Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  yetirilmiş işin qəbulu haqda akt, əlavə ödəniş üçün vərəqlər, vax- tamuzd işləyənlər



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə85/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   81   82   83   84   85   86   87   88   ...   323

187 

yetirilmiş işin qəbulu haqda akt, əlavə ödəniş üçün vərəqlər, vax- tamuzd işləyənlər 

üçün tapşırıq normaları və s. rəsmiyyətə salınır. 

Kiçik seriyalı və fərdi xarakterli sənaye istehsalı kommersiya təşkilatlarında 

işəmuzd iş üçün hər bir işçiyə yaxud bütün briqadaya ayrıca tapşırıq kimi yazılan 

naryad  geniş  yayılmışdır.  Naryadın  əsas  rekvizitlərinə:  tapşırığın  harada  yerinə 

yetirilməsi-bölmənin  nömrəsi;  tapşırığın  nədən  ibarət  olması  -  işin  (əməliyyat  və 

hazırlanası  məmulatın)  adı;  işin  yerinə  yetirilməsinin  kimə  tapşırılması-işçinin 

yaxud briqadanın şifri (kodu); hazırlanası məhsulun nə qədər nəzərdə tutulması; 

bir vahid (ədəd) hazırlanası məhsula nə qədər vaxt sərf olunması; hər vahid (ədəd) 

məhsul üçün nə qədər əmək haqqı verilməsi və s. daxildir. Bu rekvizitlər işçi yaxud 

briqada  işə  başlamazdan  əvvəl  doldurulmalıdır.  İş  qurtardıqdan  sonra  nə  qədər 

məhsul hazırlandığı yaxud iş yerinə yetirildiyi; işin keyfiyyəti; iş üçün nə qədər vaxt 

sərf  edilməsi;  aparılmış  iş  üçün  nə  qədər  əmək  haqqı  verilməsi  haqda  həmin 

naryadda qeydiyyat aparılmalıdır. 

İşəmuzd iş üçün naryad, istehsalat şöbəsi yaxud bu vəzifə tapşırılan ayrı bir 

şəxs tərəfindən rəsmiyyətə salınır. Sərf edilmiş iş vaxtı və hesablanmış qazanc (əmək 

haqqı)  haqda  məlumatlardan  başqa  naryadda  material  və  yarımfabrikat  sərfi 

haqda məlumatlar da göstərilir. 

Naryadda nəyin və nə qədər hazırlanması, həqiqi olaraq nəyin və nə qədər 

hazırlandığını,  bu  işə  nə  qədər  vaxt  sərf  olunduğunu  və  bununla  avadanlığın 

yüklənməsinə  nə  qədər  vaxtın  sərf  olunması  əks  etdirildiyindən  o,  həm  də  planın 

yerinə  yetirilməsinin  gcdişatı,  əmək  məhsuldarlığı və  avdanlıqlarm  istifadəsi  üzrə 

uçotun  təşkili  üzərində  nəzarətin  təşkil  edilməsi  üçün  də  əsas  sənəd  kimi  böyük 

əhəmiyyətə malikdir. Fərdi  və xırdaseriyalı istehsalatda əmək haqqı xərcləri üzrə 

ilkin sənədlərin sayı həddindən artıq olduğundan hər bir iş üçün naryad yazılması 

günün ən vacib məsələsi kimi tələb olunur. 

Detalların  ardıcıl  hazırlanmasını  və  onların  ayn-ayrı  hissələr  və  hazır 

məmulatlar kimi yazılmasını həyata keçirən seriyalı istehsalatın texnoloji kartında 

baş  vermiş  əməliyyatları  ardıcıllıqla  əks  etdirən  sənəd  formalarında  hasilatın 

uçotunun  və  qazancın  hesablanmasını  həyata  keçirmək  olar.  Bu  cür  sənədlərə 

marşrut vərəqələrini aid etmək olar. Bu sənədin xüsusiyyəti onun konkret məmulat 

partiyası  üçün  yazılmasından  ibarətdir.  Texnoloji  proses  nəticəsində  məmulatın 

hesablama  norması  dəyişən  zaman  marşrut  vərəqəsi  bağlanılır.  Məmulatın 

hazırlanma prosesi qurtarmayan hallarda da marşrut vərəqi bağlanmalıdır. 




iş  .  icraçısı  tərəfindən  adətən  müxtəlif  mütəxəssislər  olduğundan  marşrut 

vərəqəsinə həqiqi hasilat, növbə ərzində bir işçi tərəfindən yerinə yetirilən hasilat 

norması  və  hər  bir  işçi  üçün  hesablanmış  qazanc  haqda  məlumatlar  olan  raport 

tərtib  olunur.  Marşrut  vərəqəsinin  tətbiqi  məmulatların  birincidən  axırıncı 

əməliyyəta kimi hərəkəti və mühafizə üzərində nəzarət etməyə şərait yaradır. 

İstehsalın  kütləvi  xarakterə  malik  olması  işçilərin  isə  eyni  işləri  yerinə 

yetirməsi  hallarında  hasilatın  uçotu  üçün  ilkin  sənəd  kimi  növbə  raportundan 

istifadə edilə bilər. Bu sənəddə işə başlayana qədər texnoloji tapşırıq, onun yerinə 

yetirilməsi  üçün  nəzərdə  tutulan  vaxt  və  digər  göstəricilər,  növbənin  axırında  isə 

ayrı-ayrı işçilər və ümumilikdə briqadanın həqiqi hasil etdiyi işin usta (nəzarətçi) 

tərəfindən  qəbul  edilməsi  haqda  məlumatlar  göstərilir.  Növbə  raportu  bağlanan 

zaman  məhsulların  hərəkəti  və  qalığın  balans  yoxlaması,  yəni  ayın  əvvəlinə  olan 

qalıq  nəzərə  alınmaqla  istehsalata  verilmiş  məhsulun  miqdarı  ilə  hazırlanmış 

məmulatın (yarımfabrikatm) iş yerində qalan qalığın üzləşməsi aparılır. 

Növbə  raportundan  istifadə  edən  zaman  ayrı-ayrı  işçinin  gündəlik  hasilatı 

müxtəlif  variantlarda  uçota  alına  bilər. Bu  cür  halda  hər  bir  işçinin  ay  ərzindəki 

hasilatını və ona əmək haqqının hesablanmasını uçota almaq üçün təşkilatda hasilat 

haqda məlumatlar toplanan şəxsi kartoçkalar aparılır. 

Son  illərdə  təşkilatlarda  mülkiyyət  formasından  asılı  olmayaraq  əməyin 

təşkilinin  briqadada  yerinə  yetirilmiş  işin  keyfiyyətinə  görə  birgə  məsuliyyət 

formasından istifadə  olunur. Bu  cür istehsalatda briqadanın  hasilatının  uçotunun 

aparılması  üçün  ilkin  sənəd  kimi  son  əməliyyat  üzrə  məhsul  və  işlərin  qəbulu 

cədvəlindən istifadə etmək olar. 

Son  əməliyyat  üzrə  məhsulların  qəbulu  cədvəlini  usta  yaxud  briqadir 

aparmalıdır.  Bu  sənəd  hesabat  dövründə  son  əməliyyat  üzrə  yararlı  məhsulun 

keyfiyyəti, çıxdaş məhsulun miqdarı haqda məlumatların əks etdirilməsi; briqadaya 

verilmiş tapşırığın yerinə yetirilməsi üzərində nəzarətin aparılması; pul ifadəsi ilə 

hasilatın  müəyyən  olunması;  briqadaya  çatası  əmək  haqqının  hesablanması  kimi 

göstəricilər  üçün  nəzərdə  tutulur. Bu  uçot  metodunun  digərlərindən fərqi  əməyin 

son  nəticəsinə  görə  bütün  briqada  kollektivinin  məsuliyyətinin  və  marağının 

yüksəldilməsindən;  hər  bir  qurtarmış  əməliyyat  üzrə  işçinin  özünə  nəzarətinin 

artmasından;  hasilatın  uçotunun  əmək  tu-  tumluğunun  ixtisar  edilməsindən 

ibarətdir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə