317
Təşkilatların çoxunda titul siyahıları tikintilərin əhəmiyyətindən asılı olaraq
respublikanın Nazirlər Kabineti, respublikanın nazirlikləri və baş idarələri, yaxud
onların müvafiq idarələri tərəfindən təsdiq edilir.
Kapital qoyuluşları ancaq layihə və smeta olarsa həyata keçirilir.
Layihə dedikdə texniki əsasları özündə əks etdirən kompleks texniki
sənədləri, cizgiləri, aydınlaşdırıcı qeydləri və digər materialları başa düşmək
lazımdır. Bütün bunlar nəzərdə tutulmuş təşkilatların, bina və qurğuların tikintisini
və ya yenidən qurulmasını həyata keçirmək üçün lazımdır.
Layihənin ayrılmaz hissəsi olan smeta obyektlərin tikilməsi və yenidən
qurulmasının dəyərini müəyyən edir.
Təşkilatda bina və qurğuların layihələşdirilməsi iki mərhələdə həyata keçirilə
bilər, yəni texniki layihə və işçi cizgilərindən və yaxud da bir mərhələdə, yəni texniki
işçi cizgisindən (işçi cizgilərinin texniki layihə ilə birləşməsindən) ibarət ola bilər.
Tikintiyə tərtib olunmuş texniki layihələr müəyyən edilmiş qaydada təsdiq
olunur. Tikintinin smetası bütün tikinti dövrü üçün əsas və dəyişilməz sənəd hesab
olunur. Smetanın əsasında kapital qoyuluşlarının tən- zimləndirilməsi, tikintinin
maliyyələşdirilməsi və yerinə yetirilmiş əsaslı işlər üzrə hesablaşmalar həyata
keçirilir.
Layihə və smetaları bağlanmış müqavilə əsasında xüsusi layihə təşkilatları
tərtib edilir. Yerinə yetirilmiş layihə işlərinə görə ödəməni layihə təşkilatlarında ya
onlar hazırlandıqca və yaxud da layihə qurtardıqdan sonra bütövlükdə ödənilir.
Layihənin hazırlanması dərəcəsi hər ay tərtib edilmiş 4 saylı forma üzrə aktla
rəsmiləşdirilir.
Yuxarıda layihə-smeta sənədlərinin məzmunu öz əksini tapdı. Onun
tərkibinə mütləq smeta-maliyyə haqq-hesabı (smeta) daxil olur ki, onun vasitəsi ilə
smeta dəyəri adlanan tikintinin və ya yenidən qurmanın dəyəri müəyyən edilir.
Tikinti obyektlərinə və işlərin növlərinə tətbiq edilən smeta dəyəri, smeta və
ya müqavilə qiymətləri ilə yerinə yetirilən inşaat-quraşdırma işlərinin həcmini
müəyyən etmək üçün əsas kimi özünü göstərir. Bu zaman ayrı-ayrı obyektlərin
smeta dəyəri preyskurantlar, nümunəvi və tikintinin yerli şəraiti ilə bağlı olan,
təkrar tətbiq edilən qənaətli fərdi layihələrə aid smetalar əsasında, onlar olmayan
zaman isə - işçi cizgiləri əsasında tərtib edilən smetalar əsasında müəyyən edilir.
Həmçinin qeyd edək ki, tikintinin dəyəri texniki-iqtisadi əsaslandırmaların və
texniki iqtisadi hesablamaların tərkibində müəyyən edilir.
318
Kapital qoyuluşlarının yerinə yetirilmiş həeminin qiymətləndirilməsi,
müqavilə qiymətlərinin tərkibində əks etdirilən əlavə məsrəfləri nəzərə almaqla
smeta dəyəri ilə həyata keçirilir. Torpaq, tikili və avadanlıqların başa çatmış
obyektlərinin kommersiya təşkilatlarının əsas fəaliyyətinə verilməsi zamanı,
hesablanan inventar dəyərini müəyyən edən vaxt da smeta dəyəri əsas kimi
götürülür.
Tikintini təsərrüfat üsulu ilə aparan zaman yerinə yetirilən işləri sifarişçilər
(bina tikənlər) üçün faktiki maya dəyəri ilə qiymətləndirirlər. Bundan başqa
sifarişçilər onları plan maya dəyəri ilə qiymətləndirir, bu da adətən smeta
dəyərindən plan üzrə yığım məbləğlərini və bu işlərin sifarişçiyə müəyyən edilmiş
maya dəyərinin aşağı salınması üzrə tapşırığın məbləğlərini çıxmaq yolu ilə
müəyyən edilir.
Kapital qoyuluşunu bina tikən (sifarişçi) uçota alır, yəni, elə bir təşkilat uçota
alır ki, ona təsdiq olunmuş plana müvafiq olaraq kapital qoyuluşuna vəsait ayrılmış
olsun. Yeni təşkilat tikilən zaman belə təşkilat tikinti idarəsindən ibarətdir, yəni
tikilməkdə olan təşkilat hesab olunur, əgər kapital qoyuluşlarının həcmi əhəmiyyətli
dərəcədədirsə, kapital qoyuluşu şöbəsi yaradılır.
Kapital qoyuluşlarının mühasibat uçotu aşağıdakıları təmin etməlidir:
a)
tikintinin smeta dəyərinə riayət edilməsinə, işlər təsərrüfat üsulu ilə
yerinə yetirildikdə isə həmçinin işlərin plan maya dəyərinə riayət
edilməsinə dövrü olaraq nəzarət etməyi;
b)
əsaslı işlər üzrə tapşırıqların və obyektlərin işə salınması (istismara
verilməsi) üzrə tapşmqlann yerinə yetirilməsinə nəzarət etməyi;
c)
kapital qoyuluşları xərclərinin maliyyələşdirilməsi planının yerinə
yetirilməsi, ayrılmış ehtiyatlann planda nəzərdə tutulan təyinatına
müvafiq olaraq istifadə edilməsinə və tikintidəki daxili ehtiyatlann cəlb
edilməsi nəzərdə tutulan işlərin yerinə yetirilməsinə nəzarət və nəhayət
kapital qoyuluşlannm maliyyələşdirilməsinə xüsusi vəsaitlərin
qoyulması planının yerinə yetirilməsinə nəzarət etməyi;
d)
işə salınmış tikinti obyektlərinin (bina, qurğu, qurulmuş avadanlıq)
tam inventar dəyərinin, əldə edilmiş avadanlıqların, alətlərin,
inventarların və digər vəsaitlərin faktiki maya dəyərinin öz vaxtında və
düzgün aşkar edilməsi;
e)
tərtib edilmiş sənədlər əsasında təsərrüfat əməliyyatlarının düzgün və
öz vaxtında qeyddən keçirilməsini;
Dostları ilə paylaş: |