Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Torpaq, tikili və avadanlıqlar, onlann gətirilməsi və qurulması üzrə xərcləri



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə123/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   119   120   121   122   123   124   125   126   ...   323

265 

Torpaq, tikili və avadanlıqlar, onlann gətirilməsi və qurulması üzrə xərcləri 

daxil etməklə, əldə edilməsinə və yaxud tikintisinə çəkilən məsrəflərdən ibarət olan 

bütöv manata qədər məbləğlərdə ilkin (inventar) dəyərlə uçota alınır. 

Torpaq, tikili və avadanlıqların ilkin dəyəri, bir qayda olaraq onlann bütün 

fəaliyyət  dövrü  ərzində  dəyişilmir.  Yalnız  kökündən  yenidənqurma  və  ya  yeni 

avadanlıqla  təmin  edilmə,  ya  da  ilkin  dəyərində  səhvin  aşkar  edilməsi  istisnalıq 

təşkil  edir.  Ümumiyyətlə,  yenidən  qiymətləndirmə  ancaq  hökumətin  qərarı  ilə 

həyata keçirilir. 

İlkin dəyər aşağıdakı düstur əsasında hesablanır: Td=Q+Nəq+Mon 

Burada İd - torpaq, tikili və avadanlıqların ilkin dəyərini; 

Q - avadanlığın alınma qiyməti; 

Nəq  -  avadanlığın  istehsalata  gətirilməsi  ilə  əlaqədar  olan  hazırlıq  və 

nəqliyyat xərcləri; 

Mon - tikinti-quraşdırma xərcləridir. 

Cari uçotda ilkin dəyərdən başqa torpaq, tikili və avadanlıqların qalıq dəyəri 

də müəyyən edilir. Torpaq, tikili və avadanlıqların qalıq dəyərini tapmaq üçün onun 

ilkin dəyərindən köhnəlmə məbləğini çıxmaq lazımdır. 

Avadanlıqların  istehsalı  və  eləcə  də  tikinti  işlərinin  aparılması  müxtəlif 

dövrlərdə əmək məhsuldarlığının, əmək haqqının və materiallar üçün qiymətlərin 

səviyyəsi dəyişilən şəraitdə aparılır. Ona görə müxtəlif vaxtlarda əldə edilmiş, yaxud 

istehsal  edilmiş  bircinsli  torpaq,  tikili  və  avadanlıqların  ilkin  dəyəri  əmək 

məsrəflərinin  müxtəlif  səviyyəsini  əks  etdirir,  yəni  eyni  növ  torpaq,  tikili  və 

avadanlıqların başagəlmə məbləği müxtəlif olur. 

Torpaq,  tikili  və  avadanlıqların  ilkin  dəyərini  və  qalıq  dəyərini  cari  uçot 

məlumatlarından istifadə etməklə  aşkar etmək mümkün olursa, ədalətli dəyəri isə 

yalnız torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi yolu ilə müəyyən 

edilir.  Torpaq,  tikili  və  avadanlıqların  yenidən  qiymətləndirilməsi  1925-ci  ilin 

oktyabrın 1-də aparılmışdır. Bu tarixə kimi təşkilatların balanslarında torpaq, tikili 

və avadanlıqlar həm əvvəlki çar valyutası ilə (qızıl manatla) və həm də qiymətdən 

düşmüş sovet valyutası ilə uçota alınırdı. Yenidən qiymətləndirmə sonra 1945-ci il 

yanvarın  1-nə  və  1960-cı  ilə  yanvarın  1-nə  olan  tarixə  aparılmışdır.  Texniki 

tərəqqinin yüksək templə inkişafı və planlaşdırmanın təkmilləşdirilməsinə  və 

istehsalın 

iqtisadi 

həvəsləndirilməsinin 

gücləndirilməsinə yönəldilmiş bir sıra iqtisadi tədbirlərin həyata 


266 

keçirilməsi  ilə  əlaqədar  olaraq,  1972-ci  il  yanvarın  1-nə  olan  vəziyyətə  növbəti 

yenidən qiymətləndirmənin aparılmasının vacibliyi ortaya çıxdı. 

Bərpa  (ədalətli)  dəyəri  dedikdə  müasir  şəraitdə  torpaq,  tikili  və 

avadanlıqların  həmin  obyektinin  əldə  edilməsi  və  ya  tikilməsi  üçün  lazım  olan 

məsrəf məbləğləri başa düşülür. 

Azərbaycan  Respublikasında  torpaq,  tikili  və  avadanlıqların  yenidən 

qiymətləndirilməsi  üç  dəfə  Nazirlər  Kabinetinin  aşağıdakı  müvafiq  qərarları  ilə 

həyata keçirilmişdir; 

1)

 

29 yanvar 1993-cü il tarixli 57 saylı qərar; 

2)

 

16 iyun 1994-cü il tarixli 238 saylı qərar; 

3)

 

2 avqust 1996-cı il tarixli 99 saylı qərar. 

1993-cü  ilin  yanvarın  1-nə  yenidən  qiymətləndirilmiş  torpaq,  tikili  və 

avadanlıqların  onların  bərpa  dəyəri  hesab  olunurdu.  1993-cü  il  yanvann  1  -dən 

sonra işə salınan torpaq, tikili və avadanhqlarmkı isə onun inventar dəyəri hesab 

olunurdu. 

Azərbaycan  Respublikasının  NK-nin  2  avqust  1996-cı  ildə  AR-də  torpaq, 

tikili  və  avadanlıqların  (fondların)  yenidən  qiymətləndirilməsi  haqqında  99  saylı 

qərarı olmuşdur. Torpaq, tikili və avadanlıqların balans dəyərinin mövcud bazar 

qiymətlərinə  uyğunlaşdınimasmı  və  özəlləşdirmə  prosesində  dövlət  əmlakının 

dəyərinin düzgün müəyyənləşdiril- məsini təmin etmək mülkiyyət formasından və 

fəaliyyət  növündən  asılı  olmayaraq  AR-də  olan  bütün  idarə  və  təşkilatlara 

tapşırılmışdır  ki,  1996-  cı  il  iyul  ayının  1-i  vəziyyətinə  mövcud  torpaq,  tikili  və 

avadanlıqların  bu  qərarda  təsdiq  edilmiş  Əsasnaməyə  uyğun  olaraq, 

indeksləşdirmə yolu ilə yenidən qiymətləndirilməsini həyata keçirsinlər. 

Həmin qərarda müəyyən edilmişdir ki, bütün təşkilatlarda torpaq, tikili və 

avadanlıqların yenidən qiymətləndirilməsi nəticəsində yaranan dəyər fərqi onların 

sərəncamında  qalır.  Bu  qərarda  torpaq,  tikili  və  avadanlıqların  vahidinin  və 

dəstinin  dəyərinin  minimum  həddi  100  manat  həcmində  limitləşdirilməsi  nəzərdə 

tutulmuşdur. 

Torpaq,  tikili  və  avadanlıqlann  yenidən  qiymətləndirilməsinin  nəticələri 

mühasibat uçotu və hesabatında aşağıdakı qaydada əks etdirilir. 

01 iyul 1996-cı ilə balansda olan əsas vəsaitlərin balans dəyərinə təyin edilmiş 

müvafiq  indekslər  (əmsallar)  tətbiq  etmək  yolu  ilə  yenidən  haqq-hesab  edilərək 

bərpa dəyəri müəyyənləşdirildikdən (yenidən qiymətləndirildikdən) sonra onların 

01 iyul 1996-cı ilə balans dəyəri ilə bərpa dəyəri arasındakı fərq (artım) 01 “Əsas 

vəsaitlər”,  eyni  zamanda  gələcəkdə  alınma  hüququ  olan  uzun  müddətə  icarəyə 

götürülmüş  əsas  vəsaitlər  üzrə  03  “Uzun  müddətə  icarəyə  götürülmüş  əsas 

vəsaitlər” hesa- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə