Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Artıq  və  həmin  təşkilatda  lazım  olmayan  materiallann  satış  qaydasında



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə109/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   105   106   107   108   109   110   111   112   ...   323

236 

Artıq  və  həmin  təşkilatda  lazım  olmayan  materiallann  satış  qaydasında 

buraxılışı  məlum  olduğu  kimi,  materialların  buraxılışı  üçün  (daxili  yerdəyişməsi) 

qaimə-tələbnamə  yazmaq  yolu  ilə  rəsmiləşdirilir  (11  saylı  forma).  Mal-material 

qiymətlilərin  satışı  haqqında  informasiya  611  saylı  “Sair  əməliyyat  gəlirləri”  adlı 

nəticə  hesabında  ümumiləşdirilir.  Onda  xüsusilə  mal-material  qiymətlilərin  və  b. 

balans dəyəri və satış qiyməti əks olunur. 

611  saylı  hesabın  debeti  üzrə  çıxan  qiymətlilərin  balans  dəyəri  və  bununla 

əlaqədar çəkilən xərclər, krediti üzrə isə materialların satışından əldə olan vəsait əks 

olunur. 

4.8.

 

Materialların anbarda uçotu və onun 

mühasibatdakı uçotla əlaqəsi 

Təşkilatda  materialların  mədaxili  və  məxarici  haqqındakı  məlumatlar 

əvvəlcə anbar uçotunda əks etdirilir. Buna operativ uçot deyilir. Təşkilatın anbar 

işçiləri, onlara tapşırılmış material vəsaitinin hərəkətini və qalıqlarını uçota alırlar. 

Bu uçot yalnız kəmiyyət (natural) ifadəsində kartoçkalarda (M-17 saylı f.) apanlır. 

Kartoçkaları  anbara  mühasib  verir  və  qabaqcadan  bu  kartoçkalarda  hər  bir 

materialın  qiymətini,  nomenklatura  nömrəsini,  adını,  ölçüsünü,  markasını,  ölçü 

vahidini  və  ehtiyat  normasını  göstərir.  Anbar  uçot  kartoçkalarının  bu  qaydada 

hazırlanması  materialın  şifri  və  adı  müəyyənləşdirilən  zaman  mümkün  ola  bilən 

fərq və səhvlərin qarşısını alır. Materialın adının sənədlərdə, anbar registrlərində və 

mühasibat  cədvəllərində  vahid  olması  materialların  düzgün  uçota  alınmasına 

kömək edir. 

Anbar  təsərrüfatı  sisteminin,  o  cümlədən  anbarların,  sexlərin  istehsalat 

sahələrinin  lazımi  təşkil  olunma  texnikası  vasitələri  ilə  təmin  olunmasının 

təkmilləşdirilməsi  üzrə  tədbirlər  işləyib  hazırlamaq  lazımdır.  Həmin  tədbirlərə 

müvafiq  olaraq  maddi  ehtiyatların  qənaətlə  istifadə  olunmasına  nəzarətin  həyata 

keçirilməsində  mühasibat  uçotunun  rolu  yüksəldilməli,  ilkin  uçot  qaydaya 

salınmalı,  xüsusi  olaraq  az  tapılan  və  baha  qiymətli  materialların  buraxılış 

sənədlərini imza etmək hüququ olan vəzifəli şəxslərin sayı məhdudlaşdırılmalıdır. 

Materialların  uçotunun  düzgün  təşkili  və  onların  mühafizəsinin  təmin 

etməyin mühüm şərti kimi anbar təsərrüfatının yaxşı vəziyyətdə olması xidmət edir. 

Anbarların binaları ayrı olmalıdır, siqnalizasiya ilə, la- 


237 

zımi miqdarda rəflərlə, oyuqlarla, altlıqlarla, mexanikləşmə vasitələri ilə çəki-ölçü 

cihazlan  ilə  təmin  olunmalıdır.  Anbarın  daxilində  materialların  hər  bir  qrupu, 

yarımqrupu və növü ciddi nəzərdə tutulan sistemə müvafiq olaraq müəyyən yerdə 

saxlanılmahdır.  Hər  bir  saxlanma  yerinə  material  yarlığı  bərkidilir.  Təşkilatın 

rəhbərinin  əmri  ilə  anbarlarda  işləyən  maddi-  məsul  şəxslər  müəyyən  edilir.  Bu 

şəxslərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mühasibat uçotunun bəzi 

məsələləri haqqında” 26 dekabr 1996-cı il tarixli 188 saylı qərarına müvafiq olaraq 

maddi məsuliyyət haqqında müqavilələr bağlanır. Anbarlarda və sex anbarla- nnda 

materialların uçotu bilavasitə həmin şəxslərlə aparılır. Bəzi hallarda maddi-məsul 

şəxslərin  razılığı  ilə  anbar  uçotu  kartoçkalan  uçotunun  aparılması  hesablayıcıya 

(operatora) həvalə edilə bilər. Belə uçot miqdar- çeşid və ya anbar uçotu adlanır. 

Hazırda  materialların  uçotunun  ən  mütərəqqi  metodu  operativ  mühasibat 

(saldo)  metodu  hesab  olunur.  Uçotun  bu  metodu  zamanı  təşkilatın  mühasibatı 

materialın hər bir nomenklatura nömrəsinə anbar uçotunun kartoçkalannı açır və 

qeydiyyat  jurnalında  imza  etdirməklə  anbar  müdirinə  verir.  Onlarda  material, 

onun saxlandığı yer xarakterizə olunur, hərəkəti və qalığı üçün lazım olan ehtiyat 

norması göstərilir. 

Material vəsaiti qəbul edildikdən, yaxud verildikdən sonra anbardar anbar 

uçotu  kartoçkalarında  qeydlər  aparır.  Hər  bir  qeyddən  sonra  materialların  qalığı 

çıxarılır. Beləliklə, anbarda ehtiyatlann vəziyyəti haqqında operativ məlumat olur. 

Bu  məlumat  bu  və  ya  digər  materialın  artıq-  əskikliyinə  dair  təchizat  şöbəsinə 

xəbərdarlıq  etmək  üçün  zəruridir.  Mədaxil  və  məxaric  sənədləri  anbardar 

tərəfindən reyestrlərlə birlikdə ertəsi gündən gec olmayaraq mühasibata verilir və 

bu haqda mühasibatdan qəbz alınır. Burada limit kartları müstəsnalıq təşkil edir, 

bunlar  limitdən  istifadə  edildikdə,  lakin  bütün  hallarda  ayın  birindən  gec 

olmayaraq  təhvil  verilir.  Təşkilatın  sexləri  də  eyni  vaxtda  limit  zabor  kartlarının 

ikinci nüsxəsini mühasibata təqdim edirlər ki, bunlan da mühasibat anbardan almış 

sənədlərlə  tutuşdurur.  Bu  zaman  ay  ərzində  limit-zabor  kartlan  anbar  uçotunun 

müvafiq kartoçkalan ilə birlikdə saxlanılır. 

Təşkilatda materialların anbar uçotu, nəinki ehtiyatların operativ qaydada 

müəyyən edilməsi, hətta bütün uçotun düzgün aparılması üçün lazımdır. 

Materiallann  mühasibat  uçotunun  əsas  elementi  anbar  uçotunun  vəziyyəti 

üzərində, vəsait saxlanılan yerlərdə sənədləşdirmənin düzgünlüyü və kartoçkalarda 

qeydlərin  edilməsi  üzərində,  habelə  mühasibat  uçotu  ilə  anbar  uçotunun  eyniliyi 

üzərində gündəlik nəzarət aparmaqdan ibarətdir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə