Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Homin  nəzarətə  mühasibat  tərəfindən  bilavasitə  anbarlarda  ilkin  sənədlərin  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə110/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   106   107   108   109   110   111   112   113   ...   323

238 

Homin  nəzarətə  mühasibat  tərəfindən  bilavasitə  anbarlarda  ilkin  sənədlərin  və 

anbar  uçotunun  yoxlanması,  materialların  faktiki  miqdarının  seçmə  qaydada 

yoxlanması, habelə bunların inventarlaşması işində fəal iştirakı daxil edilir. 

Təşkilatda  materialların  mühasibat  uçotu  hər  şeydən  əvvəl  əmək 

predmetlərinin dövriyyəsi və qalıqları haqqında dəyər ifadəsində düzgün məlumat 

əldə  etmək  məqsədini  güdür.  Bu  məlumat  yüksək  keyfiyyətli  ilkin  sənədlərə 

əsaslanır. 

Qiymətlilərin  faktiki  qalıqlarının,  ehtiyatların  hərəkətsiz  qalan  ma- 

teriallann miqdarının müəyyən edilmiş normalarından kənarlaşması olan hallarda, 

anbar  müdiri  materialların  faktiki  qalıqlarının  ehtiyatlarının  müəyyən  edilmiş 

normalarından  kənarlaşması  haqqında  M  -  18  saylı  formada  xüsusi  siqnal 

arayışlarını  yazmaq  yolu  ilə  maddi-texniki  təchizat  şöbəsinə  öz  vaxtında  xəbər 

verməlidir. 

Mühasibat  uçotunun  aparılması  təcrübəsinin  ümumiləşdirilməsi  aşağıdakı 

mülahizələri  qeyd  etməyə  imkan  verir.  Material  uçotunun  mühasibatda  tətbiq 

edilən  variantı  birdəfəlik  qeyd  prinsipinin  ardıcıl  surətdə  apanimasmı,  natural 

ifadədə  material  hərəkətinin  çeşid  uçotunun  onlann  saxlandığı  yerlərdə 

mərkəzləşdirilməsini,  anbar  uçotunun  mühasibat  tərəfindən  təsdiq  edilməsini, 

anbar  uçotu  ilə  anbar  əməliyyatlarının  operativ  mühasibat  nəzarəti  arasında 

qarşılıqlı  əlaqə  yaradılmasını  nəzərdə  tutur.  Təşkilatda  materialların  düzgün 

istifadə  edilməsi  və  bunların  mühafizəsi  üzərində  mühasibat  nəzarətinin  qaydası 

haqqında, həmin nəzarətin gündəlik cari və operativ nəzarətə çevrilməsi haqqında 

məsələ  əsas  sayılır.  Material  uçotunun  səmərələşdirilməsi,  xüsusən  əl  işinin  xırda 

mexanik- ləşdirmə ilə əlaqələndirilməsi şəraitində səmərələşdirilməsi mühasibatda 

materialın hər bir çeşidinin mədaxili və məxaricinə dair qeydlərin təkrar edilməsi 

hallarını  ləğv  etmək  yolu  ilə  mümkün  olur.  Mühasibatda  operativ  uçot  qeydləri 

(anbar  uçotu  kartoçkalannda)  mühasibat  tərəfindən  müntəzəm  qaydada 

yoxlanıldığı üçün həmin qeydlər yoxlamadan sonra mühasibat nöqteyi-nəzərindən 

dürüst məlumat sayılır. 

Beləliklə, materiallann anbar operativ uçotunun mühasibat uçotu ilə əlaqəsi 

yaranır. 

Anbarlardan  mühasibata  daxil  olmuş  ilkin  sənədlərə  bir  daha  baxılır  və 

onlar müvafiq qaydada işlənilir. Bütün sənədlər hesablayıcı maşınların köməyi ilə 

taksirovka  edilir,  yəni  miqdar  qiymətə  vurulur,  sonra  nomen-  klatura  nömrələri, 

daxilolma mənbələri və sərf olunma istiqamətləri üzrə qruplaşdırılır. 


239 

Təşkilatın  mühasibatında  aylar  üzrə  hər  bir  il  müddətinə  material-  lann 

qalıq (saldo) uçotu cədvəli (kitabı) açılır və onda qruplar üzrə materialların adları, 

nomenklatura nömrələri, qiymətləri və s. sadalanır, qalıq siyahısına uyğun olaraq 

hər ayın birinə onların natural qalıqları (miqdarı) əks etdirilir. Mühasibat həmin 

qalıqları  uçot  qiymətinə  vuraraq,  hər  bir  nomenklatura  nömrəsi,  qrup  və 

bütövlükdə cədvəl (kitab) üzrə materialların məbləğini tapır. 

Qalıq  uçotu  cədvəli  anbardakı  miqdar  uçotu  ilə  mühasibatın  miqdar  və 

məbləğ uçotunun qarşılıqlı əlaqələndirilməsi üçün tətbiq olunur. Cədvəl üzrə uçot 

qiyməti ilə qalıq məbləği, üstəgəl nəqliyyat-tədarükat xərcləri 201 saylı “Material 

ehtiyatlan” sintetik hesabının qalığına uyğun olur. Belə bir eyniliyin olması üçün 

uçotun  jurnal-order  forması  təşkilatda  tətbiq  edildiyinə  görə  xüsusi  registr  - 

“Material  qiymətlilərinin  hərəkəti  .cədvəli”  aparılır.  Məbləğlərin  düz  gəlməsi 

yazılışlarda (taksirovkada, şaquli və üfüqi vəziyyətdə yekunların hesablanmasında 

və s.) səhvə yol verildiyini göstərir ki, bu da hesabat tərtib olunanadək ləğv edilir. 

Mühasibat  dövriyyə  cədvəllərini  balans  hesablarına  müvafiq  olaraq 

ayrı-ayrı adlar və markalar üzrə deyil, material qrupları üzrə aparır. Təşkilatda 

belə qruplar çoxdur. Cədvəllər material növləri üzrə aparıl- masaydı, burada ad 

olardı. Dövriyyə cədvəllərində yalnız məbləğ ifadəsində məlumat olur. 

Dövriyyə  cədvəlini  tərtib  etməzdən  əvvəl  ilkin  sənədlərlə  anbar  tərəfinfən 

mühasibata təqdim olunmuş reyestrlər qruplaşdırılır. Dövriyyə cədvəlləri ayrı-ayrı 

balans hesabları daxilində hər bir anbar üzrə material- lann mədaxil və məxarici 

üçün  ayrı-ayrılıqda  hər  ay  tərtib  edilir.  Ümumi  yekunlar  sonra  icmal  dövriyyə 

cədvəlinə yazılır. 

»•  Balansı  tərtib  etməzdən  əvvəl  mühasibatda  icmal  dövriyyə  cədvəlləri  üzrə 

qeydlər,  sintetik  hesablar  üzrə  dövriyyələr  və  saldolarla  tutuş-  fliamlur.  Eyni 

zamanda cədvəllər material qalıqları dəftərindəki vəsait ■%uplan üzrə saldolarla 

tutuşdurulur. 

Təşkilatın  təcrübəsi  göstərir  ki,  materialların  bu  variant  üzrə  uçotu, 

^sabdarlığın təşkilini və anbar qeydləri üzərinə mühasibat nəzarətini texşılaşdırır. 

p

  Operativ-mühasibat  (saldo)  metodunda  mühasibatda  materialların  |eşid  üzrə 

uçotu aparılır. Analitik uçot hər bir maddi-məsul şəxs üzrə ba- 

hesabı (subhesabı) və maddi qiymətlilərin qrupları üzrə dəyər ifa- jtosində 

aparılır. 

|)  Kartoçkalar  anbarda  xüsusi  qutularda  saxlanılır,  onlar  maddi  qiy-  Wtlilərin 

qrupları və yarımqrupları üzrə, onların daxilində isə nomen- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə