Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Əməyin ödənilməsi fizrə deponentlər və təhtəlhesab şəxslərlə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə78/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   74   75   76   77   78   79   80   81   ...   323

170 

Əməyin ödənilməsi fizrə deponentlər və təhtəlhesab şəxslərlə 

hesablaşmalardan başqa, təşkilatın işçiləri ilə hesablaşmaların başqa növləri də baş 

verir.  Malların  kreditə  satın  alınması,  fərdi  mənzil  və  kooperativ  tikintisinə 

ssudalarm alınması, ev təsərrüfatının düzəldilməsi, maddi zərərlərin ödənilməsi ilə 

əlaqədar olaraq bir çox hesablaşmalar meydana çıxır. Onların uçotu üçün 545 saylı 

«Digər qısamüddətli öhdəliklər» hesabından istifadə edilir. 

Malın kreditə əldə edilməsini istəyən işçilər malın kreditə alınması üçün öz 

təşkilatının  mühasibatından  arayış  götürürlər,  həmin  arayışda  onların  vəzifəsi, 

əmək  haqqısının  miqdarı,  malın  hardan  və  nə  əldə  ediləcəyi  haqda  məlumatlar 

göstərilir.  Malı  əldə  edən  zaman  arayış  mağazaya  təhvil  verilir.  Bundan  sonra 

mağaza  tapşırıq-öhdəlik  rəsmiləşdirərək  həmin  alıcının  işlədiyi  müəssisəyə 

göndərir.  Təşkilat  onun  işçilərinə  kreditə  satılmış  (kredit  hissəsinə)  mallara  görə 

ticarət  təşkilatına  çatası  məbləği  tamamilə  ödəyir.  Bu  məqsədlə  təşkilat  bankın 

müvafiq ssuda növündən istifadə edir. Bu ssuda işçinin əmək haqqından tutulmaqla 

ödənilir. Təşkilatın ssudadan istifadə etməsi hallarında mağazadan kreditə alınmış 

malların  dəyəri  əmək  haqqından  tutulduqca  ödənilir.  Bütün  bunlar  mühasibat 

uçotunda aşağıdakı yazılışlar verilməklə əks etdirilir

1)

 

Kreditə verilmiş mallara görə ticarət təşkilatının hesablaşma sənədlərinin 

ödənilməsi üçün 

545 saylı « Digər qısamüddətli öhdəliklər)) hesabının debeti 

502 saylı «İşçilər üçün qısamüddətli bank kreditləri)) hesabının krediti 

2)

 

Kreditə  alınmış  mallara  görə  işçilərin  əmək  haqqından  tutulan  məbləğ 

üçün 

533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddərli kreditor 

borcları)) hesabının debeti 

545 saylı «Digər qısamüddətli öhdəliklər)) hesabının krediti 

3)

 

Ssudanm ödənilməsi üçün 

502 saylı «İşçilər üçün qısamüddətli bank kreditləri)) hesabının debeti 

223 saylı «Bank hesablaşma hesablan)) hesabının krediti 

Təşkilatın  kreditə  satılmış  mallara  görə  mağazanın  borcunun  ödənilməsi 

üçün  bank  ssudasmıdan  istifadə  etməməsi  hallarında  işçilərin  əmək  haqqından 

tutulan məbləğ üçün aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir: 


171 

533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor 

borclan» hesabının debeti 

217  saylı  "Digər  qısamüddətli  debitor  borcları"  hesabının  krediti  (ticarət 

təşkilatının şəxsi hesablan üzrə). 

Tutulmuş  məbləğlər  mağazanın  hesabına  köçürülən  hallarda  aşağıdakı 

mühasibat yazılışı verilir: 

217 saylı "Digər qısamüddətli debitor borcları" hesabının debeti. 

223 saylı «Bank hesablaşma hesablan» hesabının krediti. 

Kreditə  mal  alan  işçilər  işdən  çıxan  zaman  tutulmayan  məbləğin  qalığı 

qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan qaydada tənzimlənir. 

Borcun tamamilə ödənilməməsi hallarında sözügedən hal haqda kreditə mal 

satan təşkilata məlumat verilməlidir. Ticarət təşkilatı ilə hesablaşma bank ssudası 

hesabına aparılan hallarda isə müvafiq məbləğin, bankın hesabına köçürülməsinə 

dair tələb olunan sənədlər müəssisəyə qaytarılmalıdır. 

Fərdi  və  kooperativ  mənzil  tikintisinə,  mal-qaranın  əldə  edilməsinə,  bağ 

evləri  və  sahələrinin  əldə  edilməsinə  yaxud  tikilməsinə  və  digər  mədəni-məişət 

tədbirlərinin  həyata  keçirilməsi  üçün  işçilərə  müəssisə  vəsaiti  və  bank  krediti 

hesabına borclar da verilə bilər. 

Borc almaq arzusunu bildirən işçilərin ərizə ilə təşkilat rəhbərliyinə müraciət 

edir və borcun bank krediti hesabına verilməsi hallarında bankdan borcun adma 

müvafiq kredit alınır. Bir qayda olaraq alınmış kredit məbləği hesablaşma hesabına 

daxil olmalı və ona 

223 saylı «Bank hesablaşma hesabları» hesabının debeti 

502  saylı  «İşçilər  üçün  qısamüddətli  bank  kreditləri»  hesabının  kreditinə 

yazılış tərtib edilir. 

Pulun kassaya daxil olması zamanı isə 

221 saylı «Kassa» hesabının debetində 

223  saylı  «Bank  hesablaşma  hesablan»  hesabının  kreditində  qeydiyyat 

aparılır. 

Borcun işçilərə verilməsi aşağıdakı kimi əks olunur: 

545 saylı «Digər qısamüddətli öhdəlikləri) hesabının debetində 

221 saylı «Kassa» hesabının kreditində yazılır. 

Fəhlə  və  qulluqçulardan  daxil  olan  növbəti  ödənişi  221,  223,  533  saylı 

hesabların  debetinə,  545  saylı  hesabın  kreditinə  yazılmaqla  uçotda  əks  etdirilir. 

Bank kreditlərinin ödənilməsinə isə belə köçürmə tərtib edilir: 


172 

502  saylı  hesabın  debetinə  223  saylı  hesabın  kreditinə  mühasibat  yazılışı 

tərtib olunur. 

Qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  pulun,  qiymətli 

kağızların 

çatışmaması,  maddi  qiymətlilərin  oğurlanması  və  korlanması 

nəticəsində  təşkilata  dəyən  zərər  məbləği  günahkar  şəxslərdən  tutulmalıdır. 

Təşkilata  dəyən  zərər  qanunvericilikdə  nəzərdə  tutulan  qaydalardan  başqa, 

çatışmayan, oğurlanan və ya korlanan qiymətlilərin uçot qiyməti ilə hesablanır. Bu 

hesablamaların uçotu üçün 545 saylı hesab tətbiq edilir. 

Günahkarlar tərəfindən ödənən zərərin məbləği üçün 221 saylı «Kassa» və 

ya  223  saylı  «Bank  hesablaşma  hesablan»  hesabının  debetinə  545  saylı  hesabın 

kreditinə mühasibat yazılışı verilir. 

Əmək haqqından tutulan məbləğlər aşağıdakı mühasibat yazılışı verilməklə 

əks etdirilir

533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borcları» hesabının debeti 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti. 

545  saylı  hesabda  əks  olunan  borclar  ödənildikcə  günahkar  şəxslərdən 

tutulan məbləğ və uçot dəyəri arasındakı fərqin müvafiq məbləği aşağıdakı yazılış 

verilməklə silinir. 

542 saylı «Gələcək hesabat dövrlərinin gəlirləri» hesabının debeti 

801 saylı "Ümumi mənfəət (zərər)" hesabının krediti. 

Zərərin  ödənilməsindən  günahkar  etiraz  edən  zaman  həmin  hal  barədə 

məhkəməyə  iddia  təqdim  edilir.  Təqdim  edilən  iddianın  tutulması  məhkəmə 

tərəfindən  imtina  edilən  hallarda  isə  zərər  məbləği  təqsirkarın  hesabına  bərpa 

edilməli və aşağıdakı mühasibat yazılışı verilməklə fəaliyyətə salınmalıdır: 

731 saylı “Sair əməliyyat xərcləri” hesabının debeti 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti. 

Sözügedən zərərin (çatışmamazlığın) silinməsi haqda təşkilat rəhbəri qərar 

qəbul edən zaman əməliyyatın yerinə yetirilməsi aşağı mühasibat yazılışı verilməklə 

rəsmiyyətə salınır: 

801 saylı "Ümumi mənfəət (zərər)" hesabının debeti. 

731 saylı “Sair əməliyyat xərcləri” hesabının krediti. 

545 saylı hesab üzrə analitik uçot müəssisənin işçiləri üzrə aparılır. 

Bazar 

münasibətləri  şəraitində  birgə  təşkilatlar,  səhmdar 

cəmiyyətləri. 

koopertivlər və i.a. yaradılan zaman onlar arasında baş verən

 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə