Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  221  saylı  «Kassa»  və  ya  223  saylı  «Bank  hesablaşma  hesabları»  hesabının



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə80/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   76   77   78   79   80   81   82   83   ...   323

176 

221  saylı  «Kassa»  və  ya  223  saylı  «Bank  hesablaşma  hesabları»  hesabının 

debetinə, 217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının kreditinə yazılış 

verilir. 

Təşkilatın  balansında  real  debitor  borcu  qalmalıdır.  Bu  məqsədlə  ildə  bir 

dəfədən  tez  olmayaraq  debitor  və  kreditorlarla  hesablaşmaların  inventarlaşması 

aparılmalıdır. Debitor və kreditorlarla hesablaşmaların inventarlaşmasını aparmaq 

üçün  təşkilatlar  bir-birilərinə  şəxsi  hesablardan  kreditor  -  təşkilatlar  tərəfindən 

debitor təşkilatlara çıxarış göndərilir. 

Debitor  -  təşkilatlar  çıxarışı  alan  kimi  10  gün  ərzində  onları  yoxlamalı  və 

kreditorun borcunun qalığını təsdiq etməli və ya öz etirazını bildirməlidir. 

Fikir  ayrılığı  mövcud  olan  zaman  hər  bir  tərəfin  balansında  mühasibat 

qeydlərindən irəli gələn və düzgünlüyü qəbul edilən məbləğlər qalmalıdır. Maraqlı 

tərəf məsələləri həll etmək üçün aidiyyəti iqtisad məhkəməsinə müraciət etməli və 

debitorların  ödəmədiyi  və  bank  tərəfindən  inkassaya  qəbul  edilməyən  borcların 

tələb edilməsinə dair iddia təqdim etməlidir. 

Borclunun imkansızlığı haqqında məhkəmənin təsdiq etdiyi aktla müəssisəyə 

qaytarılan icra sənədləri üzrə tutulası borclar zərərə silinir. Bu borc debitorların 

əmlak  vəziyyəti  dəyişən  hallarda  onlardan  tutulur.  Mal-material  qiymətlilərinin 

çatışmaması, israf olunması və oğurlanması, tutulmasına dair təqdim olunan iddia 

sübut  olunmamasına  görə  məhkəmə  tərəfindən  imtina  olunan  borclar,  konkret 

günahkarlar  müəyyən  edilmədiyi  şəraitdə  material  qiymətlilərinin  çatış-  maması 

kimi balansdan silinməlidir. 

İddia  müddəti  keçmiş  debitor  borclarının  iddia  müddətinin  keçməsində 

günahkar olan şəxslər məsuliyyətə cəlb edilməklə zərərə silinir. 

Kreditor  və  deponent  borclarının  iddia  müddəti  keçən  hallarda  həmin 

müddətin keçdiyi aydan sonrakı ayın 15-dən gec olmayaraq təsərrüfat fəaliyyətinin 

nətijələrinə aid edilməli və ona aşağıdakı mühasibat yazılışı verilməlidir: 

531 saylı "Malgöndərənlərə və podratçılara qısamüddətli debitor borcları" 

hesabı hesabının debeti 

538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti. 


177 

İnventarlaşma zamanı aşkar edilən, tutulması ümidsiz olan debi- tor borcları 

təşkilat rəhbərinin qərarı ilə mənfəət, yaxud şübhəli borclar üzrə ehtiyat hesabına 

silinir. 

Müxtəlif  debitor  və  kreditorlarla  hesablaşmaların  sintetik  uçotu  8  saylı 

jurnal-orderdə,  analitik  uçot  isə  7  saylı  cədvəldə  aparılır.  Vaxtında  verilməyən 

deponentləşdirilmiş  əmək  haqqının  analitik  uçotu  2  saylı  "Verilməmiş  əmək 

haqqının reyestri" toplama cədvəlində və ya "Deponentləşdirilmiş əmək haqqının 

uçotu kitabında" aparılır. 

Təşkilat  rəhbərinin  qərarına  əsasən  tutulması  ümidsiz  olan  debitor 

borclarının  mənfəət  yaxud  şübhəli  borclar  üzrə  ehtiyat  hesabına  silinməsi 

mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir: 

801  saylı  «Ümumi  mənfəət  (zərər)»  və  ya  218  saylı  "Şübhəli  borclar  üzrə 

düzəlişlər" hesabının debeti 

538  saylı  «Digər  qısamüddətli  kreditor  borcları»  hesabının  krediti.  İddia 

müddəti  keçən  debitor  borclarının  silinməsi  üçün  aşağıdakı  əsas  sənədlər  elan 

edilmiş  məbləğlərin  tutulmasına  tam  yaxud  qismən  imtina  edilməsi  haqqında 

məhkəmənin  qərarından,  sifarişçilərlə,  malsatanlarla  və  digər  debitor  və 

kreditorlarla hesablaşmaların inventarlaşma aktlarından istifadə edilir. 

2.10. Pul vəsaitləri və hesablaşma əməliyyatlarının 

inventarlaşdırılması 

Əmlakın  və  öhdəliklərin  inventarlaşdınlması  qaydalarına  (qaydalar 

Maliyyə Nazirliyinin 03 iyul 2000-ci il i-107 saylı əmrlə təsdiq edilmişdir) müvafiq 

olaraq  ayda  bir  dəfədən  az  olmayaraq,  təşkilat  rəhbərinin  təyin  etdiyi  komissiya 

tərəfindən  kassanın  qəflətən  inven-  tarlaşması  həyata  keçirilir.  Kassanın 

inventarlaşması  zamanı,  onda  olan  pulların,  qiymətli  kağızların  və  digər 

qiymətlilərin faktiki mövcudluğu yoxlanılır. 

Kassadakı  pulların  faktiki  mövcudluğu  hesablanılan  zaman  pul  nişanələri, 

poçt markaları, dövlət rüsumunun markaları uçota alınır, müəyyən olunur və bu 

zaman onlar nominal dəyəri ilə qəbul olunur. 

İnventarlaşmamn  aparılması  prosesində  kassadan  pulların  borc 

götürülməsinə aid qəbzlər və digər sənədlər faktiki qalığa daxil edilmir. 


178 

İnventarlaşmanın  nəticələri  aktla  rəsmiləşdirilir.  Onda  inventarlaşma 

gününə 

qiymətlilərin 

mövcudluğu 

və 

uçot 

məlumatları 

göstərilərək 

inventarlaşmanın nəticəsi müəyyən edilir. 

Kassada  faktiki  mövcud  olan  pul  vəsaitlərinin,  mühasibat  uçotu 

məlumatlarından  kənarlaşması,  mərkəzi  inventarlaşma  komissiyasının  qərarına 

əsasən maddi məsul şəxsdən tələb olunur. Bu əməliyyat üçün aşağıdakı mühasibat 

yazılışı verilir; 

731 saylı «Sair əməliyyat xərcləri» hesabının debeti 221 

saylı «Kassa» hesabının krediti 

Kassir  çatışmamazlığın  səbəbləri  haqqında  izahat  verməli,  müəssisənin 

rəhbəri  isə  onun  tutulması  və  gələcəkdə  pul  vəsaitlərinin  mühafizəsinin  təmin 

olunması barədə müvafiq tədbir görməlidir. 

Kassada müəyyən edilən əskikgəlmə məbləğinin kassir tərəfindən ödənilməsi 

təsdiq  edildikdən  sonra,  onun  ondan  tələb  olunması  üçün  aşağıdakı  mühasibat 

yazılışı verilməlidir: 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının 2-ci «Dəymiş zərərə görə 

işçilərlə hesablaşmalar)) subhesabının debeti 731 saylı «Sair əməliyyat xərcləri)) 

hesabının krediti. 

Əskikgəlmə  üzrə  borcun  ödənilməsinə  verilmiş  məbləğə  aşağıdakı  yazılış 

verilməklə silinir: 

221 saylı «Kassa)) hesabının debeti 

545  saylı  «Digər  qısamüddətli  öhdəliklər))  hesabının  2-ci  «Dəymiş  zərərə 

görə işçilərlə hesablaşmalar)) subhesabının krediti 

İnventarlaşma  zamanı  kassada  aşkar  edilmiş  artıq  gəlmə  mədaxil 

edilməlidir. 

Bu zaman aşağıdakı mühasibat yazılışı verilir: 

221  saylı  «Kassa))  hesabının  debeti  801  saylı  «Ümumi  mənfəət  (zərər))) 

hesabının krediti. Hesablaşmaların inventarlaşması əmlakın və öhdəliklərin inven- 

tarlaşması qaydalarına müvafiq aparılır. Bu zaman debitor və kreditor borclarının 

reallığına xüsusi diqqət yetirilir. Bu zaman borcun əmələ gəlmə müddətləri, onun 

reallığı aşkar edilir və konkret tədbirlər planı hazırlanır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə