Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  uçot faizi və ya diskonl adlanır. Bu şəkildə banka verilən vekselin müddəti bir ilə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə73/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   69   70   71   72   73   74   75   76   ...   323

160 

uçot faizi və ya diskonl adlanır. Bu şəkildə banka verilən vekselin müddəti bir ilə 

qədər  olarsa,  veksel  saxlayan  onun  uçotu  üçün  501  saylı  «Qısamüddətli  bank 

kreditləri»,  bir  ildən  çox  olduqda  isə  401  saylı  «Uzunmüddətli  bank  kreditləri» 

hesabından istifadə edir. Bu halda həmin hesablara «Banklarda uçota alman veksel 

əvəzində alınmış kredit» subhesabı açılır. Diskont edilmiş veksellərin analitik uçotu 

aşağıdakı istiqamətlər üzrə aparılır; 

>

 

veksellərin uçotunu həyata keçirən banklar üzrə

>

 

ayrı-ayrı veksellər üzrə; 

>

 

vekselverənlər üzrə. 

Bu əməliyyatlar mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir: 

a)

 

ödəmə müddəti bir ildən artıq olan veksellərin uçotu zamanı: 

223 saylı «Bank hesablaşma hesabları» hesabının 1 və 2 saylı 

subhesablarının debeti və ya alınmış ssudanm faktiki məbləğinə 751 saylı «Maliyyə 

xərcləri» hesabının debeti - uçot faizi və bəzi digər xərclər 

401 saylı «Uzunmüddətli bank kreditləri» hesabının krediti. 

b)

 

veksel əvəzində qısamüddətli ssuda alındıqda. 

223  saylı  hesabın  1  və  2  saylı  subhesabmm  debetinə-alınmış  ssudanm 

məbləğinə. 

721 saylı «İnzibati xərclər» hesabının debeti - uçot faizinə (diskont məbləği). 

501 saylı «Qısamüddətli bank kreditləri» hesabının krediti. 

Vaxtı keçmiş ssudalar üzrə faizlərin məbləği istənilən halda xalis mənfəətə, 

yəni 542 saylı «Gələcək hesabat dövrünün gəlirləri » hesabının debetinə silinir. 

Əgər vekselin ödəmə vaxtı başa çatdıqdan sonra onu diskont etmiş bankdan 

etiraz  edilmiş  veksel  daxil  olmazsa  (və  ya  vekselin  ödənməsi  haqqında  bankın 

bildirişi  daxil  olarsa),  diskont  əməliyyatı  bağlanır.  Bunun  üçün  vekselin  məbləği 

mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir: 

501 saylı və ya 401 saylı hesabın debeti 

211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borclan» hesabının 

krediti 

Əgər  bank  uçota  aldığı  vekselin  ödəyicilər tərəfindən  vaxtında  ödənmədiyi 

səbəbi ilə veksel saxlayana etiraz edilmiş veksel göndərərsə, veksel saxlayan əvvəlcə 

bankdan  veksel  əvəzində  aldığı  pul  vəsaitini  banka  qaytarmalıdır.  Bu  əməliyyat 

üçün belə yazılış verilir: 


161 

501  saylı  və  ya  401  saylı  hesabın  debeti  223  saylı  hesabın  1  və  2  saylı 

subhesablarının  krediti  Bu  köçürmədən  sonra  malalan  və  sifarişçilərlə 

hesablaşmalar  üzrə  borcun  məbləği  debitor  borcu  kimi  müvafiq  hesabda  uçota 

alınmaqda davam edir. Bu cür məbləğlərin uçotu üçün 211 saylı hesaba  - «Etiraz 

edilmiş  veksellər  üzrə  malalan  və  sifarişçilərlə  hesablaş-  malar»  adlı  subhesabm 

açılması məqsədəuyğundur. Lakin vekselin məbləğinə iddia qaldırılması aşağıdakı 

əlavə yazılışla da əks etdirilə bilər: 

217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının debeti 234 saylı 

«Digər qısamüddətli investisiyalar» hesabının «Verilmiş borclar» subhesabı 

Müvafiq qərar qəbul olunduqdan və lazımi işlər yerinə yetirildikdən sonra 

veksellər üzrə borc əvvəlcədən yaradılmış ehtiyat hesabına şilinə bilər. Bu zaman 

aşağıdakı mühasibat yazılışı verilməlidir: 184 saylı "Digər uzunmüddətli maliyyə 

aktivləri " hesabının debeti 211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor 

borclari» hesabının "Etiraz edilmiş veksellər üzrə malalan və sifarişçilərlə 

hesablaşmalar" subhesabı. 

Əgər  əvvəlcədən  belə  bir  ehtiyat  yaradılmamışdırsa,  onda  həmin  borclar 

iddia müddəti başa çatdıqdan sonra maliyyə nəticələrinə (zərərlərə) silinir və onun 

üçün aşağıdakı mühasibat yazılışı tərtib olunur: 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 211 «Malalan və 

sifarişçilərin qısamüddətli debitor bocları» hesabının "Etiraz edilmiş veksellər üzrə 

malalan və sifarişçilərlə hesablaşmalar" subhesabının krediti. 

Vekselverən  vekselin  məbləğindən  faiz  də  ala  bilər.  Faizin  həddi  tərəflərin 

razılığı  ilə  müəyyən  edilir  və  vekselin  üzərində  göstərilir.  Əgər  başqa  müddət 

müəyyən  edilməmişdirsə,  onda  faiz,  vekselin  yazıldığı  tarixdən  hesablanmalı  və 

veksel məbləğinin ödəndiyi günə qədər davam etdirilməlidir. 

Faiz  həddi  vekselin  ödəmə  müddətindən  asılıdır.  Vekselin  yazıldığı  gün  ilə 

onun məbləğinin ödəndiyi gün arasındakı müddət nə qədər böyük olarsa, faiz həddi 

də  bir  o  qədər  yüksək  olur.  Bu  hədd  borclu  ilə  kreditor  arasındakı  müqavilədə 

göstərilir. 

Kreditə satılmış mallar üçün qısamüddətli veksel alındıqda, aşağıdakı kimi 

mühasibat yazılışı verilir: 

211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor bocları» hesabının 

debetinə- borcun və faizin məbləği. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə