319
f)
artıq xərclərin və digər maliyyə-smeta qaydalarının pozulmasının
aşkara çıxarılması və nəzərə çatdınimasmı.
Tikintidə mühasibat uçotunun əsas vəzifəsi kapital qoyuluşundan istifadə
edilməsinə gündəlik nəzarətin həyata keçirilməsindən ibarətdir və eyni zamanda
birinci növbədə tikinti istehsalının texniki təkmilləş- dirilməsinə, yeni istehsalat
güclərinin tezliklə tikilməsinə, tikinti-quraş- dırma işlərinin maya dəyərinin aşağı
salınmasına və keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir.
Əsaslı tikinti həyata keçirərkən, bütün istehsal prosesində olduğu kimi,
mühasibat uçotunda əks etdirilən, təsərrüfat vəsaitlərinin durmadan hərəkəti baş
verir, bu da beləliklə mühasibat uçotunun obyekti kimi xidmət edir.
Əsaslı tikində mühasibat uçotunun konkret obyektinə yeni tikintiyə, işləyən
təşkilat, bina və qurğuların genişləndirilməsinə və texniki silahlanmasına, əsas
fondlann hazır əşyalarının əldə edilməsinə çəkilən xərclər və habelə bu xərclərin
maliyyələşmə mənbələri aid edilir. Mühasibat uçotu yerinə yetirilmiş tikinti,
quraşdırma işlərinin ödənilməsini, qoyulmuş avadanlıq və materialların və onların
hərəkətinin uçotunu; əsaslı işlərin növləri, təyinatı və obyektlər üzrə faktiki maya
dəyərinin hesablanmasını; maliyyələşmənin onlann mənbələri üzrə istifadə
edilməsinin uçotunu; malgöndərənlər və podratçılarla hesablaşmalann uçotunu
təmin edir.
Əsaslı tikinti təsərrüfat üsulu ilə yerinə yetiriləm zaman mühasibat uçotunun
obyektlərinə həmçinin bina tikənin (sifarişçinin) sərəncamına aynimış vəsaitlərin
bütün dövriyyə mərhələləri aid edilir.
Mühasibat uçotunun obyektlərinə aiddir:
a)
istehsal mərhələsində - iş vaxtı sərfi və məhsul çıxımı, əmək haqının
hesablanması, əsas fondlann, maddi qiymətlilərin hərəkəti və onların
istifadə edilməsinə nəzarət; bütün istehsal xərcləri və işlərin maya
dəyərinin hesablanması;
b)
bölgü mərhələsində - fondların hesablanması, onlann istifadə edilməsi,
əmək haqqı üzrə ödəmələr, sosial müdafiəyə ayırmalar və onlara görə
ödəmələr; büdcəyə ayırmalar;
c)
dövriyyə mərhələsində - materialların hazırlığı ilə əlaqədar olaraq pul
vəsaitləri və hesablaşmalar və yerinə yetirilmiş işlərin dəyərinin
ödənilməsi;
d)
istehsal mərhələsində - tikinti işlərinə xidmət etmək üçün aynlan əsas
fondlar, mənzil,,mədəni-məişət və digər binalar və qurğular və, onlann
saxlanması ilə əlaqədar olan xərclər.
320
Beləliklə, əsaslı tikintidə mühasibat uçotunun predmetini tikinti vəsaitləri və
onların fəaliyyəti təşkil edir.
6.2.
Əsaslı tikintidə maliyyələşmə, kreditləşmə və
hesablaşmaların uçotu
Əsaslı tikintinin maliyyələşdirilməsi, investorların xüsusi vəsaitləri, yəni
torpaq, tikili və avadanlıqların bərpası üçün amortizasiya ayırmaları və xalis
mənfəət və ya xalis mənfəət hesabına onlar yaradıldığı hallarda xüsusi təyinatlı
fondlar, sığorta hadisələrindən olan itkilərin və zərərlərin örtülməsi üçün təşkilatlar
tərəfindən alınmış sığorta ödəmələri və geri qaytanimamaq əsasında alınmış büdcə
təxsisatı hesabına həyata keçirilir.
Göstərilən mənbələrlə yanaşı təşkilatlar, özünün xüsusi maliyyələşmə
mənbələrinin çatışmaması zamanı, borclar və bank kreditləri formasında
müvəqqəti olaraq digər hüquqi və fiziki şəxslərin vəsaitlərini cəlb edən bilərlər.
Cəlb edilmiş vəsaitlərin ödənilməsi, sonra müqavilə ilə müəyyən edilmiş vaxtda,
yuxarıda göstərilən maliyyələşmə mənbələri hesabına həyata keçirilir.
Təşkilatlar tərəfindən hər il tikintinin smetalanna və müqavilələrinə əsasən
tərtib edilən əsaslı tikintinin maliyyələşdirilməsi planlarına, onların növləri və
qədəri üzrə maliyyələşdirmə mənbələri müəyyənləşdirilir.
Əsaslı tikintinin maliyyələşdirilməsi hesablaşma (223 saylı “Bank hesablaşma
hesabları” hesabı) və ya valyuta (223 saylı hesabın 2-ci “Valyuta hesabı” subhesabı)
hesablarından həyata keçirilir.
Əsaslı tikintinin maliyyələşdirilməsinə ayrılmış, investorların pul vəsaitləri (o
cümlədən büdcə təxsisatı), onların bir yerə toplanması məqsədi ilə bankda xüsusi
hesaba köçürülə bilər, gələcəkdə həmin hesabdan tikintinin maliyyələşdirilməsi
həyata keçirilir. Belə halda bu vəsaitlərin uçotu 224 saylı “Digər təlobli bank
hesabları” hesabında aparılır.
Torpaq, tikili və avadanlıqlann tamamilə bərpa üçün amortizasiya ayırmalan
hissəsində əsaslı tikintinin xüsusi maliyyələşmə mənbələri məhsullann (işlərin,
xidmətlərin) satışından əldə dilən vəsait formasında və ya yerinə yetirilən işlərə görə
avanslar formasında onlann daxil olması zamanı ancaq pul vəsaitlərinin uçotu
hesablannda öz əksini tapır, daha doğrusu, satışdan əldə edilən vəsaitin müəyyən
edilməsi metodundan asılı olaraq, uçotda satışdan əldə edilən vəsaitin 223 saylı
“Bank hesablaşma
Dostları ilə paylaş: |