301
Qeyri-maddi aktivlərin uçotu üçün mühasibat uçotunun hesablar planında
101 saylı “Qeyri-maddi aktivlər - Dəyər” adlı hesab ayrılmışdır. O təşkilatın
mülkiyyəti olan qeyri-maddi aktivlərin mövcudluğu və hərəkəti haqqında
informasiyanı ümumiləşdirmək üçün istifadə olunur. Bu hesab aktivdir, inventar
hesabıdır. Bu hesabın debet qalığı təşkilatın sərəncamında olan qeyri-maddi
aktivlərin obyektlərinin ilkin qalığını (dəyərini) və onların daxil olmasını əks etdirir,
krediti üzrə isə onlann çıxması və silinməsi göstərilir.
Qeyri-maddi aktivlərin analitik uçotu onların növləri üzrə analitik uçot
kartoçkalarında aparılır.
Qeyri-maddi aktivlər təşkilata aşağıdakı hallarda daxil olur:
a)
səhmdar cəmiyyətlərinin, məhdud məsuliyyətli cəmiyyətlərin, birgə
təşkilatların nizamnamə kapitalına qoyuluşları kimi. Belə halda onlann
dəyəri tərəflərin razılığı ilə müəyyən edilir;
b)
başqa təşkilat və şəxslərdən ödəmə hesabına daxil olan zaman - onların
dəyəri faktiki məsrəflərdən asılı olaraq müəyyən edilir;
c)
başqa təşkilat və şəxslərdən əvəzsiz olaraq daxil olan zaman - dəyəri
ekspert yolu ilə müəyyən edilir;
Qeyri-maddi aktivlərin mədaxil edilməsi aşağıda adları qeyd olunan müvafiq
sənədlərin əsasında, yəni istifadə etmə hüququ olan şəhadətnamənin, patentlərin,
proqramla təminatın işlənməsi üzrə işlərin qəbulu aktları, aktivlərin keçirilməsi və
b. əsasında həyata keçirilir. Onlarda obyektlərin təsviri, onun ilkin dəyəri, istifadə
qaydası, istismar müddəti əks olunmalıdır.
Qeyri-maddi aktivlərin mədaxil edilməsi aşağıda adları qeyd olunan müvafiq
sənədlərin əsasında, yəni istifadə etmə hüququ olan şəhadətnamənin, patentlərin,
proqramla təminatın işlənməsi üzrə işlərin qəbulu aktları, aktivlərin keçirilməsi və
b. əsasında həyata keçirilir. Onlarda obyektlərin təsviri, onun ilkin dəyəri, istifadə
qaydası, istismar müddəti əks olunmalıdır.
Qeyri-maddi aktivlər 101 saylı “Qeyri-maddi aktivlər - Dəyər” hesabında
ilkin qiymətlə uçota alınır. O aşağıdakı qaydada müəyyən edilir. Təşkilatın
nizamnamə kapitalına təsisçilər tərəfindən onların qoyuluşu hesabına keçirilən
obyektlər üçün - tərəflərin razılığı əsasında, digər təşkilatlardan və şəxslərdən
ödəmə hesabına əldə edilən obyektlər - bu obyektlərin əldə edilməsi və hazırlıq
vəziyyətinə gətirilməsi üzrə faktiki çəkilmiş məsrəflərdən asılı olaraq, başqa təşkilat
və şəxslərdən əvəzsiz olaraq alınanlar isə ekspert yolu ilə müəyyən edilir.
302
Əmlakın bu növü maddi quruluşa malik olmamağma baxmayaraq, təcrübədə
bu və ya digər obyektin təşkilata faktiki daxil olması və istifadə edilməsinə
mühasibat nəzarəti haqqında məsələ meydana çıxır. Qeyri- maddi aktivlərin
istənilən obyektinin mədaxil edilməsi müvafiq ilkin sənəd əsasında həyata
keçirilməlidir. Özünün məzmununa və xarakterinə görə belə sənədləşmə, torpaq,
tikili və avadanlıqların qəbul aktına müvafiq olmalıdır. Başqa sözlə, qeyri-maddi
aktivlərin obyektinin qəbulu haqqında sənəd onun təşkilata daxil olması və
istismara verilməsi faktını əks etdirməlidir. Mühasibat uçotuna qəbul edilən,
istənilən qeyri-maddi aktivlərin obyekti, obyektiv formada mövcud olmalıdır.
Məsələn, əgər iştirakçı torpaqdan istifadə hüququnu keçirirsə, onda bu hüququn
mədaxil edilməsi üçün əsas, iştirakçının torpaq sahəsinə hüququnu təsdiq edən və
qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənəd hesab
olunur. İxtiraçılığa və sənaye nümunələrinə hüququn əldə edilməsi patentlə və
şəhadətnamə ilə və i.a. təsdiq edilir.
c)
Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu
Qeyri-maddi aktivlər - təşkilatın uzunmüddətli məsrəfləri olduğuna görə
gəlir gətirməlidir və onlar bu funksiyanı yerinə yetirdikləri üçün, təşkilatın
aktivlərinin tərkibində uçota alınırlar. Qeyri-maddi aktivlərin fəaliyyətinin
hesablanmış müddəti ərzində onları amortizasiyalaşdırmaq, daha doğrusu, onların
dəyərini tədricən buraxılan məhsullara keçirmək lazımdır. Qeyri-maddi aktivlər
üzrə köhnəlmənin həcmi, onlann ilkin dəyərindən və səmərəli istifadə müddətindən
(təşkilatın fəaliyyət müddətindən çox olmayaraq) asılı olaraq hesablanmış normalar
üzrə tıər ay hesablanır. Faydalı istifadə müddətini müəyyən etmək mümkün
olmayan qeyri-maddi aktivlər üzrə, köhnəlmə normaları 10 il müddətinə (təşkilatın
fəaliyyət müddətindən çox olmayaraq) müəyyən edilir.
Qeyri-maddi aktivlərin ilkin dəyəri, köhnəlmə hesablanmaqla və onu istehsal
və ya tədavül xərclərinə daxil etmək yolu ilə ödənilir. Köhnəlmənin hər aylıq
məbləğinin həcmi, qeyri-maddi aktivlərin ilkin dəyərindən və onların səmərəli
istifadəsinin müddətindən, şəxsən həmin növdən olan qeyri-maddi aktivlərin
təşkilata gətirdiyi gəlirin hansı müddətə olduğundan asılı olaraq, təşkilat tərəfindən
müstəqil hesablanmış normalarla müəyyən edilir.
Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu üçün 102 saylı “Qeyri- maddi
aktivlər - Amortizasiya” hesabı istifadə olunur. Bu hesab passivdir, nizamlayıcı
hesabdır. Bu hesabın kredit qalığı istismarın bütün dövrü ərzində ödənilmiş
məsrəfləri, qeyri-maddi aktivlərin istifadəsini.
Dostları ilə paylaş: |