Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təşkilatın fondlarının dövriyyəsi haqqında düzgün məlumat əldə etmək üçün vacib



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə12/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   8   9   10   11   12   13   14   15   ...   323

25 

Təşkilatın fondlarının dövriyyəsi haqqında düzgün məlumat əldə etmək üçün vacib 

şərtlərdən  biri  təsərrüfat  əməliyyatlarının  sənədləşdirilməsi  sayılır.  Mühasibat 

uçotunda  əks  etdirilməli  olan  hər  bir  təsərrüfat  əməliyyatı,  sənədlə  rəsmiyyətə 

salınmalıdır, onlarda baş vermiş əməliyyatın tam şərhi, onun dəqiq miqdar göstərici 

və  dəyər  qiyməti  göstərilir.  Sənədlərdə  əks  olunan  məlumatlann  doğruluğu 

əməliyyatın  baş  verməsinə  məsul  olan  şəxslərin  imzaları  ilə  təsdiq  olunur. 

Mühasibat  uçotu  registrlərindəki  bütün  qeydlər,  doğruluğu  və  onların 

rəsmiləşdirilməsinin  obyektivliyi,  həmçinin  baş  vermiş  əməliyyatlann  qanuniliyi 

yoxlanılmış, adlandırılmış sənədlər əsasında aparılır. 

İnventarlasma  -  əmlakın  həqiqi  faktiki  mövcudluğunun  mühasibat  uçotu 

məlumatlanna  müvafiqliyinin  yoxlanılması  üsuludur.  İnventarlaş-  ma  mühasibat 

uçotu  göstəricilərinin  doğruluğunun  təmin  edilməsi  və  təşkilatın  əmlakının 

qorunması məqsədi ilə həyata keçirilir. 

Torpaq-tikili və avadanlıqlar, iş heyvanları və məhsuldar mal-qara, çoxillik 

əkmələr,  ehtiyatlar,  pul  vəsaitləri,  hesablaşmalar,  bitməmiş  istehsalat,  başa 

çatmamış inşaat, ticarət təşkilatlannın malları və b. inventar- laşdırılması apanlır. 

Müəyyən  edilmiş  müddətlərdə,  maddi  məsul  şəxslər  dəyişdirildikdə, 

auditorlar, istintaq təşkilatları tələb etdikdə və i.a. inventarlaşma həyata keçirilir. 

Pulla  qiymətləndirmə  -

  təşkilatın  əmlakının  və  onun  mənbələrinin  pul 

ölçüsündə əks etdirilməsi üsulu kimi özünü göstərir. Təşkilatın əmlakının və onun 

mənbələrinin  qiymətləndirilməsinin  reallığı  və  doğruluğu  mühasibat  uçotunun 

bütün  sisteminin  qurulması  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Əmlakın 

qiymətləndirilməsinin əsasında dəyər ölçüsündə əks olunan real məsrəflər durur. 

Əmlakın və onun mənbələrinin qiymətləndirilməsi müqayisə məqsədləri ilə 

balansda  əks  etdirmək  üçün  bütün  təşkilatlarda  bir  qaydada  apanimalıdır,  buna 

qiymətləndirmənin  müəyyən  edilmiş  qayda  və  üsulla-  nna  riayət  etməklə  nail 

olunur. Misal üçün, qüvvədə olan normativ sənədlərlə müəyyən edilib ki, mühasibat 

balansında  torpaq,  tikili  və  avadanlıqlar,  iş  heyvanlan  və  məhsuldar  mal-qara, 

həmçinin  qeyri-maddi  aktivlər  qalıq  dəyəri  ilə  göstərilir;  istehsalat  ehtiyatlan, 

onlann əldə edilməsi və tədarükünün faktiki qiymətləri ilə qiymətləndirilirlər; hazır 

məhsul - faktiki istehsalat dəyəri ilə və i.a. göstərilir. 

Kalkulyasiya  -

  məsrəflərin  qruplaşdıniması  və  maya  dəyərinin  müəyyən 

edilməsi üsuludur. Məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin hesablanması - 

məhsulların (işlərin, xidmətlərin) hər vahidinin də- 


26 

yər formasında təşkilatın faktiki məsrəflərinin müəyyən edilməsi üsuludur. 

Mühasibat  uçotu  sistemi  -

  əmlakın  tərkibi,  yerləşməsi  və  əmələgəlmə 

mənbələri  üzrə,  həmçinin  təsərrüfat  əməliyyatlarının  dəyər,  natural  və  əmək 

ölçülərində  əks  olunan,  keyfiyyətli  bircinsli  əlamətləri  üzrə  cari  qarşılıqlı  əlaqədə 

əks etdirilməsi və qruplaşdırılması üsuludur. 

Mühasibat uçotunun hər bir obyekti haqqında yekun məlumatlan əldə etmək 

üçün bütün təsərrüfat əməliyyatlarını qiymətləndirdikdən sonra müəyyən qaydada 

qruplaşdırmaq  və  ümumiləşdirmək  lazımdır.  Sənədlərdə  əks  olunmuş  bu 

əməliyyatları mühasibat uçotu hesablarında qeydiyyatdan keçirirlər. 

Mühasibat uçotunun hər bir obyekti üçün, yəni təsərrüfat proseslərinin hər 

bir növü üçün, təsərrüfat vəsaitləri və onlann mənbələri üçün aynca hesab açılır. 

Beləliklə,  hesablar  həmin  təşkilatda  mühasibat  uçotunun  bütün  predmetini  əhatə 

edən sistem kimi özünü göstərir. 

Mühasibat  uçotunun  hesablar  sistemində  təsərrüfat  əməliyyatlanmn  əks 

etdirilməsi üsulu ikili yazılış vasitəsi ilə həyata keçirilir. Bu üsul ondan ibarətdir ki

hər  bir  təsərrüfat  əməliyyatı  mühasibat  uçotunun  iki  hesabında  bərabər 

məbləğlərdə yazılır. 

Mühasibat  balansı  -

  müəyyən  tarixə  təsərrüfat  vəsaitlərinin  və  onlann 

əmələgəlmə mənbələrinin pulla qiymətləndirilməsinin ümumiləşdirilmiş üsulla əks 

etdirilməsi deməkdir. 

Təşkilatın mühasibat balansı, təşkilatın maliyyə vəziyyətini xarakterizə edir 

və  onlar  tərəfindən  maliyyə  planının  yerinə  yetirilməsinə  nəzarət  etmək  və  onun 

maliyyə fəaliyyətinin qiymətləndirilməsi və təhlili üçün xidmət edir. 

Təsərrüfat üzrə tapşırıqların yerinə yetirilməsi prosesində təşkilatın maliyyə 

vəziyyətini  xarakterizə  edən  mühasibat  balansı  ilə  yanaşı  müəyyən  dövrə  digər 

mühasibat hesabatı formaları tərtib edilir. 

Mühasibat  hesabatı

  -  təşkilatın  əmlak  və  maliyyə  vəziyyəti  haqqında  və 

onun  təsərrüfat  fəaliyyəti  haqqında  müəyyən  edilmiş  formalar  üzrə  mühasibat 

uçotu məlumatlan əsasında tərtib edilən müəyyən edilmiş formalar üzrə mühasibat 

uçotu məlumatları əsasında tərtib edilən məlumatların vahid sistemidir. 

Yuxarıda deyilənlərdən elə bir nəticəyə gəlmək olar ki, mühasibat uçotunun 

metodoloji  əsası  hesablarda  təsərrüfat  əməliyyatlarının  tam,  ardıcıl,  sənədlərə 

əsaslanmış  və  qarşılıqlı  əlaqəli  əks  etdirilməsi  və  hesab  qeydlərinin  mühasibat 

balansında və digər hesabat formalannda ümumi- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə