Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Əskik gələn heyvanlann dəyəri günahkar şəxsin hesabına yazıldıqda



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə146/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   142   143   144   145   146   147   148   149   ...   323

311 

Əskik gələn heyvanlann dəyəri günahkar şəxsin hesabına yazıldıqda: 

533  saylı  “Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borcları” hesabının debeti, 

213 saylı “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları” hesabının 

krediti olur. 

Təbii fəlakət, xəstəlik və sair səbəblərdən mal-qara tələf olduqda aşağıdakı 

kimi mühasibat köçürməsi tərtib olunur: 

731 saylı “Sair əməliyyat xərcləri” hesabının debeti 

131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti 

Təşkilatda aparılan inventarlaşma nəticəsində heyvanlar artıq gəldikdə: 

131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının debetində, 

611 saylı “Sair əməliyyat gəlirləri” hesa.bmm kreditində əks etdirilir. 

Cavan  iribuynuzlu  mal-qaranın,  kökəldilməkdə  olan  heyvanlann  boy 

artımının  dəyəri  böyüdülmə  məsrəflərini  uçota  alan  hesablardan  (202)  131  saylı 

“Bioloji aktivlər - Dəyər” hesabının debetinə silinir. 

c)

 

Kənd təsərrüfatı məhsullannm uçotu 

Kənd  təsərrüfatı  təşkilatlannda  hazır  məhsul  dedikdə,  bitkiçilik, 

heyvandarlıq,  habelə  müqavilə  üzrə  vətəndaşlardan  satın  alman  məhsulu  və 

satılmaq üçün əhalidən qəbul edilən məhsulu başa düşürlər. 

Təşkilatın  vəsaitlərinin  dövriyyəsi  məhsulların  satışı  ilə,  vəsaitlərin  əmtəə 

formasından pula çevrilməsi ilə başa çatır. 

Təsərrüfatın  özünün  istehsal  etdiyi  məhsullar,  özlərinin  tərkiblərinə  və 

təyinatlarına görə ümumi və əmtəəçilik olmaqla iki yerə bölünürlər. 

İl ərzində faktiki istehsal edilmiş bütün bitkiçilik, heyvandarlıq və köməkçi 

istehsalın məhsullan kənd təsərrüfatının ümumi məhsulunu təşkil edir. 

Ümumi  məhsulun  bir  hissəsi  təsərrüfat  daxilində  istehsalın  və  təsərrüfatın 

ehtiyaclarına sərf edilir. Ümumi məhsulun kənd təsərrüfatı təşkilatları tərəfindən 

kənara satılan hissəsinə əmtəəlik məhsul deyilir. 

Hazır məhsullann və malların anbarlarda və digər saxlama yerlərində uçotu 

əsasən istehsalat ehtiyatlanam uçotu qaydasına oxşardır. 

Hazır kənd təsərrüfatı məhsullannm və mallann daxil olması, buraxılması və 

sərf edilməsini müvafiq ilkin sənədlərlə rəsmiləşdirirlər. 

Hazır  məhsulların  və  mallann  hərəkəti  əməliyyatlannm  müvafiq  ilkin 

sənədlərlə dəqiq və öz vaxtında rəsmiləşdirilməsi, onlann qorunmasını, ciddi qənaət 

rejiminin həyata keçirilməsini və maddi məsrəflərin 


312 

aşağı salınmasının daxili ehtiyatlarının aşkar edilməsini təmin etmək üçün mühüm 

əhəmiyyətə malikdir. 

Kombaynla yığılma zamanı əldə edilən dənli bitkilərin məhsullarının mədaxil 

edilməsini,  sahədən  dənin  və  digər  məhsulların  göndərilməsi  reyestri  ilə  və  ya 

sahədən  məhsullann  daşınmasına  yazılan  yol  vərəqəsi  ilə  rəsmiləşdirirlər.  Bu 

sənədləri üç nüsxədə yazırlar, nüsxələrdən biri kombaynçıya, biri sürücüyə və biri 

xırman müdirinə verilir. 

Məhsuldan  xırmana  daxil  olan  dəni,  dənin  və  digər  məhsullann  qəbulu 

reyestrində uçota alırlar, bu eyni zamanda on iki kombaynçıdan gün ərzində daxil 

olan dəni uçota almağa imkan verir, bu da ilkin sənədlərin sayını əhəmiyyətli olaraq 

ixtisara salır. 

Kombaynçılardan xırmana daxil olan dən, bir qayda olaraq, sortlaş- dırıhr 

və  qurudulur,  onun  hər  bir  dəst  üzrə  nəticələrini  bitkiçilik  məhsul-  lannın 

sortlaşdırılması və qurudulması aktında əks etdirirlər, həmin aktı onun tərtibində 

iştirak edən xırman müdiri və aqronom tərəfindən imzalayırlar. 

Xırmanda taxılın daxil olması və sərf olunmasını dənin və digər məhsulların 

hərəkəti cədvəlində uçota alırlar, həmin cədvəl hər gün xırman müdiri tərəfindən iş 

günü qurtardıqdan sonra tərtib edilir. 

Tərəvəz, bostan, meyvə-giləmeyvə, subtropik və sitrus bitkiləri, habelə üzüm 

məhsullarını kənd təsərrüfatı məhsullarının daxil olması gündəliyi əsasında mədaxil 

edirlər. 

İxtisaslaşdırılmış  təsərrüfatlarda  bağçılıq  və  üzümçülük  məhsullarını, 

bağçılıq  məhsullannm  daxil  olması  gündəliyi  üzrə,  örtülü  torpaq  tərəvəzçiliyinin 

məhsulunu  isə  -  bağlı  torpaq  məhsullannm  daxil  olması  gündəliyi  üzrə  -  mədaxil 

edirlər. 

Xam  pambığı  işçilər  tərəfindən  gün  ərzində  əl  ilə  yığdıqda,  pambığın 

yığılması haqqında gündəlik məlumat üzrə mədaxil edirlər. 

Pambıq  yığan maşınla  yığılmış  pambığı,  pambıq yığımı  haqqında  gündəlik 

məlumat üzrə mədaxil edirlər. 

Qəbul  məntəqələrinə  bitkiçilik  məhsullannm  göndərilməsini  göndərmə  - 

qəbula  aid  mal-nəqliyyat  qaimələrinin  ixtisaslaşdınimış  formaları  ilə 

rəsmiləşdirirlər.  İxtisaslaşdınimış  mal-nəqliyyat  qaimələri,  avtonəqliyyatla, 

traktorla,  dəmir  yolu,  su  və  at-araba  nəqliyyatı  ilə  tədarük  və  digər  təşkilatlara 

bitkiçilik məhsullannm daşınması rəsmiləşdirilən vahid sənəd hesab olunurlar. 

Baramanın, qanşıq yemin, tərəvəzin, meyvə və digər konservlərin, yarmanın 

və digər məhsulların daşınmasını rəsmiləşdirmək üçün idarə- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə