Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  məbrin  hesablanması  vo  köçürülməsi  qaydası  qanunvericilik  və  digər  normativ



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə77/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   73   74   75   76   77   78   79   80   ...   323

168 

məbrin  hesablanması  vo  köçürülməsi  qaydası  qanunvericilik  və  digər  normativ 

aktlarla nizama salınır. 523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabı 

üzrə  sintetik  və  analitik  uçot  8  saylı  jurnal-  orderdə  ödəmələrin  növləri  üzrə 

aparılır. 

Mühasibat  uçotunda  büdcədənkənar  və  digər  fondlara  hesablanmış 

ödəmələr aşağıdakı yazılışıla əks etdirilir: 

1)

 

İstehsal xərclərinə daxil edilənlər: 

202 saylı «İstehsal məsrəfləri» hesabının debeti 

523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti 

2)

 

Satış hesabına aid edilənlər: 

601 saylı «Satış» hesabının debeti 

523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti 

3)

 

Mənfəətdən ödənilənlər: 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 

523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti 

Bankdakı  hesablaşma  hesabının  çıxarışına  əsasən  köçürülən  məbləğlər 

hesablarda aşağıdakı kimi əks etdirilir: 

523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının debeti 

223 saylı «Bank hesablaşma hesablan» hesabının krediti və yaxud 501 saylı 

«Qısamüddətli bank kreditləri» hesabının krediti. 

Təşkilatlar müxtəlif əməliyyatlara görə büdcə ilə hesablaşma aparmalı olur. 

Büdcə  ilə  hesablaşmaların  əsas  hissəsini  ödəmələr  təşkil  edir.  Onların  siyahısı 

olduqca  genişdir.  Büdcəyə  köçürülən  ödəmələrin  mənbələri  də  müxtəlifdir. 

Ödənilmə mənbələrindən asılı olaraq büdcəyə ödəmələri aşağıdakı qruplara bölmək 

olar: 

a)

 

İşçilərin əmək haqqından tutulan vergilər (gəlir vergisi); 

b)

 

Məhsulların  maya  dəyərinə  daxil  edilən  vergilər  (torpaq,  fövqəladə  və 

ekoloji vergi); 

c)

 

Satışa aid edilən vergilər (əlavə dəyər vergisi, aksizlər); 

ç)  Təşkilatın  mənfəəti  hesabına  vergilər  (mülkiyyət  vergisi,  mənfəətdən 

(gəlirdən) vergi); 

d)

 

Maliyyə nəticələrinə aid edilən vergilər (cərimələr, iqtisadi sanksiyalar). 

Büdcə  ilə  hesablaşmalar  521  saylı  «Vergi  öhdəlikləri»  adlı  sintetik  passiv 

hesabda uçota alınır. Büdcəyə hesablanmış bu məbləğlər bu 


169 

hesabın kreditində, həqiqi köçürülmüş məbləğlər isə debetində əks etdirilir. 

521 saylı «Vergi öhdəlikləri» hesabı üzrə sintetik və analitik uçot, ödəmələrin 

növləri  üzrə  8  saylı  jurnal-orderdə  aparılır.  Ödəmənin  hər  bir  növü,  həmçinin 

ödəmə müddəti və hesabatın vergi orqanına təqdim edilmə müddəti müəyyən edilir. 

Adətən, rüb qurtardıqdan sonra hesablaşmalar dəqiqləşdirilir və artıq köçürülmüş 

məbləğlər  növbəti  hesabat  ayında  nəzərə  alınır,  əskik  köçürülənlər  isə  əlavə 

keçirilir. 

Mühasibat  uçotunda  büdcəyə  ödəmələrin  hesablanması  8  saylı 

jurnal-orderdə aşağıdakı yazılışlarla əks etdirilir: 

a)

 

işçilərin əmək haqqından tutulmuş gəlir vergisinin məbləği: 

533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli 

kreditor borclan» hesabının debeti; 

521 saylı «Vergi öhdəlikləri» hesabının krediti. 

b)

 

Məhsulların maya dəyərinə daxil edilən vergilərin və ödəmələrin məbləği: 

202 saylı «İstehsalat məsrəfləri» hesabının debeti 521 

saylı «Vergi öhdəlikləri» hesabının krediti 

c)

 

satılmış qiymətlilər üzrə əlavə dəyər vergisi: 

701 saylı «Satışın maya dəyəri» hesabının debeti; 

521 saylı «Vergi öhdəlikləri» hesabının krediti. 

ç) Təşkilatın mənfəətindən ödənilən vergi məbləği: 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 521 

saylı «Vcrgi öhdəlikləri» hesabının krediti. 

d)

 

maliyyə nəticələrinə aid edilən ödəmələr: 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 521 

saylı «Vergi öhdəlikləri» hesabının krediti. 

Büdcəyə hesablanmış və həqiqi köçürülmüş məbləğlər 2 saylı jurnal-orderdə 

aşağıdakı mühasibat yazılışı verməklə əks etdirilir: 

521 saylı «Vergi öhdəlikləri» hesabının debeti. 

223 saylı «Bank hesablaşma hesabları» hesanmın krediti Vergilər sintetik və 

analitik uçotda onların növləri üzrə 8 saylı jurnal-orderdə əks etdirilir. 

Büdcə  qarşısında  olan  borclar  bankların  kreditləri  hesabına  ödənilən 

hallarda,  müvafiq  olaraq  501  saylı  «Qısamüddətli  bank  kreditləri»  hesabında 

aşağıdakı yazılış verməklə rəsmiyyətə salınır. 

521 saylı «Vergi öhdəlikləri» hesabının debeti. 

501 saylı «Qısamüddətli bank kreditləri» hesabının krediti. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə