Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov

  Müstəqil  kalkulyasiya  maddəsi  kimi  amortizasiya  ayrıca  göstərilməyən

Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə133/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   129   130   131   132   133   134   135   136   ...   323

285 

Müstəqil  kalkulyasiya  maddəsi  kimi  amortizasiya  ayrıca  göstərilməyən 

sahələrdə istehsalat avadanlıqlarının və alətlərinin amortizasiya məbləği, sexlərin, 

bina  və  təsərrüfat  inventarlarının  amortizasiya  məbləği  202  saylı  “İstehsalat 

məsrəfləri”  hesabının  aynca  8-ci  subhcsabının  debetinə,  ümumtəsərrüfat  təyinatlı 

(zavod  idarəsi,  anbarlar,  zavod  laboratoriyaları  və  b.)  bina  və  qurğulann  və 

təsərrüfat  inventarlarının  amortizasiya  məbləğləri  721  saylı  “İnzibati  xərclər” 

hesabının debetinə yazılır. 

5.8.

Torpaq, tikili və avadanlıqların təmirinin uçotu 

Torpaq,  tikili  və  avadanlıqlar  istismar  prosesində  köhnəlir.  Bu  zaman 

obyektin ayrı-ayrı hissələri öz xüsusiyyətlərini qeyri-bərabər itirir. Daha çox ağırlıq 

düşən  və  ya  başqalarından  daha  çox  atmosfer  təzyiqinə  məruz  qalan  hissələr  tez 

köhnəlir. 

Təşkilatın torpaq, tikili və avadanlıqlannı lazımi vəziyyətdə saxlamaq üçün, 

onlara gündəlik səliqə ilə baxmaq və dövrü olaraq təmir etmək lazımdır. Torpaq, 

tikili və avadanlıqların daimi işləməsini təmin etmək üçün təkcə istehsal prosesində 

onların vəziyyətini sistematik olaraq gündəlik müşahidə etmək deyil, yuxarıda qeyd 

edildiyi kimi həm də, dövrü olaraq təmir etmək lazımdır. 

Bütün bunlar bu və ya digər obyektin tərkibinə daxil olan ayrı-ayrı qovşaq və 

detalların qeyri-bərabər köhnəlməsindən irəli gəlir. Torpaq, tikili və avadanlıqların 

təmiri layihələşdirilmiş xidmət müddəti ərzində onları normal vəziyyətdə saxlamaq 

məqsədilə  aparılır.  Bundan  əlavə  təmir  vəsaitlərə  yaxşı  münasibət  bəslədikdə 

onların  xidmət  müddətini  uzadır.  Torpaq,  tikili  və  avadanlıqlann  planlı-ehtiyat 

təmiri  sistemi  ən  mütərəqqi  sistemdir.  Bu  zaman  vəsaitlər  onlann  faktiki 

vəziyyətindən asılı olmayaraq, qabaqcadan tərtib olunmuş qrafik üzrə təmir edilir. 

Planlı  ehtiyat  təmiri,  təkcə  təmir  işlərinin  həyata  keçirilməsini  deyil,  həm  də 

avadanlığın işləmə vaxtını tənzimləməyə, təmir üçün lazım olan ehtiyat hissələrini 

qabaqcadan  hazırlamağa,  habelə  sərf  ediləsi  pul  vəsaitlərini  normallaşdırmağa 

imkan verir. 

Təmirin  dəyəri  tənzimləşdirilən  və  uçota  alınan  zaman  obyektlərin  sayı  və 

adları təmirin növü və mürəkkəbliyi, ayrı-ayrı təmir vahidlərindən işin həcmi, təmir 

prosesində avadanlığın boş dayanma vaxtı, müvafiq təmir növünə adam-saat hesabı 

ilə sərf olunası iş vaxtı və əmək haqqı, material və ehtiyat hissələrinin sərf olunması 

və digər xərclər müəyyənləşdirilməlidir. 

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   323

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə