Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Alınmış  veksellər  üzrə  hesablaşmalann  analitik  uçotu  alınmış  veksellər  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə160/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   156   157   158   159   160   161   162   163   ...   323

340 

Alınmış  veksellər  üzrə  hesablaşmalann  analitik  uçotu  alınmış  veksellər  və 

ödəmə  tapşınqlan  əsasında  apanlır,  onlann  da  əsasında  veksellər  üzrə  borclar 

ödənilir. Veksellərlə təmin olunmuş borclar üzrə uçot alıcılar çərçivəsində aparılır. 

Bu zaman onlar bankda diskont (veksellərin uçotu) edilmiş veksellərə və vaxtında 

borc ödənilməyən veksellərə aynlırlar. 

Diskont  edilmiş  veksellər  dedikdə  -  müəyyən  edilmiş  faiz  dərəcələri  ilə 

veksellər  üzrə  ödəmə  vaxtı  çatıncaya  qədər  veksel  saxlayanlann  həmin  veksellərə 

görə  ssudalar  almaqla  bankda  veksellərin  uçotu  başa  düşülür.  Diskont  edilmiş 

veksel  bankda  olur,  lakin  təşkilatda  (vekseli  saxlayanda)  uçota  alınır.  Veksel  üzrə 

ödəmənin  müddəti  qurtardıqca,  əgər  veksel  verən  veksel  üzrə  vaxtında  ödəməni 

aparmayıbsa, bankın ssudasmı o vaxt təşkilat ödəyir və ödəyiciyə iddia təqdim edir. 

Veksel təşkilatda saxlanıla bilər, ya da saxlanmaq üçün banka təhvil verilə 

bilər. Bu halda təşkilat, bank tərəfindən edilən xidmətə görə ödənilən məbləği 801 

saylı “Ümumi mənfəət (zərər)” hesabına aid edilir. 

Ödəmənin vaxtı çatıncaya qədər sahibi tərəfindən vekselin banka satılması, 

vekselin  uçotu  (diskontu)  adlanır.  Veksel  banka  indossament  (həvalə  qeydi)  üzrə 

verilir. Bu zaman vekselin əvvəlki sahibi, vekselin uçotu əməliyyatlarından bankın 

gəlirini  təşkil  edən  uçot  faizini  (diskontu)  çıxmaqla  bütün  veksel  məbləğini  alır 

(bank  tərəfindən  ödəyicidən  veksel  üzrə  bütün  veksel  məbləğini  ödəmə  və  alınma 

vaxtı çatdıqdan sonra). 

Diskontun  əməliyyatı  ödəyici  tərəfindən  vekselin  ödənilməsi  haqqında 

bankın bildirişini aldıqdan sonra bağlanır. 

Veksel  üzrə  borcun  belə  halda  uçota  alınması  davam  edir.  Veksel  üzrə 

iddialar  təqdim  edildikdən  sonra  veksel  üzrə  borclann  məbləği  217  saylı  “Digər 

qısamüddətli debitor bordan” hesabına silinir. 

Səhm  -  onun  sahibinin  səhmdar  cəmiyyətinin  nizamnamə  kapitalına 

vəsaitlərin  qoyulmasını  təsdiq  edən,  onun  fəaliyyətindən  gəlir  almağa,  cəmiyyətin 

ləğv edilməsi zamanı əmlakın bölüşdürülməsinə və bir qayda olaraq bu cəmiyyətin 

idarə  edilməsində  iştirak  etmək  hüququ  verən  qiymətli  kağızdır.  Daha  doğrusu, 

səhmdar cəmiyyətinin kapitalına müəyyən məbləğdə pul keçirilməsini təsdiq edən 

və sahibkanna “divident”lə də müvafiq qazanc əldə etmək hüququ verən qiymətli 

kağızdır. 

Səhmlər  xüsusi  qiymətli  kağızlar  hesab  olunur,  ancaq  qeyri-dövlət 

təşkilatları  tərəfindən  uzun  dövr  üçün  buraxılır  və  onların  müəyyən  edilmiş 

dövriyyə müddəti olmur. 

Səhmlərin  aşağıdakı  növləri  olur:  adlı  və  təqdim  edənə  (adsız);  adi  və 

imtiyazlı. 


341 

Adlı  səhmlər  sahibkarın  adını  əks  etdirir,  onlann  hərəkətini  səhmlərin 

qeydiyyat  kitabında,  onda  hər  bir  adlı  səhm  haqqında,  onun  əldə  edilməsi  vaxtı 

haqqında və ayn-ayn səhmdarlarda olan səhmlərin miqdarı haqqında məlumatları 

göstərilməklə əks etdirirlər. 

Təqdim edənə (adsız) səhmlər üzrə kitabda ancaq onlann ümumi miqdannı 

yazırlar. Adsız buraxılan səhmlərdə sahibkann adı olmur, bu da cəmiyyətin səhmçi 

ilə möhkəm əlaqə saxlamağına imkan vermir, çünki cəmiyyət öz payçılan haqqında 

informasiyaya  malik  olmur.  Tədavül  nöq-  teyi-nəzərincə  adsız  səhmlər  daha 

sərfəlidir. 

Adi və ya sadə səhmlər sahibkara dividentlərin alınmasına üstünlük hüququ 

vermir, lakin səhmdar cəmiyyətində səs hüququ verir. 

İmtiyazlı  səhmlər  sahibinə  dividentləri  almağa  olduqca  böyük  hüquq 

verməyi təmin edir, lakin əgər nizamnamə ilə başqa bir şey nəzərdə tutulmayıbsa, 

səhmdar cəmiyyətində ona səs hüququ verilmir. 

Adi  səhmlər  üzrə  dividentlərin  qədəri,  əldə  edilmiş  mənfəətdən  və  onun 

səhmdar  cəmiyyətinin  inkişafı  üçün  istifadə  edilməsi  tələbindən,  asılı  olaraq 

səhmdar cəmiyyətinin direktorlar şurası tərəfindən ildə bir dəfə müəyyən edilir. 

Səhmlərin hərəkətinin uçotu 183 saylı “Digər uzunmüddətli investisiyalar” 

adlı  aktiv  hesabın  1-ci  “Paylar  və  səhmlər”  subhesabmda  həyata  keçirilir. 

Səhmlərin əldə edilməsini 183 saylı hesabın 1-ci subhesabın debetində, satılmasını 

isə göstərilən subhesabın kreditində əks etdirirlər. 

Bir  ilə  qədər  müddətə  əldə  edilən,  tez  satılan  səhmlər  234  saylı  “Digər 

qısamüddətli  investisiyalar”  hesabında  uçota  alınır.  Bu  hesabda  səhmlər  1-ci 

“İstiqraz vərəqələri və digər qiymətli kağızlar” subhesabmda uçota alınır. Tez satıla 

bilən  səhmlərin  çoxlu  miqdarda  əldə  edilməsi  zamanı  təşkilat  onlann  uçotu  üçün 

xüsusi subhesab aça bilər. 

Satın  alınmış  səhmlər  onlann  alınmasına  çəkilən  faktiki  məsrəflər 

məbləğində 183 və 234 saylı hesablarda uçota alınır. Faktiki məsrəflər satın alınma 

qiymətlərindən  və  səhmlərindən  əldə  edilməsi  üzrə  əlavə  xərclərdən  -  investisiya 

məsləhətçisinin  və  investisiya  əlaqəsini  yaradan  (brokerin)  xidmətinin 

ödənilməsindən,  həmçinin  qiymətli  kağızlarla  əlaqədar  əməliyyatlara  görə 

vergilərdən  əmələ  gəlir.  Satın  alınma  qiymət  nominal  qiymətindən  və  emitentə 

ödənilən  mükafat  məbləğindən  və  ya  emitentlərə  verilən  güzəştlərin  məbləğindən 

ibarətdir. 

Səhmlər manatlarla, xarici valyutalarla, əmlakın mülkiyyətə və ya səhmdar 

cəmiyyətinin  istifadə  edilməsinə  verilməsi  ilə  ödənilə  bilər.  Ödəmənin  istənilən 

forması zamanı səhmlərin dəyəri manatlarla əks olunur. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə