Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Bazar  iqtisadiyyatının  tətbiqi  şəraitində  uçotun  qənaətli  olması  olduqca



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə5/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   ...   323

11 

Bazar  iqtisadiyyatının  tətbiqi  şəraitində  uçotun  qənaətli  olması  olduqca 

böyük  əhəmiyyətə  malikdir.  Uçotun  apanimasma  çəkilən  xərclərin  ixtisara 

salınması, onun təşkili və metodlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, uçot 

işlərinin kompüterləşdirilməsinin geniş tətbiq edilməsi, uçot işçilərinin ixtisaslarının 

artırılması yolu ilə təmin edilə bilər. 

Uçotda tətbiq edilən ölçülər.

 Təsərrüfat fəaliyyətinin uçotu üçün ölçülərin 

aşağıdakı üç növü tətbiq edilir; natural, əmək və pul ölçüləri. 

Natural ölçülər uçotda eynicinsli obyektlərin naturada əks etdirilməsi üçün 

istifadə edilir və say - ədədlərlə; çəki - kiloqramla, tonlarla və i.a; uzunluq ölçüsü - 

metrlərlə,  santimetrlərlə  və  s.;  həcm  ölçüsü  -  kubmetrlərlə,  litrlərlə  və  b.  əks 

olunurlar. Adətən onlar maddi qiymətlilərə (ehtiyatlar, avadanlıqlar, torpaq, tikili 

və  avadanlıqlar,  iş  heyvanları  və  məhsuldar  mal-qara,  çoxillik  əkmələr,  hazır 

məhsullar)  aid  edilən  obyektlərin  hərəkətinin  uçotu  üçün  tətbiq  edilir,  habelə 

avtonəqliyyatla  yerinə  yetirilən  işlərdə  (ton-kilometr),  inşaat  işlərində  (kvadrat 

metr) və başqa- lannda tətbiq edilir. İstifadə edilən natural ölçülər bütün növ maddi 

qiymətlilərin  hərəkətinin  uçotunu  və  nəzarətini  təmin  etməklə  təşkilatın 

mülkiyyətinin qorunmasına imkan verir. 

Əmək ölçüsü əmək məsrəflərinin uçotu üçün tətbiq edilir və sərf edilmiş iş 

vaxtının  günlər,  saatlar,  dəqiqələrlə  miqdanm  əks  etdirir.  O,  təşkilatın  işçilərinin 

əməyinin uçotu üçün onlara əmək haqqı hesablanan zaman, əmək məhsuldarlığının 

səviyyəsini və fəhlələrin istehsal normalarını müəyyən edərkən istifadə edilir. 

Əmək ölçüsü çox vaxt natural ölçü ilə əlaqələndirilərək tətbiq edilir. Məsələn, 

istehsal  normalanna  riayət  edilməsinə  nəzarət  edən  zaman  -  fəhlələrin  bu  və  ya 

digər miqdarda məhsulun hazırlanmasına nə qədər vaxt sərf edilməsi hesablanır; 

əmək  məhsuldarlığı  hesablanan  zaman  -  vaxt  vahidi  ərzində  (gün,  saat)  məhsul 

istehsalı əlaqələndirilir. 

Pul  ölçüsü  ümumiləşdirici  hesab  olunur,  çünki  müxtəlif  einsli  əşyaları, 

təsərrüfat  vəsaitlərini,  əməliyyatları  vahid  göstəricidə  birləşdirməyə  və  əks 

etdirməyə imkan verir. O, manatla və qəpiklə ifadə ediür. Bu ölçünün vasitəsi ilə 

hazır məhsulun maya dəyəri, təşkilatın bütün fəaliyyəti müəyyənləşdirilir. Bu ölçü 

proqnozlaşdırmada,  təşkilatlar  arasındakı  hesablaşmalarda  qiymətlər  müəyyən 

edilərkən geniş istifadə edilir. 

Beləliklə,  təsərrüfat  uçotunda  müxtəlif  ölçülərdən  istifadə  edilir.  Onlardan 

hər biri müvafiq göstəriciləri hesablamaq üçün lazımdır. Müxtəlif ölçülər bir-biri 

ilə əlaqədardırlar və bir sıra hallarda birlikdə bu və ya digər təsərrüfat hadisəsinin 

daha tam xarakteristikasını əldə etmək üçün 


12 

tətbiq edilir. Bazar şəraitində ümumiləşdirici göstərici əldə etməyə imkan verən pul 

ölçüsü xüsusi rol oynayır. 

Uçotun  növləri.

  Azərbaycan  Respublikasında  uçot  məlumatlarının 

xarakterindən və onların əldə edilməsi üsulundan asılı olaraq təsərrüfat uçotunun 

müxtəlif növləri: operativ-texniki, mühasibat və statistika uçotu tətbiq edilir. 

Operativ-texniki  uçot 

təşkilatda  və  onun  bölmələrində  ayrı-ayrı 

əməliyyatların baş verməsi gedişinə nəzarət və müşahidə etmək üçün təşkil edilir ki, 

bunun  əsas  məqsədi  onların  gedişinə  rəhbərlik  etməkdən  ibarətdir.  Onun  əsas 

mahiyyəti bundan ibarətdir ki, təsərrüfat prosesləri tez və öz vaxtında əks etdirilir, 

kommersiya  təşkilatının  hər  bir  bölməsində  müəyyən  edilmiş  tapşırıqların  yerinə 

yetirilməsi  gedişinə  rəhbərlik  etməkdən  ibarətdir.  Onun  əsas  mahiyyəti  bundan 

ibarətdir ki, təsərrüfat prosesləri tez və öz vaxtında əks etdirilir, təşkilatın hər bir 

bölməsində  müəyyən  edilmiş  tapşırıqların  yerinə  yetirilməsi  gedişinə  təsir  etmək 

üçün  uçot  məlumatlarından  operativ  rəhbərlik  etməkdən  ötəri  istifadə  edilir.  Bu 

zaman  uçot  obyektinin  xarakterindən  asılı  olaraq  natural,  əmək  və  pul  ölçüləri 

tətbiq edilir. Lakin o, əsasən bircinsli əməliyyatları əks etdirir, ona görə onda əsas 

natural və əmək ölçüləri tətbiq edilir. 

Operativ  uçotun  köməyi  ilə  məhsul  buraxılışı  üzrə  tapşırığın  yerinə 

yetirilməsi gedişi haqqında, əmək haqqı fondunun gündəlik xərclənməsi haqqında, 

işçi qüvvəsi və avadanlıqların istifadəsi haqqında, malgöndə- rənlər və malalanlarla 

müqavilələrin yerinə yetirilməsi haqqında məlumatlar əldə edirlər. 

Bəzən operativ uçotun məlumatları qeydiyyatdan keçirilmir, şifahi məlumat 

verilir,  bəzən  isə  onlar  xüsusi  məlumatlarda  və  ya  hesabatlarda  əks  etdirilir. 

Məlumatlar rabitə vasitələri, yəni telefon, teleqraf və s. ilə verilir. 

Sənaye  təşkilatlannda  operativ  uçot  məhsul  buraxılışına  və  onun 

keyfiyyətinə,  avadanlıqların  yüklənməsinə,  istehsal  normalarının  yerinə 

yetirilməsinə,  təchizatın,  məhsulların  yüklənməsinin  və  satışının  təsdiq  olunmuş 

cədvələ  müvafiq  yerinə  yetirilib-yetirilməməsinə  və  s.  gündəlik  müşahidə  etmək 

üçün səmərəli istifadə edilir. 

Mühasibat  uçotu 

təşkilatın,  firmanın  və  səhmdar  cəmiyyətlərinin 

fəaliyyətlərinin  tam,  ardıcıl  və  sənədli  müşahidə  edilməsi,  ölçülməsi  və  pul 

ölçülərində əks etdirilməsi üçün elmi əsaslandırılmış sistemdir. 

Mühasibat uçotunun vasitəsi ilə təsərrüfatda olan müxtəlif maddi qiymətlilər 

və pul vəsaitlərinin miqdarı haqqında, başqa təşkilatlarla 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə