Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  tamamilə  başa  çatan,  müəyyən  edilmiş  qaydada  qəbul  aktı  ilə  rəsmiləşdirilən  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə155/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   151   152   153   154   155   156   157   158   ...   323

330 

tamamilə  başa  çatan,  müəyyən  edilmiş  qaydada  qəbul  aktı  ilə  rəsmiləşdirilən  və 

təsdiq  edilən,  istismara  qəbul  edilmiş  obyektlər  aiddir.  Tikintisi  başa  çatmış 

obyektlərin  istismara  qəbul  qaydası  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edilir. 

Birinci  növbədə  başa  çatmış  obyekti  bina  tikən  tərəfindən  təyin  edilmiş  işçi 

komissiyası vasitəsi ilə qəbul edilir. Komissiya tikintisi başa çatmış obyektlərin və 

quraşdırılmış  avadanlıqların  layihəyə  müvafiqliyini,  sınağın  və  avadanlığın 

kompleks  yoxlanmasının  nəticələrini,  obyektlərin  normal  istismara  hazırlığını  və 

məhsulun buraxılışına və ya xidmətin göstərilməsinə hazırlığını, tikinti-quraşdırma 

işlərinin keyfiyyətini və i.a. yoxlamalıdır. Tikintisi başa çatmış ayrıca dayanan bina 

və  qurğu,  obyektin  tərkibinə  daxil  olan  tikilmiş  və  ya  əlavə  tikilmiş  istehsalat  və 

köməkçi  istehsalat  təyinatlı  binalar,  obyektlərin  tikintisi  prosesində  onların  işə 

salınması vacib  olan  zaman  obyekti  bütövlükdə  qəbul  edən  Dövlət Komissiyasına 

onlar hazır olduqca, onları təqdim etməklə işçi komissiyası tərəfindən qəbul edilir. 

İstehsalat  təyinatlı  obyektlərin  tikintisi  başa  çatdıqda,  əgər  quraşdırılmış 

avadanlıqda  layihədə  nəzərdə  tutulan  məhsulun  buraxılışına  (xidmətin 

göstərilməsinə)  başlandıqda,  habelə  əgər  onlar  istismar  kadrları  ilə 

komplektləşdirilibsə,  enerji  resursları  ilə,  xammalla  və  b.  təmin  olunduqda 

istismara  qəbul  edilir.  Mülki-yaşayış  təyinatlı  obyektlər  ancaq  bütün 

tikinti-quraşdırma  işləri  yerinə  yetirildikdən  sonra,  təsdiq  edilmiş  layihəyə  tam 

müvafiq  olaraq  obyektləri  avadanlıq  və  inventarla  təmin  etmək  şərti  ilə  ərazini 

abadlaşdırdıqdan, həmçinin çatışmamazlıqlan aradan qaldırdıqdan sonra istismara 

qəbul  edilir.  Ticarət,  ictimai  iaşə,  əhaliyə  məişət  xidməti  təşkilatlan  üçün  və 

qeyri-sənaye xarakterli ehtiyaclar üçün içərisində və ətrafında tikinti olan yaşayış 

binaları, göstərilən binalar üzrə işləri daxil etməklə, bütün inşaat-quraşdırma işləri 

yerinə  yetirildikdən  sonra  istismara  qəbula  təqdim  edilir.  Tikintisi  başa  çatmış 

obyektlərin istismara qəbulu Dövlət komissiyası tərəfindən aktlarla rəsmiləşdirilir. 

Həmin  akta  tərtib  edilmiş  binalann  (qurğulann)  siyahısı  onların  inventar  dəyəri 

göstərilməklə  əlavə  edilir.  Aktlarda  inşaat-quraşdırma  işlərinin  keyfiyyətinə  və 

layihədə  nəzərdə  tutulan  texnoloji  və  arxitektura-inşaat  qərarlarının  mütərəq- 

qiliyinə  qiymət  verilir.  Obyektlərin  istismara  qəbul  aktları  sədr  və  komissiyanın 

bütün üzvləri tərəfindən imzalanır. Obyektin istismara verilməsi tarixi aktın Dövlət 

Komissiyası  tərəfindən  imzalandığı  tarix  hesab  olunur.  Obyektlərin  istismara  işə 

salınması aktları başa çatmış kapital qoyuluş- lanmn uçotu üçün əsas hesab olunur. 

Başa çatmış kapital qojoıluşlanna aşağıdakılar aiddir: müəyyən edilmiş qaydada işə 

salınması aktla rəsmiləşdirilən tikinti və ya quraş- 


331 

dmlması  başa  çatan  obyektlər  üzrə  məsrəflər,  tikinti  və  avadanlıqlann  tərkibinə 

daxil edilən quraşdıniması tələb olunmayan avadanlıqlann, inventarlann, alətin və 

digər  əşyalann  əldə  edilməsi  üzrə  məsrəflər,  tikinti  və  avadanlıqların  dəyərini 

artırmayan  məsrəflər;  ayrı-ayrı  obyektlərin  tikintisində  pay  iştirakı  qaydasında 

digər  təşkilatlara  verilən  maliyyələşmə;  qəti  surətdə  dayandırılmış  və  həyata 

keçirilməmiş  tikinti  üzrə  müəyyən  edilmiş  qaydada  silinən  məsrəflər.  Müəyyən 

edilmiş  qaydada  Dövlət  komissiyası tərəfindən  təsdiq  edilən aktlarda  başa çatmış 

tikinti üzrə məsrəflər, 113 saylı hesabdan müvafiq maliyyələşmə hesabına 341, 342, 

544 saylı hesabların debetinə silinir. 

Buna  oxşar  qaydada  torpaq,  tikili  və  avadanlıqların  dəyərini  artırmayan 

məsrəflər  və  həyata  keçirilməyən  və  qəti  surətdə  dayandınlan  əsaslı  tikinti  üzrə 

məsrəflər silinir. 

Tikintisi  başa  çatdırılım  ş  binalar  və  qurğular,  qurulmuş  avadanlıqlar, 

onlann  ilkin  dəyərini  artıran  obyektlərin  başa  çatmış  əlavə  tikintisi  və  əlavə 

avadanlıq  qoyulması  işləri  Dövlət  komissiyasının  aktları  əsasında  qəbul  edən 

təşkilatın balansında torpaq, tikili və avadanlıqların tərkibinə daxil edilir. 

Tikintinin smetalarında nəzərdə tutulan və işə salman obyektlər üçün birinci 

komplekt  kimi  ayrılan  alət  və  inventar  əldə  edilmə  dəyəri  ilə  əşyalann  tərkibinə 

daxil  edilir.  Bütövlükdə  təşkilatın  Dövlət  komissiyası  tərəfindən  qəbuluna  qədər 

sifarişçinin  (bina  tikənin)  işçi  komissiyası  tərəfindən  qəbul  edilən,  iri  təşkilatın 

tərkibinə  daxil  olan  tikintisi  başa  çatmış  ayrı-ayrı  köməkçi  binalar  və  qurğular 

torpaq,  tikili  və  avadanlıqların  tərkibinə  bu  şərtlə  daxil  edilir  ki,  əgər  onlann  işə 

salınması  planda  nəzərdə  tutulmuş  olsun  (titul  siyahısında),  həmçinin  onların 

istismarı  faktiki  başlansın.  Hissə-hissə  işə  salınan  obyektlər  torpaq,  tikili  və 

avadanlıqlann  tərkibinə  obyektin  işə  salman  hissəsinin  dəyərində  daxil  edilir.  Bu 

zaman  həmin  obyektin  tam  smeta  dəyərində  obyektin işə salınan  payında, həmin 

obyekt üzrə sifarişçi tərəfindən faktiki həyata keçirdiyi məsrəfin məbləğindən asılı 

olaraq, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra qəbul edilir. 

Sifarişçi  (bina  tikən)  tərəfindən  ödəməyə  qəbul  edilməyən  başa  çatmamış 

əsaslı işlər mühasibat hesablanna əks olunmur və balansda göstərilmir. Belə işlər 

ancaq analitik uçotda tikinti obyektləri çərçivəsində sorğu kimi uçota alınmalı və 

ancaq 2 saylı formada hesabatda göstərilməlidir. 113 saylı hesabda məsrəflər ancaq 

onları maliyyələşdirən  bank  təşkilatı tərəfindən  ödənildikdə  və  ya  ödəməyə qəbul 

edildikdə əks olunur. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə