Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təşkilatda  əldə  edilən  bitki  məhsulu  maliyyə  hesabatlarında  satış  üzrə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə145/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   141   142   143   144   145   146   147   148   ...   323

309 

Təşkilatda  əldə  edilən  bitki  məhsulu  maliyyə  hesabatlarında  satış  üzrə 

xərclər  çıxılmaqla,  bazar  dəyəri  ilə  qeyd  edilməlidir.  Heyvanlar  isə  7  saylı  Milli 

Mühasibat  Uçotu  Standartına  uyğun  olaraq  ilkin  dəyərlə  və  ya  yenidən 

qiymətləndirmə  dəyəri  ilə  qiymətləndirilməlidir.  Belə  aktivlərin  uçotu  hesablar 

planının 131-ci hesabında aparılır. Yəni: 

13. Bioloji aktivlər 131. Bioloji 

aktivlər - Dəyər 

131.1.

 

Bitkilər - Dəyər 

131.2.

 

Heyvanlar - Dəyər 

Bitki  və  heyvanlar  mühasibat  balansında  müvafiq  subhesablarda  qeydə 

alınmaqla,  faydalı  istifadə  müddəti  ərzində  amortizasiya  olunmalıdır.  Biloji 

aktivlərin amortizasiyasının uçotu hesablar planının 132-ci hesabında uçota alınır. 

Yəni: 

132. Bioloji aktivlər - Amortizasiya 

132.1

 

Bitkilər - Amortizasiya 

132.2

 

Heyvanlar - Amortizasiya 

Təşkilat  satın  aldığı  ana  qoyunları  bioloji  aktiv  kimi  uçota  alır.  Sonradan 

doğulan quzular da bioloji aktivlər kimi uçota qəbul olunur. Qoyunlardan alınan 

süd və yun isə artıq bioloji aktiv kimi yox, ehtiyatlar kimi uçota alınacaq. O da həm 

süd  və  yunun  hansı  təyinat  üzrə  istifadə  edilməsindən  asılıdır.  Əgər  başqa  bir 

məhsulun  istehsalı  üçün  xammal  kimi  istifadə  olunacaqsa,  onda  xammal  və 

materiallar kimi, satış üçün nəzərdə tutulacaqsa, mallar kimi uçota alınacaq. Bütün 

hallarda  yun  və  süd  ehtiyatlar  kimi  qəbul  olunur.  Müəyyən  vaxtdan  sonra  artıq 

quzular böyüyür. Böyümüş qoyun və qoçlann bala almaq üçün saxlanılanlan bioloji 

aktiv  kimi  uçota  alınır,  satılması  haqqında  qərar  qəbul  edildikdə  isə  bioloji 

aktivlərdən çıxarılıb ehtiyatlarda uçota alınır. 

Təşkilat ona məxsus olan torpaq sahəsində taxıl əkir. Bu zaman ona məxsus 

olan torpaq sahəsi torpaq, tikili və avadanlıqlar kimi 111-ci hesabda uçota alınır. 

Taxıl əkmək üçün və taxıl əldə etməkdən ötrü toxumluq buğda alınmalıdır. Alman 

buğda  uçota  ehtiyatlar  kimi  qəbul  olunur.  Buğda  sahəyə  səpilən  vaxt  bioloji 

aktivlərə silinir. Yəni, 

131 saylı “Bioloji aktivlər - Dəyər” adlı hesabın debeti, 

201 saylı “Material ehtiyatlan” hesabının krediti olur. 

Taxıl  yığılana  qədər  müəyyən  məsrəflər  çəkilir.  Taxıl  yığılana  və  anbara 

mədaxil olunana kimi buğda (arpa) bioloji aktiv kimi qalır, sonradan isə yenidən 

ehtiyatlar kimi uçota alınır. 


310 

Bağçıhqla məşğul olan təsərrüfatın meyvə bağlan olur və orada çoxlu meyvə 

ağaclan  əkilir.  Meyvə  ağaclan  əkiləndən  quruyana  kimi  bioloji  aktiv  kimi  uçota 

alınır, əldə edilən meyvələr isə ehtiyatlar kimi qeydə alınır. 

Bioloji  aktivlərə  bitki  və  heyvanlar  (qoyun,  mal-qara,  bitkilər,  meyvə 

ağacları  və  s.)  aiddir.  Bitki  məhsullan  maliyyə  hesabatlannda  satış  üzrə  xərclər 

çıxılmaqla, bazar dəyəri ilə qeyd edilirlər. Heyvanlar isə ilkin dəyərlə və ya yenidən 

qiymətləndirmə dəyəri ilə qiymətləndirilməlidir. Bitki və heyvanlar faydalı istismar 

müddəti ərzində amortizasiya olunur və 132 saylı “Bioloji aktivlər - Amortizasiya” 

hesabında qeydə alınır. 

Təsərrüfatda  heyvanlann  mədaxil  olunması  və  çıxdaş  edilməsi  müvafiq 

formada tərtib olunan aktla rəsmiyyətə salınır. Heyvanlar təşkilata təsərrüfatın özü 

tərəfindən yetişdirilməklə və ya digər təşkilatlardan, ayrı-ayrı şəxslərdən satın alma 

yolu ilə, yaxud əvəzi ödənilmədən daxil ola bilər. Kənardan alınmış heyvanlar satın 

alınma  dəyərinin  üzərinə  bununla  bağlı  digər  xərclər  əlavə  edilməklə  mədaxil 

olunur. 

Digər  təşkilat  və  şəxslərdən  satın  alınmış  heyvanlar  mədaxil  edildikdə 

aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir: 

131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının debeti 

531  saylı  “Malgöndərən  və  podratçılara  qısamüddətli  kreditor  borc-  lan” 

hesabının krediti 

538 saylı “Digər qısamüddətli kreditor borcları” hesabının krediti. 

Təşkilatın  özü  tərəfindən  yetişdirməklə  balavermədən  (artımdan)  əldə 

olunan heyvanlar (quzular, buzovlar və b.) mədaxil edildikdə: 

131 saylı “Bioloji aktivlər-Dəyər” hesabının debeti 

202 saylı “İstehsalat məsrəfləri” hesabının krediti olur. 

Cavan və kökəldilməkdə olan heyvanlar satıldıqda: 

701 saylı “Satışın maya dəyəri” hesabının debeti; 

131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti olur. 

Satılan heyvanlann hesab-ödəmə sənədləri malalanlara təqdim edildikdə: 

211  saylı  “Malalanlar  və  sifarişçilərin  qısamüddətli  debitor  bordan” 

hesabının debeti, 

601 saylı “Satış” hesabının krediti olur 

İnventarlaşma  həyata  keçirilən  zaman  əskik  gələn  heyvanlann  dəyəri 

hesablarda bu cür əks etdirilir: 

213 saylı “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları” hesabının 

debeti, 

131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə