Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  haqqında  informasiyalan  ümumiləşdirmək  üçün  201  saylı  “Material  ehtiyatları”



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə105/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   101   102   103   104   105   106   107   108   ...   323

228 

haqqında  informasiyalan  ümumiləşdirmək  üçün  201  saylı  “Material  ehtiyatları” 

adlı aktiv sintetik hesab aynimışdır. 

Maddi qiymətlilər subhesablarda ya onlann alış qiymətləri ilə dəyərindən və 

onların  tədarükü  və  təşkilata gətirilməsi  üzrə  xərclərdən  ibarət olan,  onlann  əldə 

edilməsinin faktiki maya dəyəri ilə, ya da uçot qiymətləri ilə uçota alma bilərlər. 

Maddi  qiymətlilər  anbara  təkcə  malgöndərənlərdən  deyil,  həm  də 

təhtəlhesab şəxslərdən (təsərrüfat və dəftərxana mallan), öz ehtiyacları üçün alətlər, 

xüsusi  ştamplar,  qurğular  hazırlayan  özünün  köməkçi  istehsalatlarından  daxil 

olurlar. 

Təşkilatın  materiallarının  istehsalat  ehtiyatlan  malgöndərən  təşkilatlar  və 

maddi-texniki  təchizat  təşkilatının  hesabına  tamamlanır.  Yuxanda  qeyd  edildiyi 

kimi,  təşkilatlar  arasında  təsərrüfat  münasibətləri  müqavilələr  əsasında  qurulur. 

Müqavilələrdə materialların (qiymətlilərin) adlan, miqdarı, qiymətləri, göndərilmə 

müddəti,  hesablaşma  qaydalan,  göndərilmə  üsullan,  müqavilə  şərtlərinə  riayət 

olunmamağma görə sanksiyalar, qəbul qaydaları və i.a. nəzərdə tutulur. 

Müqavilə münasibəti təşkilatın tələbatını lazımi keyfiyyətdə və təyin edilmiş, 

müəyyənləşdirilmiş  vaxtda  materiallarla  daha  tam  təmin  etməyə  imkan  verir. 

Malgöndərən  -  təşkilatlar  göndərilmiş  məhsula  ödəmə  -  tələbnamələri,  hesab 

fakturalar yazır, onlan ödəmək üçün banka verir və poçt ilə təşkilata göndərirlər. 

Əvvəlki  sualda  qeyd  edildiyi  kimi,  müqavilə  öhdəliklərinin  yerinə  yetirilməsini 

təşkilatda  təchizat  şöbəsi  yerinə  yetirir,  ona  görə  ödəmə  tələbnamələri  birinci 

növbədə  maddi-texniki  təchizat  şöbəsinə  daxil  olur.  Orada  onlann  müqaviləyə 

müvafiqliyi yoxlanılır, ödəmə tələbnamələri qeydiyyatdan keçirilir və aksept edilir. 

Ödəmə  tələbnamələri  qeydiyyatdan  keçirildikdən  sonra  daxili  nömrə 

(qeydiyyat)  alır  və  ödəmək  üçün  təşkilatın  mühasibatına  verilir,  qəbz  və 

mal-material qayimələri isə yükləri almaq və çatdırmaq üçün ekspedisiya şöbəsinə 

verilir  və  sonra  təşkilatın  mühasibatı  malgöndərənlərlə  hesablaşmaya  başlayır. 

Anbara  yüklər  daxil  olduqca  mədaxil  orderi  yazılır,  reyestrlə  mühasibata  təhvil 

verilir,  taksirovka  edilir  və  ödəmə  tələbnaməsinə  keçirildikcə,  təşkilatın 

mühasibatına təhvil verilir, taksirovka edilir və ödəmə tələbnaməsinə əlavə olunur. 

Bu sənədlərə görə bank tərəfindən ödəmə həyata keçirildikcə, təşkilatın mühasibatı 

pul  vəsaitlərinin  silinməsi  haqqında  hesablaşma  hesabından  çıxanş  alır.  Həmin 

sənəd üzrə malgöndərənlərlə hesablaşmalar başa çatır. 

Mal-material  qiymətlilərinə  və  xidmətlərinə  görə  malgöndərənlərlə 

hesablaşmalann uçotu 531 saylı “Malgöndərənlər və podratçıların qısa- 


229 

müddətli  kreditor  borcları”  hesabında  təşkil  olunur.  Balansa  görə  bu  hesab 

passivdir. Kredit qalığı malgöndərənlər və podratçılar qarşısında təşkilatın borclu 

olmasını göstərir; debet üzrə dövriyyə-hesabat ayında ödəmələrin, silinmələrin və 

hesaba  almaların  məbləğini;  kredit  üzrə  dövriyyə-hesabat  ayında  ödəməyə  qəbul 

edilmiş aksept olunan ödəmə sənədləri üzrə məbləğləri əks etdirir. 

Malgöndərənlərlə hesablaşmaların uçotu 6 saylı jurnal-orderdə aparılır. Bu, 

kombinələşdirilmiş  registrdir,  onda  analitik  uçot  hər  bir  ödəmə  sənədi,  mədaxil 

orderi və ya qəbul aktı çərçivəsində təşkil edilir. 

6 saylı jurnal-order xətti mövqe üsulu ilə aparılır ki, bu da hər bir sənəd üzrə 

malgöndərənlərlə  hesablaşmaların  vəziyyəti  haqqında  nəticə  çıxarmağa  imkan 

verir.  Sorğu  məlumatlarından  başqa  (hesabların  nömrəsi,  qeydiyyat  nömrəsi, 

malgöndərənin adı) 6 saylı jurnal-orderdə mədaxil sənədlərinin nömrəsi, təşkilatın 

uçot qiymətləri ilə daxil olan materialların dəyəri və malgöndərənin ödəmə sənədləri 

üzrə  dəyəri  göstərilir.  Uçot  qiymətləri  ilə  məbləğlər  daxil  olan  qiymətlilərin 

növlərindən  asılı  olmayaraq  yazılır,  malgöndərənin  ödəmə  tələbnamələri  üzrə 

məbləğlər isə  daxil  olmuş  materialların  qrupları  üzrə  bölünməklə  (əsas,  köməkçi, 

yarımfabrikatlar,  yanacaq  və  i.a.)  yazılır.  İddiaların  məbləği  akt-  lann  əsasında 

yazılır.  Bankın  çıxarışı  əsasında  hər  bir  ödəmə  sənədinin  ödənilməsi  haqqında 

qeydlər apanlır. 

Ödəmə  sənədlərsiz  təşkilata  daxil  olan  maddi  qiymətlilər  fakturasız 

göndərmələr  hesab  olunur.  Anbarlarda  onları  qəbul  aktları  yazmaqla  mədaxil 

edirlər  və  reyestrlə  həmin  aktlar  təşkilatın  mühasibatına  daxil  olur.  Burada 

aktlarda  materiallar  uçot  qiymətləri  ilə  qiymətləndirilir,  sonra  6  saylı 

jurnal-orderlərdə anbara daxil olmuş maddi qiymətlilər kimi daxil olur, sonra isə 

“F”  hərfi  ilə  həmin  məbləğdə  materialların  qrupuna  və  akseptin  məbləğinə  daxil 

edilir.  Fakturasız  göndərmələr  6  saylı  jurnal-  orderdə  ayın  axırında,  ödəmə 

sənədlərini  almaq  imkanı  mümkün  olmadıqdan  sonra  qeyd  olunurlar.  Hesabat 

ayında  onlar  ödənmirlər,  çünki  bank  tərəfindən  ödəmək  üçün  əsas  kimi  ödəmə 

sənədləri  hesab  olunur  (onlar  isə  yoxdur).  Belə  hallarda  növbəti  ayın  əvvəlində 

malgöndərənlərlə  hesablaşmalar  başa  çatmır.  Növbəti  ayda  bu  cür  göndərmələrə 

ödəmə  sənədləri  daxil  olduqca  onlar  təşkilat  tərəfindən  aksept  edilir,  bank 

tərəfindən  ödənilir  və  mühasibat  tərəfindən  6  saylı  jurnal-orderdə  boş  sətirdə 

materialların  qrupları  üzrə  və  ödəmə  tələbnamələrinin  məbləğində  akseptdə  əks 

etdirilir, uçot qiymətliləri ilə qalıq sətrində (başa çatmarmş hesablaşmalar) əvvəlcə 

yazılmış məbləğlər də həmçinin qrup üzrə və 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə