|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
201 saylı “Material ehtiyatlan” hesabının debeti
246
201 saylı “Material ehtiyatlan” hesabının debeti
531 saylı “Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borclan”
hesabının krediti
2.
Hesabat ayında nəqliyyat-tədarükat xərcləri 24 min man. olmuşdur, o
cümlədən:
a)
materiallann daşınması üçün zavoddaxili nəqliyyat xidmətləri olub - 20
min AZN
201 saylı “Material ehtiyatları” hesabının debeti
202.9
saylı “İstehsalat məsrəfləri” hesabının 9-cu subhesabmın krediti
b)
Ekspeditorlann avans hesabatlarına əsasən materialların daxil olması ilə
əlaqədar olan xərclər - 4 min AZN
201
saylı “Material ehtiyatları” hesabının debeti
244 saylı “Təhtəlhesab məbləğlər” hesabının krediti
3.
Sərf edilmiş materiallar müqavilə qiyməti ilə silinmişdir:
a)
əsas istehsalata - 700 min AZN
202
saylı “İstehsalat məsrəfləri” hesabının debeti
201 saylı “Material ehtiyatları” hesabının krediti
b)
köməkçi istehsalata - 200 min AZN
202.9
saylı “İstehsalat məsrəfləri” hesabının 9-cu subhesabmın debeti
201 saylı “Material ehtiyatlan” hesabının krediti
c)
sexlərin təsərrüfat ehtiyaclanna - 50 min AZN
202.8 saylı “İstehsalat məsrəfləri” hesabının 8-ci subhesabmın debeti
201 saylı “Material ehtiyatları” hesabının krediti
YEKUNU 350 min AZN
4.
Nəqliyyat-tədarükat xərclərinin sərf edilən materiallara düşən hissəsi
silinmişdir. Bunun üçün xərclərin ayın əvvəlinə qalığı ilə birlikdə cəminin ay ərzində
daxil olmuş materiallann ayın əvvəlinə olan mövcud qalığı ilə birlikdə cəminə olan
nisbətini tapınq. Bu nisbət
(80-ı-24)xl00/ 400-1-1200=6.5% təşkil edir. Deməli nəqliyyat- tədarükat
xərclərindən 14 min manat (700x2/100=14). 202 saylı “İstehsalat məsrəfləri”
hesabına silinir. 202 saylı hesabın “Köməkçi istehsalat” subhesabına 4 min manat
(200x2/100=4) və 202 saylı hesabın 8-i “Ümumistehsalat xərcləri” subhesabına 1 min
manat (50x2/100=2) silinməlidir. Nəqliyyat-tədarükat xərclərinin uçotu
materialların qruplan üzrə apanlır. Bu istehsalata sərf edilmiş materiallann maya
dəyərini düzgün hesablamaq üçün vacibdir.
247
4.12.
İnventarların uçotunun xüsusiyyətləri
İnventarlar təşkilatda istifadə edilən maddi qiymətlilərin əhəmiyyətli
hissəsini təşkil edir. Onların uçotu prinsiplərini və vəzifələrini başa düşmək üçün
hər şeydən əvvəl, həmin inventarların istifadə olunması xüsusiyyətlərini
aydınlaşdırmaq, həmçinin onların təsnifatına baxmaq lazımdır. İnventarlar torpaq,
tikili və avadanlıqlar kimi, istismar prosesində öz natural formalarını dəyişmir və
tədricən köhnəlir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci
maddəsinin 8-ci bəndinə müvafiq olaraq aşağıdakılar torpaq, tikili və avadanlıqlara
aid edilməyərək inventarların tərkibində uçota alınır.
-
dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan inventarlar;
-
istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə
məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını
saxlamayan sərvətlər;
-
dəyərindən və xidmət müddətindən asılı olmayaraq torpaq, tikili və
avadanlıq sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən,
mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan
başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və ya dəstinin
dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş torpaq, tikili və
avadanlıqların dəyərinin minimum həddindən aşağı olan (100 AZN-dən)
əmək əşyaları;
-
dəyərindən və xidmətindən asılı olmayaraq balıq ovu alətləri (trallar,
bütün növ torlar və s.);
-
benzin mühərrikli mişarlar, taxtadoğrayan maşınlar, çaylarda istifadə
edilən axıtma troslan, mövsümi yollar, ağacdaşıma yollarının şaxələri və
müvəqqəti qollan, istismar müddəti iki ilədək olan müvəqqəti meşə
binaları (səyyar qızdıncı komalar, qazanxana məntəqələri, mişaritiləmə
emalatxanaları, benzindoldur- ma məntəqələri və s.);
-
dəyərindən asılı olmayaraq, fərdi sifarişlərin, yaxud məmulat- lann
seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və s.
alətlər;
-
vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı
olmayaraq xüsusi geyimlər, ayaqqabılar, habelə yataq ləvazi- matlan;
vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı
olmayaraq təşkilat işçilərinə verilməsi nəzərdə tutulan xidməti
Dostları ilə paylaş: |
|
|