336
Səhmlər əldə edilmə qiyməti ilə mədaxil edilir və uçota almır. Səhmlərin satış
və nominal dəyəri arasındakı fərq və ya potensial mənfəətin əldə edilməsinə, ya da
fond birjasında həmin səhmlərin qiymətinin təyin edilməsindən və səhmlər üzrə
dividentdən (qazanc payından) asılı olaraq zərərə gətirib çıxarır.
Vəsaitlərin istiqraz vərəqələrinə qoyulması, istiqraz vərəqələrinin nominal
dəyərindən asılı olaraq qəti müəyyən edilmiş faizlərin, habelə ödənildikdən sonra
istiqraz vərəqələrinin nominal dəyərinin alınmasını əvvəlcədən müəyyən etməyə
imkan verir. Bununla əlaqədar olaraq, istiqraz vərəqələrinin faktiki və nominal
dəyəri arasındakı fərq, borcu özlüyündə elə ödəməlidir ki, ödəmə vaxtı çatana kimi
istiqraz vərəqəsinin faktiki dəyəri nominal dəyərinə bərabər olsun. Bu haqda iki
variant mümkündür:
a)
əgər istiqraz vərəqəsi nominal dəyərdən artıq dəyərə əldə edilibsə. Belə
halda istiqraz vərəqələri üzrə faizlərin alınması vaxtında dəyərlər
arasındakı fərqlərin bir hissəsini əldə edilmiş gəlirin hesabına silmək yolu
ilə faktiki dəyər nominal dəyərə çatdırılır.
b)
əgər istiqraz vərəqələri nominal dəyərindən aşağı dəyərlə, daha doğrusu,
güzəştlə əldə edilibsə. Belə variant zamanı istiqraz vərəqələrinin alış
qiyməti, istiqraz vərəqlərinə sabib olan müddət ərzində istiqraz
vərəqələrindən alınan faizlərə görə gəlirləri artırmaq yolu ilə ödəmə
müddəti çatıncaya qədər nominal qiymətə çatdırılır.
c)
səhmlər, istiqraz vərəqələri və digər qiymətli kağızlar 183 saylı hesaba
satın alınma qiyməti ilə mədaxil edilir. Təşkilat tərəfindən həyata
keçirilən uzunmüddətli maliyyə investisiyaları 183 saylı “Digər
uzunmüddətli investisiyalar” hesabının debeti və həmin qoyuluşların
hesabına verilmiş qiymətlilərin uçota alındığı hesabların krediti üzrə əks
olunur.
Əgər təşkilat tərəfindən əldə edilən istiqraz vərəqələrinin və digər oxşar
qiymətli kağızların alış dəyəri, onların nominal dəyərindən yüksəkdirsə, onlardan
çatası gəlir hər dəfə hesablanan zaman alış və nominal dəyər arasındakı fərqin bir
hissəsinin silinməsi həyata keçirilir.
Əgər təşkilat tərəfindən əldə edilən istiqraz vərəqələrinin və digər oxşar
qiymətli kağızların alış dəyəri, onların nominal dəyərindən aşağıdırsa, onda hər dəfə
onlar üzrə gəlir hesablanan zaman alış və nominal dəyər arasındakı fərq hissəsinə
əlavə hesablama aparılır.
337
183 saylı hesabın 3-cü “Verilmiş borclar” subhesabında təşkilat tərəfindən
digər təşkilatlara verdiyi uzunmüddətli pulun və borclann hərəkəti uçota alınır.
Kommersiya təşkilatı tərəfindən başqa təşkilatlara verdiyi veksellərlə təmin olunan
uzunmüddətli borcları bu subhesabda ayrıca uçota alınır.
6.7.
Qısamüddətli maliyyə investisiyalarmm uçotu
Qısamüddətli maliyyə investisiyalarmm uçotu üçün 234 saylı “Digər
qısamüddətli investisiyalar” hesabı istifadə edilir. Bu hesab kommersiya təşkilatının
başqa təşkilatlann qiymətli kağızlanna, dövlət və yerli borcların faizli istiqraz
vərəqələrinə və i.a. qısamüddətli (bir ilə qədər olan müddətə) qoyuluşlarının
(investisiyalarının), habelə kommersiya təşkilatı tərəfindən digər təşkilatlara
verilmiş borclann mövcud olması və hərəkəti haqqında informasiyanı
ümumiləşdirmək üçün ayrılmışdır. Bu zaman faizli istiqraz vərəqələrinə və digər
qiymətli kağızlara qoyuluşlar, habelə başqa təşkilatlara verilmiş borclar bu hesabda
onların müəyyən edilmiş ödənilmə müddəti bir ildən çox olmadıqda uçota alınırlar.
234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı aktivdir, debet qalığı
olur, bu da əldə edilmiş qiymətli kağızlann dəyərini və ya bir ilə qədər müddətə
verilmiş borcların məbləğini əks etdirir. Debet üzrə dövriyyə əldə edilmiş qiymətli
kağızları və verilmiş qısamüddətli borcları və hesabat ayında depozitə təhvil
verilmiş məbləğləri göstərir. Göstərilən qoyuluşların uçotu, qoyuluşlann növləri
üzrə, daha doğrusu, aşağıdakı subhesablar üzrə təşkil oluna bilər:
234.1
“İstiqraz vərəqləri və digər qiymətli kağızlar”;
234.2
“Depozitlər”;
234.3
“Verilmiş borclar” və b.
Birinci subhesabda dövlətin və yerli borclann faizli istiqraz vərəqələrinə,
habelə digər qiymətli kağızlara qısamüddətli qoyuluşlannm (investisiyaların)
mövcud olması və hərəkəti uçota alınır. İstiqraz vərəqələri və digər qiymətli
kağızlar bu hesaba alış dəyəri ilə mədaxil edilir. Təşkilat tərəfindən istiqraz
vərəqələri və digər qiymətli kağızlann əldə edilməsi əks etdirilir.
Əgər kommersiya təşkilatı tərəfindən əldə edilən istiqraz vərəqələrinin və
başqa oxşar qiymətli kağızlann satın alınma dəyəri.
Dostları ilə paylaş: |