Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  lərarası mal-nəqliyyat qaiməsini istifadə edirlər. Qaimələri bir qayda olaraq, dörd



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə147/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   143   144   145   146   147   148   149   150   ...   323

313 

lərarası mal-nəqliyyat qaiməsini istifadə edirlər. Qaimələri bir qayda olaraq, dörd 

nüsxədə yazırlar. 

Kənd  təsərrüfatı  təşkilatları  mal-nəqliyyat  qaimələrini  yükü  göndərənlərdə 

kənd  təsərrüfatı  məhsullannm  düzgün  silinməsi  üçün  və  yükü  alanlarda  onların 

mədaxil  edilməsi,  qiymətlilərə  və  onlann  daşınmasına  görə  hesablaşmaların 

aparılması  üçün  lazım  olan  bütün  rekvizitlərin  mütləq  doldurulması  ilə  hər  bir 

nəqliyyat  vasitəsinin  getməsinə  hər  bir  yük  alan  üçün  ayrıca  olaraq  yüklərin 

daşınmasına tərtib edirlər. 

İribuynuzlu  mal-qara  fermasında  sağılmış  südü,  südün  sağılması  uçotu 

jurnalında  uçota  alırlar.  Sağıcı  qrupunun  və  ya  maşınla  südsağan  ustaların 

gündəlik süd sağımının uçotu üçün bu jurnal ayrılmışdır. Ay ərzində südün daxil 

olması və sərf edilməsinin uçotunu ferma müdiri südün hərəkəti cədvəlində aparır. 

Qırxım  məntəqəsində  yunun  daxil  olması  və  göndərilməsi  uçotunu,  yunun 

daxil olması və göndərilməsini gündəliklərində aparırlar. 

Qırxılmış yunu tədarük təşkilatlanna göndərərək, satın alma siyahısını tərtib 

edirlər. 

Quşçuluq  fermalarında  yumurtam  kənd  təsərrüfatı  məhsullannm  daxil 

olması  gündəliyi  üzrə  mədaxil  edirlər.  Onda  hər  gün  fermada  yu-  murtalayan 

toyuqların miqdarı, bütöv və sınıq şəkildə əldə edilən yumurtanın miqdarı, habelə 

cavan quşlardan alınan yumurtanın miqdarı yazılır. 

Hazır məhsulların, malların və onlann satışının sintetik uçotu üçün 204 saylı 

“Hazır məhsul”, 205 saylı “Mallar”, 711 saylı “Kommersiya xərcləri” və 601 saylı 

“Satış” sintetik hesabları ayrılmışdır. 

204  saylı  “Hazır  məhsul”  hesabı  əsas  aktiv  hesab,  hesab  olunur  və  həm  öz 

istehsalından  alman  və  satın  alman  hazır  məhsulların  uçotu  üçün  ayrılmışdır. 

Məhsulları mədaxil edən zaman aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir: 

204 saylı “Hazır məhsul” hesabının debeti 

202  saylı  “İstehsalat  məsrəfləri”  hesabının  krediti  -  bitkiçilikdən, 

heyvandarlıqdan və sənaye istehsalından daxil olan məhsulların dəyərinə 

Bu zaman, məhsul onu istehsaldan alan zaman onun təyinatı toxum və yem 

kimi dəqiq müəyyən edilibsə, onda hesablarda bu cür mühasibat köçürməsi verilir: 

201

 

saylı “Material ehtiyatlan” hesabının debeti, 

202

 

saylı “İstehsalat məsrəfləri” hesabının krediti olur. 

Məhsulları  təmizlədikdən  və  onun  məqsədli  təyinatını  müəyyən  etdikdən 

sonra aşağıdakı kimi mühasibat köçürməsi tərtib edilir: 


314 

201  sayh  “Material  ehtiyatlan”  hesabının  debeti  -  əgər  məhsul  toxum  və 

basdırma materialı kimi istifadə edilmək üçün ayrılırsa; 

205 saylı “Mallar” hesabının debeti - əgər məhsul ictimai iaşə obyektlərinə və 

özünün ticarət xidmətinə verilirsə, 

204 saylı “Hazır məhsul” hesabının krediti olur. 

Qiymətlilərin korlanmasından aşkar edilmiş çatışmamazlıqlann və itkilərin 

uçot  dəyəri  ilə  məbləğləri,  onların  istehsalat  məsrəflərinə  silin-  məsindən  və  ya 

günahkar  şəxslərə  aid  edilməsindən  asılı  olmayaraq  731  saylı  “Sair  əməliyyat 

xərcləri” hesabının debetinə 204 saylı “Hazır məhsul” hesabının kreditindən silirlər. 

Kənd təsərrüfatı təşkilatlarında məhsulların satışının uçotu 601 saylı “Satış” 

hesabında  aparılır.  Bu  hesab  aktiv-passiv,  əməliyyat-nəticə  və  müqayisəedici 

hesabdır.  601  saylı  “Satış”  hesabının  debetində  satılmış  məhsulların,  işlərin 

(xidmətlərin)  maya  dəyəri  və  kommersiya  xərcləri,  kreditində  isə  -  satılmış 

məhsulların (işlərin, xidmətlərin) buraxılış dəyərini əks etdirirlər. 

Məhsulların,  işlərin  və  xidmətlərin  maliyyə  nəticələrini  (mənfəəti  (gəliri), 

zərəri) hər ayda və ya rübdə 801 saylı “Ümumi mənfəət (zərər)” .hesabına silirlər. 

VI

 

FƏSİL. KAPİTAL QOYULUŞLARI VƏ 

MALİYYƏ İNVESTİSİYALARININ UÇOTU 

6.1.

 

Kapital qoyuluşları, onların qruplaşdırılması və 

qiymətləndirilməsi 

Kapital  qoyuluşları  -  əsas  fondlann  geniş  təkrar  istehsalına  məsrəflər 

deməkdir.  Daha  doğrusu,  makroiqtisadiyyatın  əsas  fondlannm  geniş  təkrar 

istehsalına  və  onlann  keyfiyyətinin  yaxşılaşdınimasına  yönəldilmiş  xərclər  kapital 

qoyuluşu adlanır. Onları yeni təşkilatların, bina və qurğulann tikilməsinə, yenidən 

qurulmasına, mövcud təşkilatlann genişləndirilməsinə və yeni təchizat vasitələri ilə 

təchiz 

olunmasına, 

habelə 

avadanlıqların 

yeniləşdirilməsinə 

və 

modernləşdirilməsinə  istifadə  edirlər.  Kapital  qoyuluşlarının  tərkibinə  tikinti  və 

quraşdırma işlərinin həyata 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə