Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  prosesi  nəticəsində  baş  verən  hər  cür  dəyişiklik  akspetdən  imtina  etmək  kimi



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə71/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   67   68   69   70   71   72   73   74   ...   323

156 

prosesi  nəticəsində  baş  verən  hər  cür  dəyişiklik  akspetdən  imtina  etmək  kimi 

qiymətləndirilir. Trassat ötürmə vekselin anjaq bir hissəsini aksept edə bilər. 

Veksel verildikdən sonra ödənişin vaxtı çatana kimi malın ödənişini aparmaq 

üçün malsatandan - veksel saxlayanda qala, digər təşkilata, yaxud şəxsə verilə, ya da 

bankdan kredit almaq üçün istifadə oluna bilər. 

Veksellər, həmçinin, aşağıdakı növlərdən ibarət ola bilər: 

kommersiya  vekseli  -  borc  alan  tərəfindən  malın  əvəzinə  zəmanət  kimi 

verilən veksel; 

bank  vekseli  -  xarici  müxbir  banklarda  həmin  ölkənin  bankları  tərəfindən 

qoyulan barat vekseli (tratta); 

xəzinə vekseli - öz xərclərini təmin etmək üçün dövlət tərəfindən buraxılan 

veksellər. 

Veksellərin  yuxarıda  göstərilən  növlərindən  təşkilat  həm  malgöndərən  və 

podratçılar,  həm  də  alıcı  və  sifarişçilərlə  hesablaşmalar  zamanı  istifadə edə  bilər. 

Veksellərlə  aparılan  əməliyyatların  mühasibat  uçotunda  əks  etdirilməsi  üçün  531 

saylı «Malgöndərənlər və podratçılara uzunmüddətli kreditor borcları » və 211 saylı 

«Alıcılann  və  sifarişçilərin  qısamüddətli debitor  borclan»  sintetik  hesabları  tətbiq 

edilir. Verilmiş və alınmış veksellərlə təmin olunmuş borcları tam əks etdirə bilmək 

üçün bu hesablara aşağıdakı xüsusi subhesablar açıla bilər: 

1.

 

Ödəmə  vaxtı  çatmamış  veksellər  üzrə  malgöndərənlər  və  podratçılarla 

hesablaşmalar

2.

 

Ödəmə vaxtı keçmiş, lakin ödənməmiş veksellər üzrə malgöndərənlər və 

podratçılarla hesablaşmalar; 

3.

 

Ödəmə  vaxtı  çatmamış  veksellər  üzrə  malalanlar  və  sifarişçilərlə 

hesablaşmalar; 

4.

 

Banklarda  diskont  edilmiş  veksellər  üzrə  malalanlar  və  sifarişçilərlə 

hesablaşmalar; 

5.

 

Pul  vəsaiti  vaxtında  daxil  olmamış  (etiraz  edilmiş)  veksellər  üzrə 

malalanlar və sifarişçilərlə hesablaşmalar və s. 

Bu subhesablar daxilində analitik uçot hər bir verilmiş və alınmış veksel üzrə 

aşağıdakı istiqamətlər üzrə aparılır: 

>

 

ödəmə vaxtı çatmamış veksellər üzrə malgöndərənlər və podratçılar; 

>

 

ödəmə  vaxtı  ötmüş,  lakin  ödənməmiş  veksellər  üzrə  malgöndərənlər  və 

podratçılar; 


157 

>

 

malalanlar  və  sifarişçilərdən  alınmış  kommersiya  kreditləri  üzrə 

malgöndərənlər və podratçılar; 

>

 

ölkədaxili və xarici veksellər. 

Veksellərlə  aparılan  əməliyyatların  uçotu  zamanı  əsasən  veksellərin  özünü 

deyil,  veksellərlə  təmin  edilmiş  borcların  düzgün  əks  etdirilməsinə  diqqət 

verilməlidir. 

Sadə veksellərin verilməsi və ötürmə veksellərin aspektləşdiril- məsi zamanı 

431 saylı hesab üzrə aşağıdakı daxili yazılış aparılır; 

>

 

"Malgöndərənlər  və  podratçılarla  inkasso  qaydasında  hesablaşmalar" 

subhesabı azaldılır. 

>

 

"Ödəmə vaxtı çatmamış veksellər üzrə malgöndərənlər və podratçılarla 

hesablaşmalar" subhesabı artırılır. 

Hazırda verilən veksellərin mühasibat uçotunda yazılış iki formada aparılır: 

504  saylı  «Qısamüddətli  borclar»  və  404  saylı  «Uzunmüddətli  borclar» 

sintetik hesablarından istifadə etməklə; 

bu  hesablar  tətbiq  edilmədən  birbaşa  531  saylı  «Malgöndərənlər  və 

podratçılara uzunmüddətli kreditor borcları», 201 saylı «Material ehtiyatları)), 223 

saylı «Bank hesablaşma hesablan)) vasitəsilə. 

Əvvəlcə  birinci  formanı  nəzərdən  keçirək: 

Göndərilmiş  material 

qiymətliləri üçün qısamüddətli veksellər verildikdə 

531 saylı «Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borcları)) 

hesabının debeti 

504 saylı «Qısamüddətli borclar)) hesabının krediti, bu borc üçün faizlərin 

məbləği maya dəyərinə aid edildikdə isə 721 saylı «İnzibati xərclər)) hesabının 

debeti 504 saylı «Qısamüddətli borclar)) hesabının (hesabın «Verilmiş veksellər)) 

subhesabı üzrə) krediti olur. 

Uzunmüddətli veksellər verildikdə: 

531 saylı «MalgöndərənIər və podratçılara qısamüddətli kreditor borcları)) 

hesabının debeti. 

404 saylı «Uzunmüddətli borclar)) hesabının kredit yazılışı aparılır. 

Verilmiş veksellə təmin olunmuş borc ödəndikdə aşağıdakı yazılış verilir: 

504  saylı  «Qısamüddətli  borclar))  hesabı,  yaxud  404  saylı  «Uzunmüddətli 

borclar)) hesabının debeti. 

223 saylı «Bank hesablaşma hesabları)) hesabının krediti, 

tkinci 

formanın tətbiqi zamanı uçot aşağıdakı kimi aparılır: 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə