Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə17/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   13   14   15   16   17   18   19   20   ...   323

36 

44

 

vSair uzunmüddəlli öhdəliklər

 

44x


 

X

 

 

 

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKl.ƏR



 

 

 



X

 

5

 

Qısamüddətli öhdəliklər

 

 

 



 

50

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

50x


 

X

 

 

51

 



Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

5 İ X


 

X

 

 

52

 



Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

52x


 

X

 

 

53

 



Qısamüddətli kreditor borcları

 

53x


 

X

 

 

54

 



Sair qısamüddətli öhdəliklər

 

54x


 

X

 

 

 

CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR



 

 

 



X

 

 

CƏMİ ÖHDƏLİKLƏR



 

 

 



X

 

 

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR



 

 

 



X

 

Yeni  balans  formasının  01  yanvar  2008-ci  ildən  tərtib  edilən  sxemindən 

göründüyü kimi balansın aktivi uzun və qısa müddətli aktivlərdən ibarət olub 2 

bölmədən,  passivi  isə  kapital,  uzun  və  qısa  müddətli  öhdəlikləri  birləşdirən  3 

bölmədən  ibarətdir.  Hər  bir  bölmənin  açılışı  sxemdə  göstərilən  maddələri  əhatə 

edir. 

3.3.

 

Təsərrüfat əməliyyatlarının formaları və onların 

mühasibat balansına təsiri 

Təsərrüfat  fəaliyyəti  prosesində  kommersiya  təşkilatlarında  təsərrüfat 

vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin daimi hərəkəti və dəyişilməsi baş 

verir.  Nəticədə  bir  sıra  vəsaitlər  artır,  o  biriləri  azalır.  Həmçinin  onların 

əmələgəlmə mənbələrində də dəyişiklik əmələ gəlir. Buna görə balansda göstərilən 

vəsaitlərin  və  onların  mənbələrinin  ilk  vəziyyəti  daimi  dəyişir.  Bu  dəyişilmələr 

təsərrüfat  ehtiyatlarınd*  öz  əksini  elə  tapır  ki,  vəsaitlərin  növlərinin  ümumi 

məbləği ilə onların mənbələrinin ümumi məbləği arasındakı bərabərlik pozulmur. 

Bu  bərabərliyin  daimi  saxlanması  balans  ümumiləşdirmələrinin  əsas 

məzmununu təşkil edir. 

Hər bir təsərrüfat  əməliyyatı mütləq balansın iki maddəsində əks etdirilir, 

əgər dəyişiklik ancaq aktiv və yaxud da passivə aiddirsə, belə hallarda balansda 

aktiv və passivin yekunlarını dəyişməyən məbləğlərin qruplarının yerdəyişməsi baş 

Vfrir. Bu, birinci və ikinci formadan olan tfcyişiklik hesab olunur. 


37 

Lakin dəyişiklik bəzən balansın həm aktivinə, həm do passivinə toxunur. Bu 

zaman dəyişikliklərin bəzilərində toxunulan hər iki maddə üzrə onların artması və 

bəzilərində  isə  azalması  halları  baş  verir.  Bu  hallarda  balansın  yekunları 

(valyutalan) müvafiq olaraq artır və ya azalır. Bu üçüncü və dördüncü formadan 

olan balans dəyişmələridir. 

Balans dəyişmələrinin formaları qrafik şəklində verilə bilər. 

Balans dəyişikliklərinin formaları 

Aktiv


 

Passiv


 

Artma Azalma I forma dəyişiklik



 

Artma Azalma II forma dəyişiklik



 

III forma dəyişiklik



 

rv forma dəyişiklik



 

Beləliklə,  balansın  aktiv  və  passivinin  yekunları  hər  hansı  bir 

əməliyyatlardan sonra saxlanılır. 

Beləliklə,  balans  ümumiləşdirmələri  üsulunun  tətbiqi  təşkilatlann 

kapitallarının (fondlarının) vəziyyətinə və istifadə edilməsinə nəzarət etməyə imkan 

verir. 

Birinci  formada  olan  dəyişiklik  ancaq  balansın  aktivinin  maddələri 

tərkibində  baş  verir.  Hər  hansı  təsərrüfat  əməliyyatı  nəticəsində  bir  təsərrüfat 

vəsaiti artır, həmin məbləğ qədər o biri azalır. Bu zaman balansın ümumi yekunu 

(valyutası) dəyişmir. 

Misal. 

Təşkilatın  işçisinə  təhtəl  hesab  olaraq  kassadan  600  manat 

verilmişdir. Bu əməliyyatda toxunulan balansın hər iki maddəsi - aktivdir. Bu halda 

vəsaitlərin  aktivinin  bir  maddəsindən  başqasına  ancaq  yerdəyişməsi  baş  verir. 

Aktivin  yekunu  dəyişmir,  aktiv  və  passivin  məbləğləri  arasındakı  bərabərlik 

saxlanılır. 

II formada olan dəyişiklik zamanı təsərrüfat əməliyyatı həyata keçirildikdə 

dəyişiklik  ancaq  balansın  passivinin  maddələri  tərkibində  baş  verir.  Bu  zaman 

balansın  bir  sıra  maddələri  artır,  həmin  məbləğ  qədər  o  biri  maddələri  azalır. 

Balansın ümumi yekunu (valyutası) dəyişmir. 

Misal.  Bankın  çıxarışına  əsasən  ssuda  hesabından  alınmış  ssuda 

malgöndərənin  borcunun  ödənilməsinə  yönəldilmişdir:  4  mln.  manat.  Balansın 

“Qısamüddətli bank kreditləri” maddəsində məbləğ artır, “Mallara və xidmətlərə 

görə hesablaşmalar” maddəsi azalır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə