Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə9/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   5   6   7   8   9   10   11   12   ...   323

19 

onların 

əmoləgəlmo 

mənbələrinin, 

öhdəliklərinin 

vəziyyəti 

haqqında, 

malgöndərənlərlə,  malalanlarla,  sifarişçilərlə,  banklarla,  vergi  orqanlan  ilə,  xarici 

partnyorlarla  qarşılıqlı  münasibətlər  haqqında,  maliyyə  nəticələrinin,  mənfəətin 

əmələ gəlməsi və onun istifadəsi haqqında, sahibkarlarla (səhmdarlarla, təsisçilərlə 

və b.) münasibət haqqında faktiki məlumatlarla təmin edir. 

Göstəricilərin  faktiki  əhəmiyyətini  əks  etdirən  mühasibat  informa- 

siyalannın  köməyi  ilə  geriyə  əlaqədən  istifadə  edərək,  plan  göstəricilərinin, 

standartların,  norma  və  normativlərin,  smetaların  yerinə  yetirilməsinə,  bütün 

növdən  olan  ehtiyatların  qənaətlə  istifadə  edilməsinə  riayət  olunmasına  nəzarət 

həyata  keçirilir,  müxtəlif  çatışmamazlıqlar  müəyyən  edilir,  istehsal  ehtiyatları  və 

onların səfərbər edilməsi və istifadə edilmə dərəcəsi aşkar edilir. 

5. 

Analitik  funksiya.

  İdarəetmənin  təkmilləşdirilməsinin  və  bazar 

münasibətlərinin  formalaşmasının  müasir  vəziyyətində  analitik  funksiya  da 

həmçinin vacibdir, çünki doğru və hüquqi əsaslandınimış mühasibat informasiyası 

təşkilat  və  onun  bölmələrinin  maliyyə  və  istehsalat-təsərrüfat  fəaliyyətinin  təhlili 

üçün  istifadə  edilir.  Analitik  funksiya  informasiya  funksiyası  ilə  möhkəm 

əlaqədardır, lakin ona təhlilin informasiya mənbəyi kimi baxmaq düzgün deyildir. 

Bu  funksiyanın  həyata  keçirilməsi  mühasibat  uçotunun  bütün  bölmələri 

üzrə,  o  cümlədən  ehtiyatların  bütün  növlərinin  istifadə  edilməsi,  istehsalata  və 

məhsulun satışına çəkilən məsrəflər, bazar qiymətlərinin, informasiya proseslərinin 

və  i.a.  fəaliyyəti  şəraitində  xüsusi  vacib  əhəmiyyətə  malik  olduğuna  görə  tətbiq 

edilən qiymətlərin düzgünlüyü təhlili həyata keçirməyə imkan verir. 

Mühasibat  uçotunun  spesifik  üsullan,  metodlan  və  formalan  hesablama 

texnikasının  geniş  istifadə  edilməsi,  avtomatlaşdırılmış  iş  yerlərinin  fəaliyyət 

göstərməsi lazım olan hallarda təhlil edilən göstəriciləri ilk sənədin məlumatlanna 

qədər dəqiqləşdirməyə imkan verirlər. 

Elektron  hesablama  maşınlannm  yaddaşında  xammal-materiallann, 

yanacaq-enerji resurslarının, əmək məsrəfləri və əmək haqqının və maya dəyərini 

təşkil edən digər xərclərin standartlan, normalan və normativləri, plan göstəriciləri

istehsala  xidmət  və  idarəetmə  üzrə  smeta  göstəriciləri  və  b.  saxlanılır.  Elektron 

hesablama  maşınlarına  lazımi  faktiki  məlumatların  yerləşdirilməsi,  onlan 

standartlarla,  normalarla  və  normativlərlə,  plan,  smeta  göstəriciləri  ilə  müqayisə 

etmək, müvafiq qaydada qruplaşdınimış kənarlaşmalara (səbəblər, günahkarlar və 

digər  əlamətlər  üzrə)  malik  olmağa  imkan  verir  ki,  bunlar  da  kommersiya 

təşkilatının 


20 

maliyyə, istehsalat-təsərrüfat fəaliyyətinin təhlilində, operativ idarə etmək, müvafiq 

idarəetmə  qərarlarının  hazırlanması,  əsaslandırılması  və  qəbul  edilməsi  üçün, 

həmçinin  təşkilatın  bazarda,  rəqib  təşkilatlar  arasında  və  b.  vəziyyəti  müəyyən 

etmək üçün istifadə olunurlar. 

Analitik  funksiyanın  gücləndirilməsi  bazar  münasibətlərinin  və  rəqabət 

qabiliyyətinin  inkişafı  ilə  əlaqədardır  ki,  bu  da  maliyyə  təhlilinin  dərinləşməsinə 

imkan verir. 

II

 

FƏSİL. MÜHASİBAT UÇOTUNUN PREDMETİ 

VƏ METODU 

2.1.

 

Mühasibat uçotunun ümumi xarakteristikası 

Mühasibat  uçotu  təsərrüfat  subyektlərinin  aktivləri  (əmlak),  öhdəlikləri, 

gəlirləri  və  xərcləri  və  onlann  hərəkəti,  təsərrüfat  subyektlərinin  idarəedilməsi 

prosesinə aktiv təsir etmək məqsədi ilə tam, ardıcıl və sənədli əks etdirmək yolu ilə 

əmələ gələn bütün təsərrüfat əməliyyatlan (təsərrüfat fəaliyyəti faktları) haqqında 

dəyər  ifadəsində  informasiyalan  toplamaq,  qeydiyyatdan  keçirmək  və 

ümumiləşdirməklə qaydaya salınmış sistem kimi özünü göstərir. 

Bu tərifdə təkcə mühasibat uçotunun mahiyyətinin şərh edilməsi deyil, həm 

də uçot prosesinin əsas mərhələləri (əvvəlcə obyekt haqqında informasiya yaranır və 

toplanır, sonra ölçülür və qeydiyyatdan keçirilir, axırda istifadə edənlərə verilmək 

üçün sonrakı işlənməsi və qruplaşdınl- ması həyata keçirilir) əks etdirilir, həmçinin 

mühasibat  uçotunun  təsərrüfat  uçotunun  digər  növlərindən  -  statistika  və 

operativdən  əsas  fərqləri  verilir;  statistika  təsərrüfatçılıq  subyektinin  sahibkarlıq 

fəaliyyətini  müşahidə  etməklə  yanaşı,  ictimai  həyatın  bütün  tərəflərini  öyrənir; 

operativ  uçot  təsərrüfatçılıq  subyektinin  sahibkarlıq  fəaliyyətinin  ancaq  ayrı-ayrı 

əməliyyatlarını və prosedurlarını əhatə edir. 

Mühasibat 

uçotu 

özündə 

təsərrüfat 

subyektinin 

əmlakının, 

hesablaşmalarının  və  Öhdəliklərinin,  xüsusi  maliyyə  nəticələrinin  vəziyyətini  və 

hərəkətini əks etdirən nizama salınmış və icazə verilmiş informasiya sistemini əks 

etdirir. 

Mühasibat uçotu təsərrüfat hadisələrinin kəmiyyət tərəfini, bütün təsərrüfat 

əməliyyatlarını həm natura göstəricilərində, həm də dəyər ifadəsində tam, ardıcıl, 

sənədli əsaslandırılmış və qarşılıqlı əlaqəli qeydə 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə