Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  əsasında  daxil  edilir.  Bu  arayışlarda  quraşdırılması  başa  çatan  hər  bir  avadanlıq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə154/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   150   151   152   153   154   155   156   157   ...   323

328 

əsasında  daxil  edilir.  Bu  arayışlarda  quraşdırılması  başa  çatan  hər  bir  avadanlıq 

növü və ya onun qovşağı üzrə məlumatlar verilir. Quraşdırma işləri başlanan, lakin 

hesabat  ayında  başa  çatmayan  avadanlığa  və  ya  onun  qovşaqlarına 

tikinti-quraşdırma  işlərinin  bitməmiş  istehsalatının  in-  ventarlaşma  aktı  tərtib 

edilir, onda hesabat ayında quraşdırma işləri balanan hər bir avadanlıq növünün və 

onun ayrı-ayrı qovşaqlarının adı göstərilir. 

Arayış  və  inventarlaşma  aktları  əsasında  bina  tikənlərin  (sifarişlərin) 

mühasibat uçotunda yazılış aparılır. 

Bina  tikənin  (sifarişçinin)  uçotunda  quraşdırmağa  təhvil  verilmiş 

avadanlıqlar  113  saylı  hesabda  onun  əldə  edilməsi  ilə  əlaqədar  olan  faktiki 

məsrəflərlə əks etdirilir. 

Quraşdırma  tələb  edən,  lakin  tikinti  smetasına  əsasən  daimi  ehtiyat  üçün 

aynlan avadanlıqlar yerinə yetirilən kapital qoyuluşlanna ancaq onun təyinat yerinə 

daxil  olmasından,  alıcılar  tərəfindən  mədaxil  edildikdən  və  maddi-məsul  şəxsə 

mühafizəyə  təhvil  verildikdən  sonra  daxil  edilir.  Bu  avadanlığın  yerinə  yetirilmiş 

kapital  qoyuluşuna  daxil  edilməsi  üçün  əsas  kimi,  torpaq, tikili  və  avadanlıqların 

təhvil-qəbul (daxili yerdəyişmə) aktı (qaimə) hesab olunur. 

Podratçı üçün avadanlığın başa çatmış quraşdınlmasının qəbulu, sifarişçinin 

işçi  komissiyası  tərəfindən  həyata  keçirilir.  Bu  zaman  podratçı  icraçı  aşağıdakı 

texniki  sənədləri  təqdim  edir;  avadanlığın  quraşdırılması  ilə  bağlı  işlərin  aktları; 

quraşdırma  və  qaynaq  formulyarlan;  avadanlıqlardan  plombların  çıxarılması 

haqqında  aktlar;  yağlama,  hidravlik  və  pnevmatik  sistemlərin  sınaq  aktları; 

avadanlığın  möhkəmliyinin  və  sıxlığının  sınaq,  avadanlığın  boş  və  ya  yük  altında 

sınaq  aktları;  quraşdırma  işlərinin  istehsalına  görə  məsul  olan  şəxslər  tərəfindən 

edilən  imzalara,  sifarişçidən  alman  avadanlığın  quraşdırıİmasına  işçi  cizgilərinin 

komp- lekti yerinə yetirilən işlərin bu cizgilərə və ya onlarda edilmiş dəyişikliklərə 

müvafiqliyi haqqında. 

Sifarişçinin işçi komissiyası akt üzrə kompleks sınanma üçün onun verilməsi 

məqsədi ilə fərdi sınaqlardan sonra avadanlığı qəbul edir, həmin aktda aşağıdakılar 

göstərilir:  quraşdırılmış  avadanlıqlann  siyahısı  və  onun  qısa  texniki 

xarakteristikası;  quraşdırma  yeri  və  digər  məlumatlar.  Obyektin  istismara  qəbul 

edilməsi  haqqında  Dövlət  komissiyasının  aktı  imzalandıqdan  sonra  avadanlıqlar 

adlan üzrə balansa mədaxil edilir. 

Bina tikənlər (sifarişçilər) istehsalat məqsədləri üçün həmçinin quraşdırma 

tələb  etməyən  avadanlıqlar  (lokomotivlər,  vaqonlar,  traktorlar,  inşaat  və  yol 

maşınları, avtomobillər, hesablama maşmlan və i.a.) əldə 


329 

edirlər,  onlar  dayaqlara,  özüllərə  əlavə  olaraq  yığılmadan  və  quraşdınl-  madan 

istismar  edilir.  Belə  avadanlıqların,  həmçinin  alətlərin  və  inventar-  lann  smeta 

dəyəri  yerinə  yetirilən  kapital  qoyuluşlarına  ancaq  onlar  təyinat  yerinə  daxil 

olduqdan, malalanlar tərəfindən torpaq, tikili və avadan- lıqlann təhvil-qəbul (daxili 

yerdəyişmə)  aktına  (qaiməyə)  əsasən  mədaxil  edildikdən  və  maddi-məsul  şəxsə 

qorunmaq üçün verildikdən sonra daxil edilir. 

Əldə  edilən  avadanlıqların  bəzi  növləri,  yəni  sərbəst  dayanan  dəz-  gahlar, 

nəqliyyat vasitələri, inşaat maşınları və mexanizmləri, ölçü aparatları, inventar və 

alətlər  istismara  verilmək  üçün  xərc  tələb  etmir  və  buna  görə  də  onlar  tikinti  və 

avadanlıqların hazır obyektləri sayılırlar. 

Quraşdırma  tələb  etməyən  avadanlıqlar,  alətlər  və  inventarlar  mal- 

göndərənlərin hesabları ödəməyə bank tərəfindən qəbul edildikdən, təyinat yerinə 

onlar daxil olduqdan, malalanlar tərəfindən mədaxil edildikdən və mühafizə üçün 

maddi-məsul  şəxsə  təhvil  verildikdən  sonra  birbaşa  113  saylı  “Torpaq,  tikili  və 

avadanlıqlarla  bağlı  məsrəflərin  kapitallaşdı-  nlması”  hesabında  əks  olunurlar. 

Sifarişçinin uçotunda mühasibat uçotu hesablannda 113 saylı hesabın debeti və 531 

saylı  “Malgöndərənlər  və  podratçılara  qısamüddətli  kreditor  borcları”  hesabının 

krediti  üzrə  yazılış  apanlır.  Malgöndərənin  buraxdığı  avadanlıqlara, inventarlara 

və alətlərə görə hesabı ödənildikdən sonra belə yazılış tərtib edilir: 

531 saylı “Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borcları” 

hesabının debeti və 223 saylı “Bank hesablaşma hesablarının” krediti üzrə yazılış 

tərtib edilir. 

113  saylı  hesabdan  avadanlıqların  işə  salınması,  belə  obyektlərin  işə 

salınması ilə eyni vaxtda Dövlət Komissiyasının aktı əsasında həyata keçirilir. 

Bu  zaman  nəzərdə  saxlamaq  lazımdır  ki,  avadanlıqlann  əldə  edilməsinə 

məsrəflər aşağıdakı kimi ayrıca uçota alınır: avadanlığın alış dəyəri, tədarük-anbar 

xərcləri, nəqliyyat xərcləri və avadanlıqlann, alətlərin və inventarlann əldə edilməsi 

ilə əlaqədar olan xərclər. 

6.5.

 

Başa çatmış və bitməmiş kapital qoyuluşlarmm uçotu 

Dövlət qəbul komissiyasının aktı əsasında qəbul edilmiş obyekt başa çatmış 

tikinti hesab olunur. Daha doğrusu, başa çatmış tikintiyə bütün tikinti-quraşdırma 

işləri, avadanlıqlann quraşdırılması üzrə işlər 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə