Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Hazırda  materialların  qiymətləndirilməsinin  aşağıdakı  metodlannı  tətbiq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə101/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   97   98   99   100   101   102   103   104   ...   323

220 

Hazırda  materialların  qiymətləndirilməsinin  aşağıdakı  metodlannı  tətbiq 

edirlər: 

1.

 

Azad bazar (müqavilə) və ya dövlətin (preyskurant) nizamlaş- dınlmış 

topdansatış  qiymətləri  ilə.  Tədarük  müqavilələrini  bağlayan  zaman 

təşkilatlar tərəfindən müstəqil olaraq müəyyən edilir və malgöndərən 

və malalan təşkilatlar arasında hesablaşmalar zamanı, malgöndərənin 

ödəmə sənədlərində göstərilməklə buraxılış (satış) qiymətləri şəklində 

istifadə olunur. 

2.

 

Nomenklatura  uçot  qiyməti  ilə.  Ona  əldə  edilən  (tədarük  edilən) 

materialların orta alış qiymətləri və b. daxildir. Bütün hallarda onlann 

əsasını  nəqliyyat-tədarükat  xərclərinin  plan-  laşdınlan  (hesablanan) 

həcmini  əlavə  etməklə  müqavilə  və  ya  preyekurant  qiymətləri  təşkil 

edir. Onlan materiallann mövcud olması və hərəkətinin cari operativ 

uçotu üçün tətbiq edirlər. 

Faktiki  maya  dəyəri  təşkilatın  mühasibat  tərəfindən  hər  ay  materiallann 

müqavilə  qiymətləri,  daşınmaya  ödənilən  (dəmir  yol  tarifi)  faktiki  sərf  edilmiş 

vəsaitlər, təşkilatın anbarlanna boşaldılma və daşınma üzrə faktiki edilmiş xərclər, 

tədarük  yerlərində  xüsusi  tədarük  idarələrinin  saxlanmasına  çəkilmiş  faktiki 

xərclər,  təbii  itki  normalan  çərçivəsində  yolda  xammal  və  materialların 

çatışmamasından olan itkilərin məbləğləri, materialların bilavasitə tədarükü üzrə 

ezamiyyətə faktiki çəkilmiş xərclər əsasında hesablanır. 

Marketinq xidmətlərinin və zavod anbarlannm saxlanmasına çəkilən xərclər 

materiallann maya dəyərinə daxil edilmir. Onları 721  “İnzibati xərclər” hesabına 

aid edirlər. 

Uçot  qiymətləri  kimi  əldə  edilmənin  (tədarükün)  orta  alış  qiymətləri, 

topdansatış qiymətləri və b. tətbiq edilir. 

Uçot  qiyməti  kimi  topdansatış  qiymətləri  tətbiq  edilən  zaman  ay  başa 

çatdıqdan sonra materiallann uçot dəyərinin onların faktiki maya dəyərinə qədər 

çatdıniması üçün nəqliyyat-tədarükat xərclərinin məbləğini və faizini hesablayırlar. 

Əgər kənarlaşmalar müsbət (artıq xərc) və ya mənfi (qənaət) işarəsi ilə ola 

bilirsə,  onda  nəqliyyat-tədarükat  xərcləri  -  ancaq  müsbət  işarəsi  ilə  olur. 

Kənarlaşmanın  (müsbət  və  ya  mənfi)  və  ya  nəqliyyat-tədarükat  xərclərinin, 

materialların  uçot  qiymətləri  ilə  dəyərinə  birləşdirilməsi  onların  faktiki  maya 

dəyərini verir. 

İstifadə  edilən  materialların  nomenklaturası  kiçik  olan  zaman  və 

malgöndərənlərdən daxil olmaların ayn-ayn dəstləri üzrə mövcud olması 


221 

şəraitinin  kiçik  olması  zamanı  uçot  qiymətləri  kimi  onların  əldə  edilməsinin 

(tədarükünün)  faktiki  maya  dəyəri  qiymətlərini  istifadə  etmək  mümkündür.  Belə 

halda  material  vahidinin  qiyməti,  əldə  edilən  (tədarük  edilən)  mal-material 

qiymətlilərin  faktiki  maya  dəyərini  onlann  miqdanna  bölmək  yolu  ilə  müəyyən 

edilir. Bu qiymətlər əsasında da materiallann istehsalata buraxılışı həyata keçirilir. 

Materiallann  nəqliyyat-tədarükat  xərcləri  ilə  birlikdə  müqavilə  və  ya 

nizamlaşdırılmış  topdansatış  və  ya  tədarükat  qiyməti  ilə  (hesablar  və  ödəmə 

tələbnamələri  üzrə)  malgöndərənlərə  ödənilmiş  dəyəri,  tədarük  edilmiş 

qiymətlilərin  faktiki  maya  dəyəri  ilə  əks  etdirilir  və  istehsalat  məsrəflərinə  daxil 

edilir. 

Bir sıra materiallar üzrə (qara metallar, meşə materiallan və b.) dəmir yol 

tarifi  və  ya  su  fraxtı  (su  yollan  ilə  daşınılan  yükün  yol  haqqı)  müqavilə  və  ya 

nizamlaşdırılmış  topdansatış  qiymətinə  daxil  edilir  ki,  onlar  da  malalanlar 

tərəfindən  ödənilir.  Kömür,  filiz  və  b.  faydalı  qazıntılar  üzrə  daşınma  haqqı 

müqavilə  və  ya  dövlət  tərəfindən  nizamlaş-  dırılmış  topdansatış  qiymətinə  daxil 

edilmir və malalanlar tərəfindən ayn- ca ödənilir. Pambığın yekun (kənd təsərrüfatı 

məhsullan) qiymətinə, alan təşkilatın anbarına gətirilməsi üzrə olan bütün xərclər 

daxil edilir. 

Əgər  daşınma  haqqı  topdansatış  qiymətinə  daxil  deyilsə,  onda  onu 

malgöndərən  malalanın  hesabına  ödəyir.  Belə  halda  o,  malgöndərənin  hesabına 

ayrıca sətirdə daxil edilir. 

Materialların faktiki maya dəyərinə həmçinin taralarm dəyəri də təsir edir. 

Onlar müqavilə və ya nizamlaşdınimış topdansatış qiymətinə daxil ola bilər və ya 

ayrıca ödənilə bilər. Tara çox halda təkrar istifadə edildiyinə görə onun istifadəsinin 

imkan qiyməti ilə dəyəri qədər, daxil olmuş materiallann dəyəri azaldılır. 

Daxil  olmuş  materialların  qruplar  üzrə  faktiki  maya  dəyəri  bir  dəfə  ayın 

axınnda  aşkar  edilir.  Materiallar  anbarlara  hər  gün  daxil  olur  və  olduqca  tez-tez 

sərf  edilir.  Ona  görə  onları  öz  vaxtında  qiymətləndirmək  və  uçotda  əks  etdirmək 

lazımdır. Bu uçotda əvvəlcə işlənib hazırlanmış möhkəm adlanan uçot qiymətlərinin 

tətbiqi ilə mümkündür. 

Materiallar  istehsal  xərclərinə  onlann  faktiki  maya  dəyəri  ilə  daxil  edilir. 

Onlar balansda da faktiki maya dəyərlə əks olunurlar. Cari uçotda isə materiallar 

faktiki maya dəyəri ilə və ya orta alış qiyməti ilə qiymətləndirilir. Uçot qiymətləri 

nomenklatura qiymət cədvəlində göstərilir. 

Orta  alış  qiyməti  ilə  materiallann  cari  uçotu  maşınqayırmada,  kimya 

sənayesində və digər sahələrin təşkilatlannda, plan maya dəyəri ilə isə metallurgiya, 

toxuculuq, trikotaj, mebel, dəri, ayaqqabı istehsalında, ət- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə