Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İkinci  əməliyyat  nəticəsində  təşkilatın  vəsaitlərinin  mənbələrinin  ancaq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə18/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   14   15   16   17   18   19   20   21   ...   323

38 

İkinci  əməliyyat  nəticəsində  təşkilatın  vəsaitlərinin  mənbələrinin  ancaq 

yerdəyişməsi  baş  verir.  Bu  əməliyyat  ancaq  pasivvin  maddələrinə  toxunur.  Bu 

zaman passivin yekunu (valyutası) dəyişmir. Beləliklə, aktiv və passivin məbləğləri 

arasındakı bərabərlik həmçinin pozulmur. 

Üçüncü  formadan  olan  dəyişiklik  zamanı  təsərrüfat  əməliyyatının  təsiri 

nəticəsində  təsərrüfat  vəsaitləri  və  onlann  əmələgəlmə  mənbələri  eyni  məbləğdə 

artır. Aktiv və passivin ümumi məbləği müvafiq olaraq artır. 

Misal. 

250 min manat məbləğində malgöndərənlərdən alınmış materiallar 

təşkilata daxil olmuşdur. 

Balansda  əks  etdirilməsi  xarakterinə  görə  bu  əməliyyat  əvvəlkilərdən 

fərqlənir. O, eyni zamanda balansın həm aktivinə, həm də passivinə toxunur. Lakin 

onun  aktiv  və  passiv  maddələrdə  əmələ  gətirdiyi  dəyişikliklər  eyni  məbləğdə 

olmaqla artmağa doğru yönəldilir. Beləliklə, aktiv və passivin yekunu eyni dəyişir 

və onların arasındakı bərabərlik saxlanılır. 

Balansın  dördüncü  formadan  olan  dəyişiklik  zamanı  təsərrüfat  əməliyyatı 

nəticəsində təsərrüfat vəsaitləri və onların əmələgəlmə mənbələri eyni məbləğ qədər 

azalır. Balansın aktiv və passivinin ümumi məbləği müvafiq olaraq azalır. 

Misal. 

Bank  hesablaşma  hesablarından  2  mln.  manat  bankın  ssuda  üzrə 

olan borclarının ödənilməsi üçün köçürülmüşdür. 

Dördüncü əməliyyat balansın aktiv və  passivinin yekunlarının eyni məbləğ 

qədər azaldılmasına səbəb olur. Buna görə balansın aktiv və passivinin yekunları 

arasındakı bərabərlik bu əməliyyatdan sonra saxlanılır. 

IV

 

FƏSİL. HESABLAR SİSTEMİ 

VƏ İKİ TƏRƏFLİ YAZILIŞ 

4.1.

 

Mühasibat uçotu hesabları və iki 

tərəfli yazılış haqqında anlayış 

Balans ümumiləşdirmələri mövzusunda müəyyən edildi ki, onun köməyi ilə 

mühasibat  uçotunda  təşkilatın  bütün  vəsaitlərinə  aktiv  və  passivin  göstəricilərini 

müqayisə etmək yolu ilə daimi nəzarət həyata keçirilir. 


39 

Lakin  balansda  təşkilatın  vəsaitlərində  baş  verən  dəyişikliklərin  əks 

etdirilməsi  ümumi  xarakter  daşıyır.  Balans  ümumiləşdirmələri  mühasibat 

uçotunda  təsərrüfat  əməliyyatlarının  əks  etdirilməsinin  necə  həyata  keçirildiyini 

açıb göstərmir. 

Balans  ancaq  vəsaitlərin  vəziyyətini  əks  etdirmək  üçün  xidmət  edir. 

Təsərrüfat  proseslərinin  gedişini  müşahidə  etmək  üçün  vəsaitlərin  hərəkəti 

haqqında da məlumat tələb edir. 

Bu  məqsədlə  mühasibat  uçotunda  hesablar  sistemi  tətbiq  edilir.  Beləliklə, 

hesablar sisteminin köməyi ilə təsərrüfat vəsaitlərinin və təsərrüfat əməliyyatlarının 

cari  əks  etdirilməsi  həyata  keçirilir.  Bundan  əlavə  hesablar  sistemi  təsərrüfat 

fəaliyyətinin gedişinə operativ nəzarətin həyata keçirilməsinə imkan verir. 

Təsərrüfat  vəsaitlərinin  və  təsərrüfat  əməliyyatlarının  iqtisadi  qrup- 

laşdırılması,  cari  əks  etdirilməsi  və  operativ  nəzarət  edilməsi  üsuluna  hesablar 

sistemi deyilir. 

Təsərrüfat  fəaliyyətini  cari  müşahidə  etmək  üçün  lazım  olan  məlumatları 

əldə 

etməyə 

imkan 

verən 

mühasibat 

uçotu 

obyektlərinin 

iqtisadi 

qruplaşdırılmasından ötəri hesablar sistemindən istifadə edilir. 

Mühasibat uçotunun hər bir obyekti üçün, yəni təsərrüfat proseslərinin hər 

bir növü üçün, təsərrüfat vəsaitləri və onların mənbələri üçün ayrıca hesab açılır. 

Beləliklə, hesablar həmin təşkilatda mühasibat uçotunun bütün predmetini 

əhatə edən sistemi kimi özünü göstərir. 

Mühasibat  uçotunun  hesablar  sistemində  təsərrüfat  əməliyyatlannın  əks 

etdirilməsi ikitərəfli yazılış vasitəsi ilə həyata keçirilir. Hər bir əməliyyat mühasibat 

sənədlərinin əsasında hesablar sistemində ikitərəfli yazılışla qeydiyyatdan keçirilir. 

Müəyyən dövrə tapşınğın yerinə yetirilməsi prosesində mühasibat uçotunun 

hesablar sistemində, vəsaitlərin hərəkəti əks olunandan sonra bütün hesab qeydləri 

ümumiləşdirilir.  Bu  yolla  əldə  edikniş  göstəricilər,  yəni  dövriyyələr  və  qalıqlar 

mühasibat balansını və digər hesabat formalarını tərtib etmək üçün xidmət edir. 

Hesablarda  qeydlər  uçota  alınan  obyektlərin  xarakterindən  asılı  olaraq 

müxtəlif  ölçülərdə,  yəni  natural,  əmək  və  pul  ölçülərində  aparılır.  Lakin  bütün 

hesablarda  ümumiləşdirilmiş  göstəricilər  əldə  etmək  üçün  digər  ölçülər  istifadə 

edilsə də, pul ölçülərinin olması vacibdir. 

Təsərrüfat  vəsaitlərinin  hərəkəti  uçotda  balans  maddələrinə  müvafiq  olan 

artma  və ya  azalma  şəklində  göstərilir. Məsələn,  nağd  pulun  hərəkəti  kassada  ya 

pulun kassaya daxil olması (“Pul vəsaitləri və onların ekviva 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə