Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hesablaşmaların  vəziyyəti  haqqında,  onun  bütün  ehtiyatlannm  ümumi  həcmi



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə6/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   ...   323

13 

hesablaşmaların  vəziyyəti  haqqında,  onun  bütün  ehtiyatlannm  ümumi  həcmi 

haqqında informasiyalar alırlar. 

Mühasibat  uçotunda  bütün  uçot  ölçüləri  -  natural,  əmək  və  pul  ölçüləri 

istifadə edilir. Onda əsasən pul (dəyər) ölçülərinə xüsusi əhəmiyyət verilir. 

Pul  ölçüsünün  köməyi  ilə  mühasibat  uçotu  təşkilatın  bütün  vəsaitlərinin 

həcmi,  istehsal  xərclərinin  ümumi  məbləği  və  s.  barədə  ümu-  miləşdirici 

göstəricilərin əldə edilməsinə imkan verir. 

Öz  xarakterinə  görə  mühasibat  uçotu  tamdır.  O,  bütün  təsərrüfat 

vəsaitlərinin hərəkətini, onlann əmələgəlmə mənbələrini, təsərrüfat əməliy- yatlannı 

və proseslərini əhatə edir. 

Mühasibat  uçotu  vaxta  görə  ardıcıldır.  O,  təşkilatın  təsərrüfat  fəaliyyəti 

nəticəsində vəsaitlərin tərkibində baş vermiş dəyişiklikləri gündəlik əks etdirir. 

Mühasibat  uçotunun  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onda  baş  vermiş 

təsərrüfat əməliyyatlannm əks etdirilməsinin sənədlərlə ciddi əsaslandınlmasıdır. 

Mühasibat uçotu ona xas olan təsərrüfat hadisələrini ikili qeyd (əks olunma) 

metodu  ilə  xarakterizə  edir.  Bundan  əlavə,  bəzi  əməliyyatlar  in-  ventarlaşma, 

təsərrüfat vəsaitlərinin vəziyyətinin naturada yoxlanması yolu ilə aşkara çıxarılır. 

Təsərrüfatın  maliyyə  və  təsərrüfat fəaliyyətini  xarakterizə  edən  mühasibat 

uçotunun  göstəriciləri  rəhbərlik,  iqtisadi  təhlil  və  proqnozlaşdırma  üçün  istifadə 

edilir. 

Statistika  uçotu 

kütləvi sosial-iqtisadi hadisələrin və proseslərin, onların 

qanunauyğunluqlarının və qarşılıqlı əlaqələrinin kəmiyyət və keyfiyyət tərəflərini 

əks etdirir. 

Statistika bütün makroiqtisadiyyat və onun sahələrinin inkişaf proseslərini 

öyrənmək  üçün,  habelə  kommersiya  təşkilatlarında  baş  verən  müxtəlif  kütləvi 

hadisələri  müşahidə  etmək  üçün  tətbiq  edilir.  Statistikanın  köməyi  ilə  çoxlu 

kəmiyyət  və  keyfiyyət  göstəriciləri  hesablanır.  Sənayedə  bu  göstəricilərə  məsələn, 

istehsalın həcm göstəriciləri, əmək haqqının, iş vaxtının istifadə edilməsinin, əmək 

məhsuldarlığının  artımı  və  səviyyəsinin,  maya  dəyərinin  aşağı  salınmasının  və  s. 

dinamikalan 

aid 

edilir. 

İlk 

statistika 

müşahidəsinin 

məlumatları 

makroiqtisadiyyatm ayrı- ayn sahələri üzrə ümumiləşdirilir və makroiqtisadiyyatm 

proqnozlaş-  dınlmasmda  istifadə  edilir.  Buna  görə  statistika  uçotunun  tətbiq 

edilməsi sahəsi mühasibat uçotuna nisbətən əhəmiyyətli dərəcədə genişdir. Müha 


14 

sibat uçotu ancaq bir vo ya bir qrup eyni cinsli təşkilatların çərçivəsində baş verən 

təsərrüfat əməliyyatlannı və proseslərini əhatə edir. 

Statistika  məlumatlan  bölgə,  respublika,  ayrı-ayrı  sahələr  və  bütövlükdə 

makroiqtisadi masştabda ümumiləşdirilir. 

Statistika göstəricilərini hesablamaq üçün bütün ölçü növləri istifadə edilir. 

Məlumatların  toplanması  və  elmi  surətdə  işlənməsi  üçün  sərbəst  üsullardan,  yəni 

bir  vaxtda  qeydə  almadan,  tədqiqatdan,  müşahidədən,  indekslərdən  və 

digərlərindən istifadə edilir. 

Dövlət  statistikasının  əsas  mənbəyini  təşkilatların  hesabatları,  yəni, 

mühasibat, statistika və operativ hesabatlar təşkil edir. 

Təşkilatın  təsərrüfat  fəaliyyətinə  aid  edilən  statistika  məlumatlan  onun 

müvafiq şöbə və xidmətlərində toplanır və işlənir, daha sonra isə Dövlət Statistika 

Komitəsi tərəfindən ümumiləşdirilir. 

1.2.

 

Mühasibat uçotu idarəetmənin əsas funksiyalarından 

biridir. İdarəetmədə uçotun funksiyaları 

Uçot  min  il  bundan  əvvəl  insan  mədəniyyətinin  yaranması  ilə  eyni  vaxtda 

meydana gəlmişdir. Onun ilk addımlan tarix üçün mühüm əhəmiyyət kəsb etmişdir. 

Uçotun inkişafı həyatın tələbindən irəli gəlmişdir, o isə öz növbəsində mədəniyyətin 

yazı və riyaziyyat kimi ayrılmaz hissəsinin yüksəlməsini həvəsləndirirdi. 

Mühasibat uçotu - iqtisadi elmdir. Elm kimi mühasibat uçotu haqqında ilk 

dəfə  Benedetto  Kotruli  (1458-ci  il)  və  Luko  Paçolinin  (1494-cü  il)  əsərlərində 

xatırlanır. 

Təxminən  XV  əsrin  axırlannda  ikili  qeydə  əsaslanan  mühasibat  uçotunun 

nəzəriyyəsi təşəkkül tapır. Bu üsul hazırkı vaxta kimi əsaslardan biri hesab olunur. 

O  vaxtdan  çoxlu  istilahlar  (terminlər):  balans,  kalkulyasiya,  debet,  kredit, 

müxabirləşmə  və  s.  qorunub  saxlanmışdır.  Mühasibat  uçotu  üzrə  dərc  olunmuş 

kitablardan  biri  İntibah  dövrünün  görkəmli  alimi  Luko  Paçoli  (1445  -  1515) 

tərəfindən “Hesablar və yazılışlar haqqında Elmi Əsər” bölməsində yazılmışdır və 

orada ticarət əməliyyatlannm uçotu üçün ikili yazılış üsulu təsvir edilmişdir. 

Mühasibat uçotunun bir sıra xarakterik xüsusiyyətləri vardır ki, bunlar da 

onu uçotun başqa növlərindən (misal üçün, statistik uçotdan) fərqləndirir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə