Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə94/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   90   91   92   93   94   95   96   97   ...   323

205 

-

 

kollektiv üzvünün əsas vəzifəsinə daxil edilməyən işə görə əlavə ödəniş; 

-

 

boşdayanma,  növbəli  və  əlavə  məzuniyyət  günlərinə,  hərbi  tədris  yaxud 

yoxlama toplantısı dövründə, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə görə 

aparılan əmək ödənişi; 

-

 

istehsal fəaliyyəti ilə əlaqədar olmayan (anadan olma, yubiley günləri və s. 

üçün) verilmiş birdəfəlik mükafatlar; 

-

 

kompensasiya xarakterli (istifadə olunmayan ödənişlər, istirahət günü üçün 

müavinət və s.) ödənişlər; 

-

 

bayram  günləri  və  işə  çıxma  qrafikinə  daxil  olmayan  həftəlik  istirahət 

günləri üçün əmək haqqı. 

Kollektiv  üzvünün  tam maaş  almaması  hallarında  müavinət  həqiqi  alınmış 

maaşa görə hesablanılır. 

İşçiyə müavinətin hesablanması iş qabiliyyətsizliyi olan aydan əvvəlki təqvim 

ayının orta əmək haqqına əsasən yerinə yetirilir. 

Hamiləliyə  və  doğuma  görə  müavinət,  işləyən  qadınlara  cəm-  ləşdirilmiş 

qaydada  126  təqvim  gününə  verilir.  Doğum  çətin  olduğda  və  ya  daha  çox  uşaq 

doğularkən  müavinət  140  təqvim  günü  üçün  təqdim  edilir.  Uşaq  salmağa  görə 

müavinət  ümumi  əsaslar  üzrə  verilir.  Hamiləliyə  və  doğuma  görə  müavinət, 

müəyyən  olunmuş  qaydada  verilən  xəstəlik  verəqəsinə  əsasən  təyin  olunur.  Başqa 

sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. 

Hamiləliyə  və  doğuma  görə  məzuniyyətin  verilməsi  işdən  azad  olunmanın 

düzgünlüyü  ətrafında  mübahisə  getdiyi  dövrə  təsadüf  edərsə,  bütün  hallarda 

müavinət verilir. 

Bu zaman müavinət, hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrü 

üçün verilir. 

Ali və ya orta ixtisas təhsili məktəblərini, aspiranturanı, klinik ordinaturanı 

və  ya  texniki-peşə  məktəblərini  bitirən  və  müəyyən  olunmuş  qaydalarla  işə 

göndərilmiş  qadınlara,  işə  başlayanadək  hamiləliyə  və  doğuma  görə  məzuniyyət 

zamanı müavinət, hamiləlik dövrü başlayan vaxtdan verilir. 

Müvəqqəti  olaraq  işin  dayandırıldığı  müddət  zamanı  və  ya  təhsil 

məktəblərində istehsalatdan ayrılmaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət 

zamanı  müavinət,  hamiləliyə  və  doğuma  görə  məzuniyyətin  bütün  dövrü  üçün 

verilir. 

Hamiləliyə  və  doğuma  görə məzuniyyət  müddəti  növbəti (əsas  və  ya  əlavə) 

məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək 

haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə. 


206 

bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuma görə məzuniyyətin bütün 

günləri üçün müavinət verilir. 

Həbsdə  olan  vaxt,  məhkəmə-tibb  ekspertizası  zamanı  habelə  məhkəmənin 

qərarına  görə  məcburi  müalicə  (ruhi  xəstələrdən  başqa)  zamanı  hamiləliyə  və 

doğuma görə müavinət verilmir. 

Hamiləliyə  və  doğuma  görə  müavinət,  bütün  hallarda  qazancın  100  faizi 

miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. 

Uşağın  doğulmasına  görə  birdəfəlik  müavinət  uşaq  doğularkən  ailəyə 

birdəfəlik müavinət təyin edilir və verilir. 

Təbii iqlim şəraitindən asılı olaraq əmək haqqına rayon əmsalı tətbiq edilən 

yerlərdə  yaşayan  şəxslərə  müavinət  qeyri-istehsal  sahələrində  çalışan  işçilər  üçün 

müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir. 

Ananın  işləmədiyi  və  təhsil  almadığı  hallarda  müavinət,  işləyən  və  ya 

istehsalatdan ayrılmaqla təhsil alan ataya verilir. 

Əgər  hər  hansı  bir  səbəbdən  uşağın  valideynləri  işləmirlərsə,  müavinət 

yaşayış yeri üzrə sosial təminat orqanları tərəfindən ödənilir. 

Uşaq doğuşuna görə birdəfəlik müavinət, müavinət üçün müraciət edildikdə 

verilir və müraciət müddəti məhdudlaşdırılmır. 

Uşaq doğulduqda, o cümlədən iki və daha çox uşaq doğulduqda  birdəfəlik 

müavinət hər uşağa görə verilir. 

Uşaq  doğumuna  görə  birdəfəlik  müavinət,  uşağın  doğulmasmm  VVAQ 

orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. 

Bu  zaman  müavinət  uşağın  doğulmasmdan  sonra  nə  qədər  yaşamasından  asılı 

olmayaraq verilir. 

Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət 

ümumi əsaslar üzrə verilir. 

Uşaq ölü doğulduqda müavinət verilmir. 

Uşaq üç yaşına çatanadək ona qulluq etməyə görə müavinət işləyən analara, 

habelə  istehsalatdan  ayrılmaqla  ali  və  orta  ixtisas  təhsili  məktəblərində, 

aspiranturada,  kliniki  ordinaturada  və  ya  texniki  peşə  məktəblərində,  ixtisası 

artırma,  yeni  ixtisasa  yiyələnmə  və  kadr  hazırlığı  məktəblərində  və  kurslarında 

təhsil alan qadınlara verilir. 

Uşaq  üç  yaşma  çatanadək  ona  qulluq  etməyə  görə  haqqı  qismən  ödənilən 

məzuniyyətdə olan qadınlara müavinət üç yaşma çatmamış hər uşaq üçün verilir. 

Uşaq  üç  yaşma  çatanadək  ona  qulluq  etməyə  görə  müavinət  işləyən 

qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə