlarının  hər  bir  növü 

üzrə  faktiki  informasiya  əks  olunur,  bu  da  maliyyə  və  istehsalat-  təsərrüfat 

fəaliyyətini  istiqamətləndirməyə  və  əlaqələndirməyə,  arzu  olunan  nəticələrə  nail 

olmağa imkan verir. 

Təşkilatı  idarə  etmək  məqsədilə  bu  informasiyanı  daha  səmərəli  istifadə 

etmək  üçün,  mühasibat  uçotunun  elə  sistemini  təşkil  etmək  lazımdır  ki,  uçotun 

qabaqcıl metodlarından, müsbət xarici təcrübənin, mühasibat uçotunun Beynəlxalq 

standartlarının, hesablama texnikasının geniş tətbiq edilməsinin istifadə edilməsinə 

istiqamətləndirilsin. 

İdarəetmə  sistemində  mühasibat  uçotu  bir  sıra  funksiyaları  yerinə  yetirir, 

onların  əsasını:  nəzarət,  mülkiyyətin  qorunmasının  təmin  olunması,  informasiya, 

geriyə əlaqə, analitik təhlil təşkil edir. 

1. 

Nəzarət funksiyası.

 İdarəetmənin təkmilləşdirilməsi, mülkiyyətin müxtəlif 

formaları, bazar münasibətlərinin təşəkkül tapması şəraitində mühasibat uçotunun 

formalan  və  metodlannm  inkişafı,  xarici  təcrübənin  istifadə  edilməsi,  hesablama 

texnikasının  geniş  tətbiq  edilməsi,  mühasibin,  iqtisadçının,  analitikin, 

avtomatlaşdırılmış  iş  yerlərinin  imkanlarının  istifadə  edilməsi  nəticəsində 

mühasibat uçotunun nəzarət funksiyasının güclənməsi baş verir. 

Mülkiyyətin  müxtəlif  formalannm  mövcudluğu,  təşkilatın  hüquq-  lannın 

genişlənməsi o demək deyildir ki, makroiqtisadiyyatda maliyyə nəzarəti, istehsalata 

və məhsul satışına, yerinə yetiriləm işlərə və göstərilən xidmətlərə çəkilən xərclərə 

nəzarət  mütləq  zəifləməlidir,  əksinə,  uçot  aparatının,  nəzarət-təftiş  xidmətinin, 

bankların,  auditor  firmalarının,  vergi  orqanlannm  işçiləri  təsərrüfatçılığm  yeni 

metodlanna söykənərək müxtəlif növ ehtiyatların istifadə edilməsinə güclü nəzarəti 

həyata keçirilməlidirlər. Mühasibat uçotunun vahid, bütöv sistemində onun nəzarət 

funksiyasının rolu güclənir və daha böyük əhəmiyyət kəsb edir, çünki müdiriyyətə, 

rəhbərlərə, menecerlərə, misal üçün, təkcə öz təşkilatının maliyyə vəziyyətini deyil, 

həm  də  rəqib  təşkilatların  maliyyə  vəziyyətini,  ödəmə  qabiliyyətini  də  bilmək 

lazımdır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə