Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  18  iyun  2008-ci  ildə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə3/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   2   3   4   5   6   7   8   9   ...   323

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  18  iyun  2008-ci  ildə 

“2005 - 2008-ci illərdə Mili Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” 

qəbul olunmuşdur. 

Həmin  proqramın  icrası  ilə  əlaqədar  Maliyyə  Nazirliyinin  təşkilati  və 

metodiki rəhbərliyi altında Kommersiya, Büdcə və Qeyri-hökumət təşkilatları üçün 

Milli  Mühasibat  Uçotunun  Standartları  və  onların  tətbiqi  üzrə  tövsiyə  və  şərhlər 

hazırlanmış və artıq həmin sənədlərin tətbiqinə başlanılmışdır. 

Mühasibat  (maliyyə)  uçotu  təşkilatın  mövcud  informasiya  sisteminin  əsas 

hissəsi kimi bütün səviyyədə operativ informasiya ilə idarə- edənləri təmin etmir. 

Öz spesifikliyinə görə maliyyə uçotu bazar şəraitində təşkilatın fəaliyyətinin daxili 

idarəedilməsinin strategiya və taktikasını işləyib hazırlamaq üçün informasiya verə 

bilməz. 

Sahibkarlıq fəaliyyətinin idarəetmə qərarları plan, normativ, texnoloji, uçot 

və analitik informasiyaya əsaslanırlar. İdarəetmənin əsas funksiyası olan nəzarət və 

tənzimlənmə plan məlumatlarını və operativ uçot məlumatlarını müqayisə etməklə 

həyata keçirilir. İdarəetmə qərarlarının nəticələrinin qiymətləndirilməsi və onların 

icrasına görə məsuliyyət daxili hesabatların məlumatlarına əsasən həyata keçirilir. 

Təşkilatın  gələcək  inkişafının  planlaşdırılması  və  koordinasiyası  xüsusi  üsulların 

köməyi ilə həyata keçirilən analitik hesablamalara əsaslanır. 

Təşkilatın  informasiya  sistemində  belə  funksiyaları  mühasibat  (idarəetmə) 

uçotu  yerinə  yetirir.  Mühasibat  uçotunun  beynəlxalq  təcrübəsi  ümumi  sistemdən 

idarəetmə uçotunun ayrılmasını XX əsrin 40 - 50- ci illərinə aid edir. Hər şeydən 

əvvəl bu, sahibkarlıq fəaliyyətinin səmərəliliyini yüksəltmək problemi ilə əlaqədar 

idi. 

İdarəetmə uçotu ona xas olan fərqləndirici əlamətlərə, metodlara, üsullara və 

aparılması prinsiplərinə malikdir. O iqtisadi biliklərin xüsusi sahəsi kimi çıxış edir. 

Bu  fənni  öyrənən  hər  bir  kəs  idarəetmə  uçotunu  mənfəətin  əldə  edilməsi, 

əmtəə  və  xidmətlərin  bazarda  məqsədlərinə  nail  olmağa  yönəldilən  təşkilatın 

sahibkarlıq  fəaliyyətinin  idarəedilməsi  mexanizmi  kimi  təsəvvür  etməyi 

bacarmalıdır,  maliyyə  və  idarəetmə  uçotunun  fərqləri  və  oxşarlığı  haqqında 

anlayışa  malik  olmalıdır.  Konkret  təşkilatın  misalında  idarəetmə  uçotunun 

mahiyyətini  və  vacibliyini  əsaslandırmalıdır.  Konkret  təşkilatın  şəraitinə 

uyğunlaşdırılması  mümkün  olan  idarəetmə  uçotu  sistemi,  idarəetmənin 

məqsədlərindən  və  imkanlarından  asılı  olaraq  seçilməli  və  ya  işlənməlidir. 

İdarəetmə uçotu funksiyalarının yerinə yetirilməsinin məcburiliyini əsaslandırmağı 

bacarmaq lazımdır. 


Aşağıda  qeyd  olunan  spesifik  prinsiplərə,  yəni  istehsalın  planlaşdı- 

rılmasında  və  uçotda  vahid  plan-uçot  ölçü  vahidlərindən  istifadə  edilməsinə; 

quruluş  bölmələrinin  fəaliyyətinin  nəticələrinin  qiymətləndirilməsinə,  təşkilatın 

istehsal və kommersiya tsikllərini əks etdirən dövrü- lüyə; məsrəflərə büdcə (smeta) 

və normativ nəzarət edilməsinə xüsusi diqqət yetirilməlidir. 

Dərsliyin üçüncü bölməsi yeddi fəsildən ibarətdir. 

Dərsliyin  üçüncü  bölməsinin  birinci  fəslində  idarəetmə  uçotunun  nəzəri 

əsasları  verilir.  Bu  fəsildə  kommersiya  təşkilatının  informasiya  sistemində 

idarəetmə uçotunun əhəmiyyəti və yeri göstərilir, onun mühasibat uçotunun ümumi 

sistemindən  aynimasmm  vacibliyi  əsaslandırılır.  İdarəetmə  uçotunun  mahiyyəti, 

obyektləri,  metodları  və  üsulları,  tərkib  hissəsi,  yerinə  yetirilən  funksiyaları  və 

qurulması prinsipləri, sistemləri kimi anlayışlar müəyyən edilir. Burada idarəetmə 

obyektləri və idarəetmə uçotunun obyektlərinin müqayisəli xarakteristikası verilir, 

maliyyə və idarəetmə uçotunun fərqləri və ümumiliyi göstərilir. 

İkinci fəsildə məhsul istehsalına çəkilən məsrəflərin təsnifatı verilir. Bu fəsil 

iki  hissədən  ibarətdir.  Birinci  hissədə  məsrəflər  və  onların  uçotunun  məqsədləri 

üzrə  təsnifatı  verilir..  Burada  məhsul  istehsalına  çəkilən  'məsrəflərin  uçotunun 

mahiyyəti,  idarəetmə  uçotu  sistemində  məsrəflərin  qiymətləndirilməsi  metodları, 

maya  dəyərinin  kalkulyasiya  edilməsi  və  qiymətləndirilməsi  üçün  məsrəflərin 

təsnifatı,  məsrəflərin  qruplaşdırılma-  sı,  onların  uçot  obyektləri  və  kalkulyasiya 

obyektləri geniş şərh olunur. 

İkinci  hissədə  məsrəflərin  fəaliyyət  növləri  üzrə  təsnifatı  əks  etdirilir.  Bu 

hissədə istehsal proseslərinin idarəetmə uçotunun obyekt olması, maddi resursların 

əldə  edilməsinə  və  saxlanmasına  çəkilən  məsrəflərin  tərkibi  və  təsnifatı, 

maliyyə-satış, təşkilat fəaliyyəti ilə əlaqədar olan məsrəflərin təsnifatı və tərkibi izah 

edilir. 

Dərsliyin üçüncü fəslində idarəetmə uçotunun təşkili xüsusiyyətləri, uçotda 

istifadə  edilən  informasiya  və  təşkilatlarda  məsrəf,  məsuliyyət  mərkəzləri  və 

rentabelliyin  əmələ  gəlməsi,  üstəlik  xərclərin  uçotunun  aparılması  və  onların 

bölüşdürülməsi  qaydası  göstərilir.  Ayrıca  paraqraf-  larda  bitməmiş  istehsalat 

uçotunun  ayrıca  obyektləri  olması,  daxili  hesabat  göstəricilərinin  tərkibi  və 

məzmunu əhatə olunur. 

Dördüncü  fəsildə  məhsulun,  işlərin,  xidmətlərin  maya  dəyərinin 

kalkulyasiya  edilməsinin  əsasları,  istehsala  məsrəflərin  uçotu  və  məhsulun  maya 

dəyəri  kalkulyasiyasının  sadə,  sifariş  və  mərhələ  metodlarının  xarakteristikası  öz 

əksini tapır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə