Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  süd  sənayesində  və  başqa  təşkilatlarda  tətbiq  edilir.  Nizamlaşdırılmış  topdansatış



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə102/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   98   99   100   101   102   103   104   105   ...   323

222 

süd  sənayesində  və  başqa  təşkilatlarda  tətbiq  edilir.  Nizamlaşdırılmış  topdansatış 

qiyməti  ilə  uçot  ən  mütərəqqi  hesab  olunur.  Cari  uçotun  bu  üsulunda  nəqliyyat 

tədarükat xərcləri ayrıca uçota alınır. 

Kiçik  nomenklaturada  materialları  olan  təşkilatlarda  uçot  faktiki  maya 

dəyəri ilə aparılır. 

Təşkilatların  əmlakı  mühasibat  balansında  pulla  qiymətləndirməklə 

göstərilir, bu da bazar münasibətlərinin inkişafı ilə əlaqədar olaraq mürəkkəbləşir. 

Bazar  qiymətlərinin  tərəddüd  etməsi  ilə,  dəyişməsi  ilə  əlaqədar  olaraq  təşkilatın 

əmlakının,  onun  aktivlərinin  dəyəri  dəyişir  ki,  bu  da  cari  qiymətləndirməyə, 

mənfəətin həcminə təsir edir. 

Mühasibat uçotunun beynəlxalq standartlarında nəzərdə tutulub ki, hesabat 

mühasibat balansında maddi qiymətlilər, maddi qiymətlilərin faktiki tədarük maya 

dəyərini,  hesabat  balansını  tərtib  etmə  vaxtına  onların  bazar  qiymətləri  ilə 

müqayisə edərək, minimum mümkün olan dəyəri ilə qiymətləndirilir. Uçotda olan 

maddi  qiymətliləri  onların  dəyəri  ilə  müqayisə  edərək,  miqdarca  aşağı  qiymətini 

seçirlər. Ona müvafiq olaraq maddi qiymətliləri hesabat balansında əks etdirirlər. 

Dəyər ifadəsində meydana çıxan mənfi fərqləri təsərrüfat fəaliyyətinin nəticələrinə 

(maya dəyəri və mənfəət) aid edirlər. 

Material  ehtiyatlarının  hərəkəti  zamanı  əsas  məsələlərdən  biri  onların 

istehsala  silinmə  prosesində  maya  dəyərinin  müəyyən  edilməsidir.  Uçot  da  bu  üç 

üsulla müəyyən edilir: 

1)

 

Vaxta görə birinci alınanlann maya dəyəri üzrə (FİFO); 

2)

 

Vaxta görə sonuncu alınanların maya dəyəri üzrə (LİFO) 

3)

 

Orta maya dəyəri üzrə 

Beynəlxalq təcrübədə mühasibat uçotunun aparılmasına qiymətləndirmənin 

iki metodunun daha geniş tətbiqi həyata keçirilir. Bunlara FİFO və LİFO aidir. 

FİFO  metodu  ilə  qiymətləndirmə  maddi  qiymətlilərin  ilkin  dəyərlə 

qiymətləndirilməsi metodudur. Bu metod zamanı belə qayda qəbul edilir: “birinci 

dəst  qəbul  edilir  və  həmin  birinci  dəst  də  sərf  edilir”,  daha  doğrusu,  maddi 

qiymətlilərin sərf edilməsi müəyyən edilmiş ardıcıllıqla onların əldə edilməsi dəyəri 

ilə qiymətləndirilir: əvvəlcə materiallar məsrəfə satın alınmış birinci dəstin qiyməti 

ilə, sonra isə ikinci, üçüncü və s. beləliklə, sərf edilmiş materialın ümumi miqdarı 

qurtarana  qədər  belə  ardıcıl  qaydada  silinir.  Qiymətləndirmə  qaydası  daxil  olan 

materialların dəstinin faktiki sərf edilməsi ardıcıllığından asılı deyildir. 

LİFO metodu ilə maddi qiymətlilər “axırıncı dəst mədaxil edilir - birinci dəst 

sərf edilir” qaydasından irəli gələrək bərpa dəyəri ilə (cari 


223 

qiymətlər üzrə) qiymətləndirilir. Anbardan verilmiş maddi qiymətlilər axırıncı əldə 

edilmə  dəyəri  ilə,  sonra  isə  onların  əvvəlki  qiyməti  ilə  qiymətləndirilir.  Buna 

baxmayaraq, onların anbarda faktiki hərəkəti başqa cür də ola bilər. 

Mühasibat, mühasibat uçotu məlumatlarından irəli gələn qiymətlə cari bazar 

qiymətlərinin müqayisəsini həyata keçirir. Maddi ehtiyatların bazar qiymətlərinin 

onların  balans  dəyərindən  aşağı  olmasının  qəbul  edilməsi,  qiymətlərdəki  fərq 

məbləğinə bərabər olan maya dəyərində və mənfəətdə itkini əks etdirir. Bu fərq 721 

saylı  “İnzibati  xərclər”  və  ya  801  saylı  “Ümumi  mənfəət  (zərər)”  hesabının 

debetində və 208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabının 

kreditində  əks  etdirilir.  Hesabat  balansında  yenidən  qiymətləndirmə  hesabı  üzrə 

kredit qalığının məbləği qədər maddi ehtiyatların dəyəri azaldılır. 

Cari uçotda maddi ehtiyatların yenidən qiymətləndirmə məbləği mühasibat 

uçotu  hesablarında  əks  etdirilmir.  Növbəti  ildə  uçotda  əks  etdirilən  qiymətlə 

istehsalata silinən materiallar, hesabat tarixinə maddi ehtiyatlann zərərlərə bərabər 

məbləğ qədər istehsal xərclərinin artırılmasına aparır. Hesabat ilindən əvvəlki ilin 

axırında  aparılan  maddi  ehtiyatların  yenidən  qiymətləndirmə  məbləği  qədər 

istehsal  xərclərinin  artan  hissəsinin  ödənilməsi  üçün  növbəti  hesabat  dövrünün 

əvvəlinə storno edilir. 

4.4.

 

Materialların daxil olması mənbələri və 

sənədlərlə rəsmiyyətə salınması 

İstehsalat  proqramına  və  məsrəf  normalarına  müvafiq  olaraq  təşkilatlar 

material  ehtiyatlarına  olan  tələbatı müəyyən  edirlər.  Onlar mərkəzləşmiş  təminat 

hesabına (dövlət sifarişi mövcud olan zaman), topdan və birja ticarəti qaydasında 

bilavasitə istehsalçı-təşkilatlar tərəfindən tədarük edilməsi yolu ilə və b. əldə edilir. 

Təşkilatlan  mərkəzləşmiş  qaydada  maddi  resurslarla  təmin  edən  hallarda 

yuxarı  təşkilatlar  (nazirlik,  baş  idarə)  onlara  fondlar  ayırır.  Ayrılmış  ehtiyatlara 

naryadlar  verilir,  həmin  naryadlarda  malgöndərənlər,  material-  lann  növləri, 

onların  miqdarı  və  göndərilmə  vaxtı  göstərilir.  Bu  nar-  yadlara  müvafiq  olaraq 

malalan  təşkilatlar  qiymətlilərin  tədarükünə  aid  malgöndərən  təşkilat  ilə  birbaşa 

müqavilələr  bağlayırlar.  Buna  oxşar  müqavilələr  materialların  əldə  edilməsinin 

digər  hallarında  da  bağlana  bilər.  Müqavilələr  yerinə  yetirilmiş  öhdəliklərə  görə 

malgöndərənlər və 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə