Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  qismən  ödənilən  məzuniyyət  rəsmiləşdirildikdə  uşağın  yaşyanmı  tamam  olanadək



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə95/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   91   92   93   94   95   96   97   98   ...   323

207 

qismən  ödənilən  məzuniyyət  rəsmiləşdirildikdə  uşağın  yaşyanmı  tamam  olanadək 

ödənilir. 

Uşaq yaşyanma çatanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən 

məzuniyyət  və  müavinət  yuxarıda  göstərilmiş  miqdarda  yazılmış  ərizəyə  əsasən, 

uşağın atasına, nənəsinə, babasına və yaxud da uşağa həqiqətən qulluq edən digər 

qohumlarına təqdim oluna bilər. 

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən 

məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı müddətin 

sonrakı  günündən  təqdim  olunur.  Bu  zaman  həmin  məzuniyyət  qadına  onun 

arzusuna görə tam və ya hissə- hissə təqdim oluna bilər. 

Ananın stasionarda müalicə olması ilə əlaqadar uşaqı  qəbul edə bilməməsi 

hallarında  da  uşağa  qulluq  edilməsinə  görə  məzuniyyət  həmin  qaydada 

rəsmiləşdirilir. Bu zaman uşağın anasına verilməyən müddət üçün ödənilir. 

Qadın  uşağa  qulluq  edilməsinə  görə  məzuniyyətin  rəsmiləşdirilməsi  üçün 

vaxtında  müraciət  etməməsi  hallarında  keçmiş  dövr  üçün  müavinət  müraciət 

edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır. 

Əgər  qadın  uşaq  üç  yaşma  çatanadək  haqqı  qismən  ödənilən  məzuniyyət 

vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə 

istehsalatdan  ayrılmaqla  təhsili  davam  edirsə,  bu zaman  onların  müavinət almaq 

hüququ saxlanılır. 

Təyinat  üzrə  müəyyən  olunmuş  qaydada işə  göndərilmiş  gənc  mütəxəssis  - 

qadının işə başlamalı olduğu günədək uşağı doğulduqda, uşağa qulluq edilməsinə 

görə  müavinət  işə  başlamalı  olduğu  gündən  verilir.  Həmin  müavinət  işə  qəbul 

olunma  günündən  uşaq  üç  yaşına  çatanadək  ona  qulluq  edilməsinə  görə  haqqı 

qismən ödənilən məzu- niyətin yerdə qalan müddətinədək rəsmiləşdirildikdə verilir. 

Əgər  ali  və  orta  ixtisas  təhsili  məktəblərinin  qiyabi  və  axşam  şöbələrində 

təhsil alan şəxs təhsil dövründə işləmirsə, onda belə hallarda müavinət verilmir. 

Birinci  kateqoriyalı  hərbiləşdirilmiş  təşkilatdaxili  mühafizə  işçilərinə, 

Azərbaycan  Respublikası  Rabitə  Nazirliyinin  xüsusi  rabitə  xidmətinin  sıravi  və 

komanda  heyəti  üzvlərinə,  habelə  sosial  sığortanın  şamil  olunmadığı  digər 

hərbiləşdirilmiş dəstələrin (dağ xilasedici hissələrinin, dolu ilə mübarizə üzrə, neft 

və qaz mədənlərində yanğınların söndürülməsi üzrə hərbiləşdirilmiş bölmələrin və 

i.a.) işçilərinə 


208 

uşağa  qulluq  edilməsinə  görə  müavinət  təşkilat  və  idarələrdə  işləyənlər  üçün 

müəyyən edilmiş qaydalarda təyin edilir və verilir. 

Hərbiləşdirilmiş  mühafizə  işçilərinə  müavinət  onların  xidmət  etdikləri 

təşkilat  və  idarələrin  sığorta  haqları  hesabına  ödənilir,  digərlərinə  isə  nəzdində 

yaradıldıqları nazirliklər və digər struktur bölmələri tərəfindən verilir. 

Müəyyən  olunmuş  qaydada  övladlığa  götürülmüş  uşaqlara  uşağa  qulluq 

edilməsinə görə müavinət ümumi əsaslarla verilir. 

Uşağın  məktəbəqədər  uşaq  təşkilatlannda  (körpələr  evi,  uşaq  bağçası) 

yerləşdirilməsi hallarında məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək 

ona qulluq edilməsinə görə müavinət təyin edilmir. 

Üç yaşına çatanadək haqqı qismən ödənilən məzuniyyət dövründə təşkilatın 

ləğv edilməsi ilə əlaqədar işdən azad olan qadınlara uşağa qulluq edilməsinə görə 

müavinət müdiriyyətin müavinəti təyin edən komissiyasının müəyyən etdiyi bütün 

müddət üçün verilir. 

Dəfn  üçün  müavinət  işçi  vəfat  etdikdə  və  ya  onun  himayəsində  olan 

aşağıdakı ailə üzvləri öldükdə verilir; 

a)

 

arvadı (əri) 

b)

 

18 yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları, qardaşları 

və bacıları (yaşından asılı olmayaraq); 

c)

 

valideynləri; 

ç) babası və nənəsi 

Yaşamaq üçün müstəqil yaşayış mənbəyinə malik olan (əmək haqqı, pensiya 

alan və i.a.) ailə üzvləri himayədə olan sayılmır. 

İşçi  vəfat  etdikdə  dəfn  üçün  müavinət  onun  ailə  üzvlərinə  və  ya  onu  dəfn 

etməyi öhdəsinə götürən şəxslərə verilir. 

Valideynlərin heç birinin işləməməsi, hallarında vəfat edən ailə üzvünə dəfn 

üçün müavinət yaşayış yerində sosial təminat orqanlan tərəfindən verilir. 

Hamiləliyin  180-ci  günü  tamam  olanadək  uşaq  salman  zaman  dəfn  üçün 

müavinət verilmir. 

Dəfn  üçün  müavinət  verilir  və  müavinəti  almaq  üçün  müraciəl  müddəti 

məhdudlaşdırılmadan ödənilir. 

Müddətli həqiqi hərbi xidmətə çağırılan işçinin, özü, yaxud onuı ailə üzvü 

öldükdə dəfn üçün müavinət, müavinət üçün müraciət edildikdə verilir və müraciət 

müddəti məhdudlaşdırılmır. 

Ali və orta ixtisas təhsili məktəblərində, aspiranturada, klinik ordinatura və 

ya texniki peşə məktəblərində təhsil alan şəxsin özü, ya 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə