Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Hazırda  kənd  təsərrüfatının  əsas  vəzifəsi  respublikanuzın  əhalisinin  ərzaq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə144/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   140   141   142   143   144   145   146   147   ...   323

307 

Hazırda  kənd  təsərrüfatının  əsas  vəzifəsi  respublikanuzın  əhalisinin  ərzaq 

məhsullanna,  sənayenin  isə  xammala  olan  tələbatını  təmin  etmək  məqsədi  ilə 

bitkiçilik  və  heyvandarlıq  məhsulları  istehsalının  gələeəkdə  orta  illik  həcmini 

artırmaqdan  ibarətdir.  Kənd  təsərrüfatı  istehsalı  az  keyfiyyətinə  görə  sənaye 

istehsalından  fərqlənmir  və  bir  sıra  xüsusiyyətlərinə  görə  başqa  cür  xarakterizə 

olunur. 

Kənd təsərrüfatı istehsalının mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir 

ki,  kənd  təsərrüfatı  məhsullanm  əldə  etmək  demək  olar  ki,  təsərrüfatın 

maddi-texniki  təchizatından  və  canlı  əməyin  tətbiq  edilməsindən  tamamilə  asılı 

olmayan  bir  sıra  şərtlərin  mövcud  olmasından  asılıdır.  Belə  şərtlərə  işıq,  isti, 

rütubət və qida maddələri aiddir. 

Kənd təsərrüfatının fərqləndirici xüsusiyyətlərindən biri' də ondan ibarətdir 

ki,  kənd  təsərrüfatı  bitkilərindən  və  heyvandarlıqdan  əldə  edilən  məhsullann 

istehsalı üçün dəyişilməz şərtlərdən birini də torpaq təşkil edir. 

Kənd təsərrüfatı istehsalının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir 

ki,  yeni  məhsulun  əldə  edilməsi  prosesi  (istehsal  prosesi),  kənd  təsərrüfatı 

istehsalının  yeni  məhsulu  uzun  müddət  insan  təsiri  olmadan  bioloji  qanunların 

təsiri ilə formalaşdığına görə canlı əməyin, əmək vasitələrinin və əmək əşyalarının 

istehsal  istehlakı  prosesi  ilə  bir  vaxta  düşmür.  İnsan  ilin  müəyyən  dövrlərində 

torpağı hazırlayır, səpini həyata keçirir, sonra işin növbəti komplekslərinin həyata 

keçirilməsi müddətlərini gözləyir 

Kənd  təsərrüfatı  istehsalı  maddi  istehsalın  digər  sahələrindən  onunla 

fərqlənir ki, istehsal edilən məhsulun bir hissəsi həmin təşkilatda əmək əşyası kimi 

istehsalın  sonrakı  mərhələlərində  iştirak  edir  və  ya  əmək  vasitəsinə  çevrilir. 

Məsələn,  təsərrüfatda  istehsal  olunan  taxıl,  həmin  təsərrüfatda  toxum  və  ya  yem 

kimi istehlak edilir, təsərrüfatda alınmış və yetişdirilmiş mal-qaradan alman bala 

isə həmin təsərrüfatda əsas sürünün təşkili üçün istifadə edilir. 

Kənd  təsərrüfatı  istehsalının  göstərilən  xüsusiyyətləri  kənd  təsərrüfatında 

uçotun təşkilinə də təsir göstərir. 

Uçot  məhsul  istehsalı  və  satışı  tapşınqlannın  yerinə  yetirilməsi  haqqında 

alıcılarla  hesablaşmalar  haqqında  düzgün  məlumat  verir.  Düzgün  təşkil  edilmiş 

uçot kənd təsərrüfatı istehsalının intensivliyinə şərait yaradır, çünki o texnikadan 

istifadə edilməsinə, onun işinin iqtisadi faydalı- lığının müəyyən edilməsinə qabaqcıl 

aqrotexnikanın,  gübrənin,  suvanlan  əkinçiliyin  və  b.  tətbiq  edilməsi  nəticələrini 

aşkar etməyə iman verir. 


308 

“Kənd təsərrüfatı üzrə” Kommersiya təşkilatlannda mühasibat uço- 

tunun qarşısında aşağıdakı vəzifələr durur: 

1) məhsul istehsalı və satışı üzrə maya dəyəri və yığım üzrə 

proqnozların yerinə yetirilməsinə nəzarəti təmin etməkdən

kənd təsərrüfatı təşkilatını idarə etmək üçün lazım olan dəqiq və 

düzgün məlumatları öz vaxtında əldə etməkdən

daxil olan məlumatları lazım olan kimi ümumiləşdirmək və cari 

və perspektiv proqnozlaşdırma üçün əsas olan müəyyən edilmiş 

hesablaşmaları öz vaxtında təqdim etməkdən

istehsalat bölmələrində müəyyən edilmiş təsərrüfat hesablı 

tapşırıqların yerinə yetirilməsinə nəzarət etməkdən

məhsul vahidi, iş və xidmətlərin maya dəyərini öz vaxtında və 

düzgün hesablamaqdan; 

təşkilatın mülkiyyətinin qorunmasına nəzarəti təmin etməkdən

inventarlaşmanı öz vaxtında və tam aparmaqdan

maliyyə və hesablaşma qaydalarına ciddi əməl etməkdən. 

2



3) 



4) 

5) 

6



7) 

8



b)

 

Bioloji aktivlərin uçotu 

Bioloji aktivlər üzrə hesablar planının 13-cü maddəsində 131 saylı “Bioloji 

aktivlər  -  Dəyər”,  köhnəlməsi  üçün  132  saylı  “Bioloji  aktivlər  -  Amortizasiya” 

hesablarından istifadə edilir. Burada 131.1-də bitkiləri və 131.2-də Heyvanlan uçota 

almaq məqsədəuyğundur. 

Bioloji  aktiv  canlı  heyvan  və  ya  bitkidir.  Bioloji  transformasiyaya  bioloji 

aktivlərdə  keyfiyyət  və  kəmiyyət  dəyişikliklərinə  səbəb  olan  yetişmə,  cinsin 

korlanması,  istehsal  və  törəmə  prosesləri  daxildir.  Bioloji  aktivlər  qrupu  canlı 

heyvan və bitkilərin cəmidir. 

Bioloji transformasiya aşağıdakı nəticələrə gətirib çıxarır: 

a)

 

(1) artım vasitəsi ilə aktivlərin artımına, (II) nəslin korlanmasına və ya 

(III) nəsil artımına; və ya 

b)

 

Çay yarpağı, yun və süd kimi kənd təsərrüfatı məhsullannın istehsalı. 

Mühasibat  balansının  “Bioloji  aktivlər”  adlı  13-cü  maddəsində  “Kənd 

təsərrüfatı  üzrə”  Kommersiya  təşkilatları  üçün  28  saylı  Milli  Mühasibat  Uçotu 

Standartlarına,  41  saylı  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  (İAS) 

əsasən,  təşkilatın  saxlamaqda  və  ya  böyütməkdə  olduğu  bitki  və  heyvanlar 

haqqında  ümumiləşdirilmiş  məlumatlar  təqdim  edilir.  Bitki  və  heyvanlar 

mühasibat  balansında  müvafiq  sub-  hesablarda  qeydə  alınmaqla,  faydalı  istifadə 

müddəti ərzində amortizasiya olunmalıdır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə