Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İstehsal  prosesində  məhsul  yaxud  yerinə  yetirilmiş  iş  üzrə  çıxdaş  məhsul



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə86/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   82   83   84   85   86   87   88   89   ...   323

189 

İstehsal  prosesində  məhsul  yaxud  yerinə  yetirilmiş  iş  üzrə  çıxdaş  məhsul 

müəyyən  edilən  hallarda  çıxdaş  məhsulun  və  onun  miqdarının  müəyyən  edilməsi 

üçün  akt  (cədvəl)  tərtib  olunur.  Çıxdaş  məhsul  üçün  akt  (cədvəl)  texniki  nəzarət 

şöbəsinin  (TNŞ)  nəzarətçisi  yaxud  digər  vəzifəli  şəxs  (usta,  briqadir  və  i.a.) 

tərəfindən  tərtib  olunur  və  bölmə  (sex,  sahə,  briqada,  iş  icraçısı  və  s.)  rəhbəri 

tərəfindən  imza  edilir.  Təqsiri  olmayan  işçi  tərəfindən  müəyyən  edilən  çıxdaş 

məhsulun dəyəri üçün xüsusi «Çıxdaş məhsulun düzəldilməsi ştampı» vurulmaqla 

naryad rəsmiyyətə salınır. İşçinin təqsiri üzündən müəyyən edilən çıxdaş məhsulun 

düzəldilməsi  üçün,  əmək  məsrəfləri  tələb  olunduğundan  aktın  tərtib  olunması  və 

çıxdaş məhsulun düzəldilməsinə naryadın rəsmiyyətə salınması məsləhət görülmür. 

cür halda, iş çıxdaş məhsul düzəldikdən sonra qəbul edilir. 

Əməyin  ödənişi  üzrə  ilkin  sənədlər  bir  qayda  olaraq  mühasibat  işçiləri 

tərəfindən deyil operativ-istehsalat işçiləri yaxud bu işin aparılması tapşırılan xüsusi 

vəzifəli  şəxslər  tərəfindən  yazılır.  Əmək  haqqını  düzgün  hesablamaq,  düzgün 

olmayan  qiymətlərin  və  hasilatın  yazılmasına  yol  verməmək,  sənədin  səliqəsiz 

yazılmasının  qarşısını  almaq  üçün  ilkin  sənədlərin  bütün  rekvizitlərinin 

doldurulmasını və yazılışların dəqiqliyini diqqətlə yoxlamaq lazımdır. 

İlkin  sənədlərin  keyfiyyətli  rəsmiyyətə  salınması  üzərində  nəzarət 

mühasibathğm hesablaşma şöbəsinin uçot işçilərinə həvalə edilir. Bu işçilər qiymət 

məlumat  kitabçasından,  tabeldən  və  digər  sənədlərdən  istifadə  edərək  əməyin 

ödənişi  üzrə  sənədlərin  rəsmiləşdirilməsinin  düzgünlüyünü  yoxlayır,  hesablama 

aparmaq üçün naryad və digər sənədlərin hesablaşma şöbəsinə verilməsini izləyir və 

onların  hərəkəti  üzərində  nəzarət  təşkil  edirlər.  Təhvil  verilmiş tabelə  (Ə-13  saylı 

forma)  əsasən  ödəniləsi  məbləğin  miqdarı,  şəxsi  hesabda  (Ə-54  saylı  forma), 

hesablama cədvəlində (Ə-51 saylı forma) yaxud haqq-hesab ödəmə cədvəlində (Ə-49 

saylı forma) müəyyən edilir. 

«Haqq-hesab  ödəmə  cədvəli»  (Ə-49  saylı  forma)  də  təşkilatın-  müəssisənin 

bütün işçilərinə çatası və veriləsi əmək ödənişinin hesablanması üçün tərtib olunur. 

Bu  sənəd  mühasibathğm  hesablaşma  şöbəsi  tərəfindən  bir  surətdən  ibarət  tərtib 

edilir. Bunun üçün şəxsi hesabın (Ə-54 saylı forma) məlumatları əsasən əsas mənbə 

kimi istifadə olunur. Haqq-hesab ödəmə cədvəli təşkilatın rəhbəri və baş mühasib 

tərəfindən imza edilir. 

«Hesablaşma cədvəli» (Ə-51 saylı forma) bir qayda olaraq iri təşkilatlarda 

istifadə olunur. Öz məzmununa görə o, əsas və əlavə (qoşma) vərəqələrdən ibarət 

olub jurnal formasını özündə əks etdirir. 


190 

Əsas vərəqə əməyin ödənişi üzrə hesablamaları və ondan aparılan tutulmaları, əlavə 

(qoşma)  vərəqə  isə  rüb,  yarım  illik  məlumatların  doldurulmasına  xidmət  edir. 

Bundan  istifadə  zamanı  şəxsi  hesabın  (Ə-54  saylı  forma)  aparılmasına  ehtiyac 

qalmır.  Hesablama  cədvəli  «Ödəmə  cədvəli»  (Ə-53  saylı  forma)  doldurmaq  üçün 

istifadə edilir. 

Ödəmə  cədvəlinin  titul  tərəfində  verilmiş  və  deponentləşdirilmiş  əmək 

ödənişinin  ümumi  məbləği  göstərilir,  tşçiyə  veriləsi  əmək  haqqı  vəkalətnamə  ilə 

apanlan zaman cədvəlin «Qeyd» sütununda təqdim edilən sənədin nömrə və tarixi 

göstərilməklə  xüsusi  qeydiyyat  aparılır.  Əmək  haqqısını  alan  bütün  işçilər  onun 

alınmasına imza etməlidirlər. 

Əmək müqaviləsi üzrə işin yerinə yetirilməsi icraçının hesab- namə-ərizəsinə 

əsasən  ödənilir.  Hesabnamə-ərizədə  ərizə  yazılan  təşkilat  rəhbərinin  soyadı  və 

insiah, ərizə verənin soyadı, adı, atasının adı, ünvanı, pasport məlumatları, ərizənin 

məzmunu və tarixi, onu verənin imzası göstərilir. 

3. 3. Əməyin ödənişi 

Təşkilat kollektivinin əməyinin ödənişi təsdiq edilmiş stavkalara (maaşlara) 

və işəmuzd qiymətlərə, əmək və yaxud podrat müqavilə və tapşırıqla işə götürülmüş 

şəxslər isə bu sənədlərdə nəzərdə tutulmuş şərtlərə müvafiq olaraq ödənilir. Stavka 

(maaş) və qiymət müəssisənin özü tərəfindən təyin edilir. Təsərrüfatçılığın konkret 

şəraitindən asılı olaraq bu stavka və qiymətlər dəyişdirilə bilər. 

Əməyin  ödənilmə  mənbəyi  tərkibi  Dövlət  Statistika  Komitəsi,  Maliyyə 

Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  və  Mərkəzi  Bankın 

«İstehsala yönəldilən vəsaitlərin tərkibi haqda» təlimatına uyğun müəssisənin özü 

tərəfindən təsdiq edilən əməyin ödənişi fondu hesab edilir. 

Təsdiq  edilmiş  smeta  və  qiymətlərlə  yanaşı  təşkilatlar  işçilərin  yüksək 

istehsalat göstəricilərinə nail olunmasına (səmərələşdirici təkliflərin işlənməsinə və 

tətbiq edilməsinə, vəsaitə qənaət olunmasına, qüsursuz işləməyə) görə mükafatların, 

gecə  və iş  vaxtından  sonra  görülən  işlərə,  istirahət  və  bayram  günlərindəki  işlərə 

görə ödənişlərin aparılmasını da nəzərdə tuta bilər. 

Təşkilatda  əsas  iş  növünü  yerinə  yetirməklə  yanaşı  digər  işlər  də  yerinə 

yetirilə və ya başqa əsaslarla əmək haqqı hesablana bilər. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə