Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  lentləri” maddəsinin artması), ya da onlann kassadan verilməsi kimi (“Pul vəsaitləri



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə19/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   15   16   17   18   19   20   21   22   ...   323

40 

lentləri” maddəsinin artması), ya da onlann kassadan verilməsi kimi (“Pul vəsaitləri 

və onların ekvivalentləri” maddəsinin azalması) xarakterizə olunur. 

Vəsaitlərin və onların mənbələrinin artması və ya azalması hesablarda ayrıca 

əks olunur. Buna görə hesab iki hissəyə bölünür; sol və sağ. Sol tərəf debet, sağ tərəf 

kredit  adlanır.  Debet  sözü  latınca  “debet”  sözündən  götürülmüşdür,  mənası  -“o 

borcludur” deməkdir. Kredit sözü də latın sözüdür, mənası “ o inanır” deməkdir. 

Uçotun  hər  bir  obyekti  üçün,  xüsusən  vəsaitlərin  hər  bir  növü  və  onların 

mənbələri üçün ayrıca hesab açılır. 

Hesab sxematik olaraq belə əks olunur. 

Hesab (uçotun obyektinin adı) 

Debet 

Kredit 

Hesabların  debeti  və  ya  krediti  üzrə  yazılan  əməliyyatlann  məbləğlərinin 

yekunu  dövriyyə  adlanır.  Hesabın  bir  tərəfində  yazılımş  məbləğlərlə,  o  biri 

tərəfindəki  məbləğlər  arasındakı  fərq  qalıq  və  ya  saldo  adlanır.  Saldo  italyan 

sözüdür, bu hesablaşma deməkdir. Debet və kredit arasındakı fərqi göstərmək üçün 

tətbiq edilir. Qalıqlar debet və ya kreditin artıb azalmasından asılı olaraq debet və 

ya  kredit  üzrə  ola  bilər.  Hesabın  debet  qalığını  onun  debetinə,  kredit  qalığını  isə 

kreditinə yazırlar. Ayın əvvəlinə hesabın qalığı olduqda, son qalığı müəyyən etmək 

üçün  hesabın  həmin  tərəfindəki  dövriyyəni  həmin  qalığın  üstünə  gəlib  və  əks 

tərəfdəki  dövriyyəni  çıxmaq  lazımdır.  Əgər  hesabın  son  qalığı  olmazsa,  o  bağlı 

hesab olunur. 

Mühasibat  hesablannda  hər  şeydən  əvvəl  təsərrüfat  vəsaitlərinin  ilkin 

vəziyyəti və onların mənbələri əks olunur, bu ilk qalıq hesab olunur və saldo adlanır. 

Sonra hesablarda təsərrüfat vəsaitlərinin və onların mənbələrinin dəyişilməsini əks 

etdirən,  bütün  baş  verən  əməliyyatlar  yazılır.  Vəsaitlərin  ya  artmasını,  ya  da 

azalmasını xarakterizə edən qeydlər hesablarda onun əks tərəflərində aynca olaraq 

əks etdirilir. 

Təsərrüfat vəsaitlərini əks etdirən hesablarda təsərrüfat vəsaitlərinin bütün 

növlərini  uçota  alırlar.  Debet  üzrə  həmin  növdən  olan  vəsaitlərin  artıniması  üzrə 

əməliyyatları, krediti üzrə isə bu vəsaitlərin azalması ilə 


41 

əlaqədar olan əməliyyatlan uçota alırlar. Bu hesabların debet və kredit dövriyyələri 

arasındakı  fərq  -  debet  qalığı  (saldosu)  -  müəyyən  tarixə  təsərrüfat  vəsaitlərinin 

vəziyyətini  (mövcud  olmasını)  əks  etdirir.  Təsərrüfat  vəsaitlərinin  hərəkətini  əks 

etdirən  hesablar  aktiv  hesablar  adlanır.  Onlar  debet  qeydləri  apanlmaqla  açılır, 

həmin növdən təsərrüfat vəsaitləri qalmadıqda isə bağlanırlar. 

Təsərrüfat vəsaitlərinin aktiv hesablannm sxemi aşağıdakı kimidir: 

Təsərrüfat vəsaitləri hesabı 

Debet 

Kredit 

İlkin qalıq 

Vəsaitlərin  məbləğinin  artması  (+) 

Son qalıq (debetdə)_____________   

Vəsaitlərin məbləğinin azalması (-) 

Aktiv  hesaba  misal  olaraq  221  saylı  “Kassa”  hesabını  göstərmək  olar.  Bu 

hesabın debetində nağd pullann təşkilatın kassasına mədaxil edilməsi, kreditində isə 

kassadan məxaric edilən pul məbləğləri əks olunur. Bu hesabda qalıq (saldo) ancaq 

debetdə ola bilər, çünki kassada mövcud olan pul məbləğlərindən artıq sərf etmək 

olmaz. 

Təsərrüfat  vəsaitlərinin  yaranması  mənbələrini  uçota  alan  hesablar 

vəsaitlərin  əmələgəlmə  mənbələrini  uçota  almaq  üçün  ayrılmışdır.  Həmin 

mənbələrin  yaranmasını  və  artmasını  əks  etdirən  əməliyyatlann  baş  verməsi 

hesabın  krediti  üzrə  yazılır,  azalmasını  əks  etdirən  əməliyyatlar  isə  debet  üzrə 

yazılır.  Hesabın  debet  və  kredit  dövriyyələri  arasındakı  fərq  kredit  qalığını 

(saldosunu) göstərir və ya mənbə ləğv edildikdə o heç olmaya da bilər. Misal üçün, 

kreditdə  borc  ödənildikdən  sonra  hesabın  qalığı  olmaya  bilər.  Təsərrüfat 

vəsaitlərinin əmələgəlmə mənbələrini uçota alan hesablar passiv hesablar adlanır. 

Onlar hesablarda kredit qeydləri apanlmaqla açılır. 

Təsərrüfat vəsaitlərinin əmələgəlmə mənbələrini əks etdirən passiv hesabın 

sxemi aşağıda verilmişdir: 

Təsərrüfat vəsaitlərinin əmələgəlmə mənbələrini 

əks etdirən hesab 

Debet 

Kredit 

Mənbənin məbləğinin azalması (-)



 

İlkin qalıq



 

 

Mənbənin məbləğinin artması (+)



 

 

Son aaliQ İkrcditdə)



 


42 

Passiv  hesaba  misal  olaraq  301  saylı  “Nominal  (nizamnamə)  kapitalı” 

hesabını  göstərmək  olar. Bu  hesabın  kreditində  bir  mənbə  kimi  vəsaitin  artması, 

debetində  isə  azalması  əks  olunur.  Hesab  üzrə  ancaq  kredit  qalığı  (saldosu)  ola 

bilər, çünki mənbəni mövcud olduğundan çox silmək olmaz. 

Həm  aktiv,  bom  də  passiv  hesablar  özlərinin  xarici  görünüşünə  görə 

bir-birlərindən fərqlənmirlər, çünki həm bu və həm də o, sol tərəfə (debetə) və sağ 

tərəfə  (kreditə)  malikdirlər.  Lakin  iqtisadi  məzmunlarına  görə  onlar  bir-birinin 

əksinə  olan  əhəmiyyətə  malikdirlər.  Aktiv  hesablar  balansın  aktivlər  bölməsində 

yerləşirlər  və  debet  qalıqları  olur,  passiv  hesablar  balansın  kapital  və  öhdəliklər 

bölməsində  yerləşirlər  və  kredit  qalıqları  olur.  Aktiv  hesablarda  kommersiya 

təşkilatının təsərrüfat vəsaitlərinin mövcud olması və onların yerləşməsi əks olunur 

(torpaq, tikili və avadanlıqlar, ehtiyatlar, pul vəsaitləri və onların ekvivalentləri və 

i.a.).  Passiv  hesablarda  təsərrüfat  vəsaitlərinin  ödənilməsi  mənbələri  yazılır 

(ödənilmiş  nominal  (nizamnamə),  kapital,  ehtiyatlar,  uzunmüddətli  öhdəliklər, 

fəhlə və qulluqçuların əmək haqqı üzrə borclar, kreditorlar qarşısındakı öhdəlik və 

i.a.). 

4.2.

 

İkitərəfli yazılış metodunun əsaslandırılması, onun 

nəzarət və informasiya əhəmiyyəti 

Təşkilatın vəsaitlərinin dəyişilməsi təsərrüfat oməliyyatlannm nəticəsi hesab 

olunur. Təsərrüfat əməliyyatları hesablarda ikitərəfli yazılış üsulu ilə əks olunurlar. 

Bu  o  deməkdir  ki,  hər  bir  əməliyyat  qarşılıqlı  əlaqəsi  olan  iki  hesabda  yazılır. 

Beləliklə, uçot obyektləri arasında əlaqə yaradılır ki, bu da təşkilatların fəaliyyətinə 

nəzarət etmək və onda baş verən prosesləri öyrənmək üçün çox vacibdir. 

İkitərəfli  yazılışın  vacib  olması  balans  dəyişiklikləri  növlərinə  baxarkən 

müəyyən  edildi.  Orada  göstərildi  ki  hər  bir  təsərrüfat  əməliyyatı  iki  iqtisadi 

hadisəyə gətirib çıxarır və mütləq balansın iki maddəsinə toxunur. 

İkitərəfli  yazılış  hesablarda  qarşılıqlı  əlaqədə  göstərilmiş  əməliyyatlardan 

irəli gələn, hər iki iqtisadi hadisənin vasitəsilə təsərrüfat əməliyyat- lannı özündə əks 

etdirmək üsulundan ibarətdir. İki tərəfli yazılış zamanı 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə