Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə162/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   158   159   160   161   162   163   164   165   ...   323

344 

Fai/. talonu olan (kuponlu) istiqraz voroqəlori üzrə gəlir özündə bir 

qayda  olaraq  dövrü  olaraq  ödənilən  faizi  əks  etdirir.  İstiqraz  vərəqələrinə 

əlavə  edilmiş  kəsmə  kuponlar,  belə  ödəmələrin  düzgünlüyünə  nəzarət 

etmək üçün istifadə olunur. 

["aiz. talonu olmayan  (kuponsuz) istiqraz vərəqələri üzrə gəlir, faiz 

şəklində  ödənilmir,  ancaq  onun  alış  və  onun  ödənilməsi  həyata  keçirilən 

nominal  dəyəri  arasındakı  fərqin  hesabına  istiqraz  vərəqələri  ödənilən 

zaman alınır (başqa sözlə, kuponsuz. istiqraz vərəqələri üzrə faizlər istiqraz 

vərəqələrinin nominal dəyərinə daxil edilir). 

Buraxılmış kuponlu istiqraz vərəqələrinin nominal dəyərindən artıq 

qiymətə satışı mümkündür. Bu zaman əmələ gələn emissiya gəliri (nominal 

dəyər və satış qiyməti arasındakı fərqin məbləği) 442 saylı “Gələcək hesabat 

dövrlərinin  gəlirləri”  hesabında  uçota  almır  və  istiqraz  borclarının  bütün 

dövrü ərzində bərabər hissələrlə mənfəətə silinir. 

Kuponsuz  istiqraz  vərəqələri  üzrə  satış  qiyməti  və  nominal  dəyəri 

arasındakı  fərq  özünü  bu  istiqraz  vərəqələri  üzrə  gəlir  kimi  göstərir.  O, 

borcun  bütün  dövrü  ərzində  hər  il  bərabər  hissələrlə  801  saylı  “Ümumi 

mənfəət (zərər)” hesabına aid edilir. 

Qiymətli  kağızlara  maliyyə  qoyuluşları,  invcstisiyaçı  üçün  faktiki 

məsrəflər məbləğində uçota qəbul olunur. 

İstiqraz  vərəqələrinin,  digər  borc  öhdəliklərinin  əldə  edilməsinə 

məbləğlər  və  nominal  dəyər  arasındakı  fərq,  onların  dövr  etdiyi  müddət 

ərzində bərabər hissələrlə (hər ay) təsərrüfat fəaliyyətinin nəticələrinə aid 

edilir. 

İstiqraz vərəqələrinin aşağıdakı növlərinin uçot xüsusiyyətləri vardır; 

Geri  götürülən  istiqraz  vərəqələri  (o  cümlədən  təxirə  salma  l'on- 

dunun istiqraz vərəqələri və girovdan çıxarma fondunun istiqraz vərəqələri). 

Emitent,  istiqraz  vərəqələrinin  ödənilmə  vaxtı  çatana  qədər  onların  bir 

hissəsini  geri  götürə  bilmək  (ödəmək)  hüququna  malikdir.  Belə  istiqraz 

vərəqələrinin ödənilməsi üçün təxirə salma fondunun (borcun bir hissəsinin 

və ya hamısının ödənilməsi üçün xalis mənfəətdən hər il ayırmalar hesabına 

xüsusi  yaradılmış)  və  ya  girovdan  çıxarma  fondundan  (istiqraz 

vərəqələrinin  aşağı  qiymətləri  şəraitində  bazarda  xüsusi  istiqraz 

vərəqlərinin  və  ya  səhmlərin  əldə  edilməsi  üçün  həmçinin  xalis  mənfəət 

hesabına  yaradılan) istifadə edilə bilər. Girovdan çıxarma və təxirə salma 

fondları 343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (örtülməmiş 

zərərlər)” hesabının xüsusi yaradılan subhesabmda uçota alınır. 




345 

Sərbəst  (və  ya  məhdudlaşdırılmış)  istiqraz  vərəqələri  sahiblərinə  onlann 

daha gec (və ya daha tez) müddətə həmin dəyərdə o cür və ya fiziki yüksək dərəcəsi 

ilə ödənilməsinə dəyişməyə hüquq verirlər. Belə halda istiqraz vərəqləri üzrə borc 

məbləğləri  504  “Qısamüddətli  borclar”  hesabından  404  “Uzunmüddətli  borclar” 

hesabına keçirilir (və ya əksinə). 

Silsilə  istiqraz  vərəqələri üzrə  borc,  borcun  bütün  müddəti  ərzinə  tədricən 

ödənilir, eyni zamanda faiz ödəmələri də ixtisara salınır. 

Bu  əməliyyatın  əks  etdirilməsi  zamanı  həmin  qiymətli  kağızlann  dəyişmə 

kursunun,  onların  təşkilatın  balansında  uçota  alındığı  dəyərlə  düz  gəlməməsi 

zamanı  mürəkkəbliklər  meydana  çıxır  (emitent  təşkilatlar  üçün  bu  nominal 

dəyərdir).  Bu  qiymətli  kağızlann  dəyər  qiymətləndirilməsində  meydana  çıxan 

fərqlər  mənfəətə  və  ya  zərərə  aid  edilir.  Yeni  qiymətli  kağızlann  (investisiyaçıda) 

onların  əldə  edilməsinə  faktiki  məsrəflərdən  ibarət  olan  məbləği  üzrə  mədaxil 

edilməsi həyata keçirilir (daha doğrusu, silinmiş qiymətli kağızlann uçot dəyəri ilə 

məbləğinə). 

Əmanət sertifikatlan - pul vəsaitlərinin deponentləşdirilməsi haqqında kredit 

təşkilatlarının  yazılı  şəhadətnaməsidir  və  vaxt  qurtardıqdan  sonra  depozitin 

(müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul 

və  qiymətli  kağız)  və  ona  görə  faizlərin  məbləğlərini  almaq  üçün  sahibkann 

hüququnu  təsdiq  edən  şəhadətnamədir.  Əmanət  sertifikatları  həm  dövlət  bankı 

tərəfindən  və  həm  də  kommersiya  bankı  tərəfindən  verilə  bilər.  Əmanət 

sertifikatlarının  iki  növünü;  adlı  və  adsızı  bir-birindən  fərqləndirirlər.  Adsız 

sertifikatlar dövriyyə edə bilər, adlılar isə - alınıb satıla bilməz. Adsız sertifikatlar 

debitorlar  və  kreditorlar  arasında  hesablaşma  vəsaiti  ola  bilər.  Sertifikatlar  üzrə 

faizlər ancaq depozitin müddəti qurtardıqdan sonra ödənilə bilər. 

Bankdan əldə edilən, banklann depozit sertifikatlan 224 saylı “Digər tələbli 

bank hesabları” hesabının 4-cü “Depozit sertifikatlan” subhesabında uçota alınır. 

Depozit  sertifikatlan  satın  alındığı  halda,  əmanətçidə  və  ya  onun  varislik  hüququ 

olanda 234 və ya 183 saylı hesabda uçotu apanlır. 


346 

VII

 

FƏSİL. İSTEHSALATA MƏSRƏFLƏRİN UÇOTU 

7.1.

 

Maliyyə uçotu sistemində istehsalat məsrəfləri və 

buraxılmış məhsulların maya dəyəri haqında informasiya. 

İstehsalata məsrəflərin uçotunun vəzifələri 

Bazar iqtisadiyyatının tətbiqinin sürətləndirilməsi, istehsalın yeni texnika ilə 

təchiz  olunması  və  yenidən  qurulması  yaradılmış  istehsal  potensialında  intensiv 

istifadə edilməsi və idarə etmə sisteminin təkmilləşdirilməsi əsasında iqtisadiyyatın 

inkişafının  sürət  və  səmərəliliyini  artırmaqdan  və  bunun  əsasında  xalqın  rifahını 

daha da yüksəltməkdən ibarətdir. 

Uçot və kalkulyasiyanm məlumatlan, istehsalın inkişafı və təkmilləşdirilməsi 

üzrə təşkilati-texniki tədbirlərin faktiki səmərəliliyi müəyyən edilən zaman, habelə 

təşkilatın  istehsalat  və  maliyyə-təsərrüfat  fəaliyyətinin  müxtəlif  tərəflərini 

qiymətləndirmək  üçün,  plan-iqtisad  və  analitik  hesablamalar  zamanı  istifadə 

olunurlar. 

Faktiki istehsalat məsrəflərinin düzgün və dəqiq uçotu üçün mütləq şərt, ilkin 

sənədlərin  lazımi  səviyyədə  rəsmiləşdirilməsindən  ibarətdir.  Mühasibat  uçotunun 

xarakterik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  təsərrüfat  əməliyyatlannin  ciddi 

sənədləşdirilməsinə  əsaslanır.  Təşkilatın  vəsaitlərinin  sərf  edilməsinə  nəzarət  və 

lazımi  uçotun  təşkili,  sənədlərin  keyfiyyətindən  və  düzgünlüyündən  asılıdır. 

İstehsalat  uçotunun  təşkili,  məhsulun  istehsalına  və  satışına  çəkilən  faktiki 

məsrəflərin  tamlığının  müəyyən  edilməsi  zamanı,  təsadüfi  deyildir  ki,  maddi 

qiymətlilərin  sərf  edilməsi  üzrə  və  əmək  haqqının  istifadə  edilməsi  üzrə 

əməliyyatların  rəsmiyyətə  salınmasına  birinci  dərəcəli  əhəmiyyət  verilir.  Bu 

problemin vacibliyi onunla izah olunur ki, ilkin sənədlərdə mütləq hansı məhsulun 

hazırlanmasına onun aid olduğu göstərilir. Bu, kalkulyasiya obyekti olan məhsulun 

müəyyən növünün istehsalına aid edilən məsrəfləri qruplaşdırmağa və son nəticədə 

onun maya dəyərini müəyyən etməyə imkan verir. 

Təşkilatda  ilkin  sənədlərin  rəsmiləşdirilməsi  ilə  çoxlu  miqdarda  işçilər, 

fəhlələr,  ustalar,  anbar  işçiləri,  normalaşdıncılar  və  i.a.  məşğuldurlar.  Maddi 

qiymətlilərin  sərf  edilməsinə  və  əmək  haqqının  istifadə  edilməsinə,  onların  ilkin 

sənədlərinin düzgün tərtib edilməsindən, uçotun 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə