Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə81/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   77   78   79   80   81   82   83   84   ...   323

179 

III

 

FƏSİL. ƏMƏYİN VƏ TƏŞKİLATIN İŞÇİ HEYƏTİ 

İLƏ HESABLAŞMALARIN UÇOTU 

3. L Əməyin uçotunun təşkili prinsipləri, onun ödənişinin 

sistem və formaları 

Əmək-istehsal  prosesinin  üçüncü  elementi  hesab  edilir,  (sıra  ilə  üçüncü, 

ancaq  əhəmiyyətinə  görə  əvvəlkilərdən  daha  mühümdür).  Üç  element  -  əmək 

vasitələri,  əmək  əşyaları  və  əməyin  özü  -birləşərək  cəmiyyətin  inkişafının  əsasını 

yaradır. 

Qarşıya  qoyulan  vəzifələrdən  asılı  olaraq  müəssisələr  nəinki  ancaq  maddi 

ehtiyatları, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə 

müvafiq olaraq təşkilatın rəhbəri hər bir işçiyə müvafiq sənəd: əmək müqaviləsi, 

vətəndaş-hüquqi  xarakterli  (podrat,  razılaşma,  tapşırıq)  müqavilələr  rəsmiyyətə 

salmaqla kollektivi formalaşdırır. 

Əməyin  təşkili  və  ödənişi,  həm  əmək  münasibətlərinin  dövlət  tərəfindən 

tənzimlənməsini  və  həm  də  əməyin  ödənişinin  forma  və  sistemlərini,  iş  rejiminin 

təyin edilməsini və s. seçilməsini nəzərdə tutan əmək haqda qanunverici normativ 

aktlarla tənzimlənir. 

Konkret  təsərrüfat  subyektlərində  əmək  fəaliyyəti,  daxili  normativ 

sənədlərlə  tənzimlənir.  Onlardan  ən  əsası-kollektiv  müqavilə,  əmək  müqaviləsi 

(kontraktı) və yerli normativ aktlar hesab edilir. Kollektiv müqavilə əmək, işverən 

və işçilər arasında sosial-iqtisadi və ixtisas münasibətlərini tənzimləyir. O, bir ildən 

üç il müddətinə kimi bağlanılır və təşkilat rəhbəri, həmkarlar təşkilatı və zəhmətkeş 

kollektivin ümumi iclasının müvəkkil etdiyi şəxs tərəfindən imza edildiyi dövrdən 

qüvvəyə  minir.  Müqavilədə:  əməyin  ödənişinin  forma  və  sistemləri, 

mükafatlandırma,  müavinat,  müxtəlif  ödəniş  və  əlavələr;  istehsalın  artımı  və 

rəqabət qabiliyyətli məhsulların keyfiyyətinin yüksəldilməsi; əməyin təşkili və idarə 

edilməsinin təkmilləşdirilməsi; iş və istirahət vaxtının müəyyən edilməsi; kadrların 

ixtisasının  artırılması;  kollektivin  əmək  şəraiti  və  mühafizəsinin  artırılması; 

mənzil-məişət  şəraitinin,  ictimai  iaşə,  idman,  mədəni  kütləvi  işlərin 

yaxşılaşdırılması nəzərdə tutulur. Kollektiv müqavilədə müvafiq maddənin yerinə 

yetirilməsində məsul olan şəxslər, onun yerinə yetirilmə müddəti və imkan daxilində 

maliyyələşmə mənbəi göstərilir. 


180 

Müqavilə əmək kollektivinin ümumi iclasında müzakirə edilməlidir. 

Təşkilat, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999- cu il tarixli 

fərmanı  ilə  təsdiq  edilmiş  və  01  iyul  1999-cu  ildən  qüvvəyə  minmiş  «Azərbaycan 

Respublikası əmək məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı 

hüquqi  tənzimlənməsi  məsələləri  haqqmda»  Azərbaycan  Respublikası  qanununa 

əsasən  (1  saylı  əlavə)  hər  bir  kollektiv  üzvü  ilə  lazımi  formada  əmək  müqaviləsi 

bağlayır.  Əmək  müqaviləsində  işçinin  vəzifəsi,  əmək  ödənişi,  iş  vaxtı  rejimi  və 

məzuniyyətin müddəti müəyyən  edilir.  Müqavilə, iki  surətdən  ibarət  tərtib  edilir. 

Onun  bir  surəti  işçiyə  verilir,  ikinci  sürət  isə  təşkilatın  kadrlar  şöbəsində  qalır. 

Müqavilə, təşkilat rəhbəri və işə götürülən işçi tərəfindən imza edilir. 

İş prosesində təsadüfi işlər yerinə yetirmək zərurəti yaranan hallarda təşkilat 

əmək  müqaviləsi,  vətəndaş-hüquqi  xarakterli  (podrat,  tapşırıq,  daşımaq,  əvəzli 

xidmət göstərmək və s.) müqavilə ilə işə işçi qəbul edir. 

Bir qayda olaraq idarəetmənin təşkilati strukturundan, istehsalın təşkilinin 

mürəkkəbliyindən, təsərrüfat subyektlərində sex, şöbə, ■filial, xidmətedici istehsalat 

və  təsərrüfatın  mövcudluğundan  asılı  olaraq,  yerli  normativ  aktlardan  istifadə 

etmək  zəruriyyəti  ortaya  çıxır.  Yerli  normativ  aktlara  təşkilatın  funksional 

bölmələri  (xidmətləri),  onların  filial  və  təsərrüfatları  haqda  əsasnamələri  daxil 

edilir.  Sözü  gedən  əsasnamə  bölmənin  (şöbənin,  xidmətin)  fəaliyyətinin  hüquqi 

nizama  salınmasını  müəyyən  edən  normativ  sənədləri  özündə  əks  etdirir.  Onda 

bölmənin  statusu,  idarəetmə  sistemində  onun  yeri  və  rolu,  işin  təsərrüfatdaxili 

təşkili  və  s.  göstərilir.  Qəbul  edilmiş  əsasnaməyə  müvafiq  olaraq  bölmənin  ştat 

cədvəli  işlənib  hazırlanır  və  təsdiq  olunur,  ona  həvalə  edilən  funksiyanın  yerinə 

yetirilməsinə görə məsuliyyətin səviyyəsi müəyyən edilir. 

Yerli normativ aktlara vəzifə borcunu, konkret vəzifəyə qəbul edilmiş işçinin 

vəzifəsini, məsuliyyət funksiyasını müəyyən edən vəzifə təlimatları eləcə də əməyin 

ödənişi sistemi, mükafatlandırma, ilin yekununa görə mükafatlandırma, iş stajına 

görə mükafatın ödənilməsi haqda əsasnamələr də daxil edilir. 

Normativ  sənədlərə  sosial  sığorta  fondu  hesabına  ödənişi  nizama  salan 

«Azərbaycan  Respublikasında  sosial  müdafiə  fondu  haqda»  qanun  və  bu  qanun 

əsasında  Respublika  sosial  müdafiə  fondu  tərəfindən  işlənib  hazırlanmış 

əsasnamələr, təlimatlar və digər sənədlər də daxil edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə