Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  və  nəqliyyatın  digər  növlərinin  hərəkət  edən  heyəti  (parovozlar,  elektrovozlar



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə122/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   118   119   120   121   122   123   124   125   ...   323

263 

və  nəqliyyatın  digər  növlərinin  hərəkət  edən  heyəti  (parovozlar,  elektrovozlar, 

teplovozlar,  vaqonlar,  gəmilər,  teploxodlar,  qoşqular,  barjlar,  avtomobillər, 

təyyarələr, vertolyotlar, arabalar və d. vəsaitlər). 

VI.

 

Alətlər 

-  xammalın,  materiallann,  yanmfabrikatlann  emalı  üçün 

ayrılmış  müxtəlif  alətlər  (əl  və  mexaniki  əmək  alətləri,  elektrik  dreli,  rəngləyici, 

elektrik  vibratoru,  kəsən  və  zərbə  endirən  və  basan  vəsaitlər,  sıxıcılar,  ştamplar, 

modellər); emal prosesində materiallann hərəkəti üçün müxtəlif qurğular aiddir. 

VII.

 

istehsalat  inventarları  və  ləvazimatları 

-  iş  vaxtı  istehsalat 

əməliyyatlarını  yüngülləşdirmək  üçün  xidmət  edən  istehsalat  təyinatlı  əşyalar  (iş 

stolu, dülgər və çilingər dəzgahı), əməyin mühafizəsində imkan verən avadanlıqlar, 

maye  və  dənəvər  materiallann  saxlanması  üçün  inventarlar  (baklar,  doqqazlar, 

çəlləklər və i.a.). 

VIII.

 

Təsərrüfat  inventarları  -  idarə  və  təsərrüfat  inventarları  (şkaflar, 

divanlar,  stollar,  kreslolar,  seyflər,  çoxaldıcı  aparatlar,  yazı  ma-  şmlan,  xalçalar, 

yanğın əleyhinə inventarlar). 

IX.

 

İş  heyvanları  və  məhsuldar  mal-qara 

-  atlar,  öküzlər,  dəvələr, 

inəklər, törədici - buğalar, marallar, dovşanlar, ana donuzlar, qoyunlar, keçilər və 

digər heyvanlar. 

X.

 

Çox  illik  əkmələr 

-  giləmeyvə  ağacları  və  kollan,  canlı  hasarlar, 

yaşıllıq və bəzək əkmələri və i.a. 

XI.

 

Torpağın  yaxşılaşdırılması  üzrə  əsaslı  xərclər 

(qurğulann 

yaradılması ilə əlaqədar olmayanlar) - torpaq sahələrinin hamarlanması, şum altına 

sahələrin  təmizlənməsi,  su  quyularının  təmizlənməsi,  qeyri-in-  ventar  xarakterli 

kapital qoyuluşları hesabına həyata keçirilən məsrəflər. 

XII.

 

Sair  tikili 

və 

avadanlıqlar 

-  kitabxana  fondu,  muzey  qiymətliləri, 

icarə  edilmiş  tikili  və  avadanlıqlara  çəkilən  məsrəflər  və  əvvəlki  qruplara  daxil 

olmayan xərclər. 

İstehsalat vəsaitlərinə həmçinin kənd təsərrüfatının, ticarətin, tikintinin və b. 

tikili  və  avadanlıqları  aiddir.  Uçotda  onlar  hər  hansı  bir  əlamətinə  bölünmədən, 

fəaliyyət göstərən sahələr üzrə yuxanda qeyd olunduğu kimi bütövlükdə göstərilir. 

Qeyri-istehsal  at  vəsaitləri  qrupuna  mənzil-kommunal  tosərrüfatımn  vo 

əhalinin  məişət  xidmətinin,  səhiyyənin,  bədən  tərbiyəsinin,  təhsilin,  mədəniyyətin, 

incəsənətin  və  digər  qeyri-istehsal  sahələrinin  torpaq,  tikili  və  avadanlıqlanm  aid 

edirlər. 

İstehsalat  və  təsərrüfat  fəaliyyətində  obyektlərin  istifadə  edilməsindən  asılı 

olaraq, fəaliyyətdə olan, ehtiyatda olan, fəaliyyətdə olmayan və icarədə olan tikili və 

avadanlıqların yüklənməsi və səmərəli istifadə edil- 


264 

məsi, köhnəlmiş vəsaitlərin dəyişilməsi imkanları, lazım olmayan vəsaitlərin başqa 

təşkilatlara verilməsi və ya satılması, habelə istehsal xərclərinə daxil edilmək üçün, 

köhnəlməsinin  düzgün  hesablanması  haqqında  informasiyalan  əldə  etmək  üçün 

lazımdır.  Bu  bir  də  ona  görə  lazımdır  ki,  amortizasiyanın  hesablanması  qrupun 

daxilində  müxtəlif  cür  aparılır.  Məsələn,  ehtiyatda  olan  torpaq,  tikili  və 

avadanlıqlara amortizasiya tamamilə bərpa hissəsində hesablanır; istismarda olan 

torpaq, tikili və avadanlıqlara amortizasiya nəinki tamamilə bərpa üçün hesablanır, 

həm  də  lazım  olanda  təmir  fondu  yaradılır;  konservasiyada  olan  tikili  və 

avadanlıqlara (hökumətin qərarı ilə) amortizasiya hesablanmır. 

Fəaliyyətdə olan tikili və avadanlıqlara istehsalat və təsərrüfat fəaliyyətində 

istifadə olunanlar aid edilir. Ehtiyatda olanlar təmir, modelləşdirmə və ya tamamilə 

çıxan  zaman  fəaliyyətdə  olanları  dəyişmək  üçün  istifadə  olunurlar.  Fəaliyyətdə 

olmayanlara hər hansı səbəbə görə istifadə olunmayan tikili və avadanlıqlar aiddir. 

Aidiyyətinə  görə  torpaq, tikili  və  avadanlıqlar  xüsusi  və icarə  edil-  mişlərə 

bölünürlər.  Xüsusi  tikili  və  avadanlıqlar  kommersiya  təşkilatının  balansında  əks 

olunur,  icarə  edilənlər  isə  başqa  təşkilata  məxsus  olur,  müəyyən  ödəmə  ilə 

müvəqqəti  istismar  olunur,  həmin  təşkilatda  amortizasiya  (köhnəlmə) 

hesablanmadan və ya cari icarədə uçota alınır. 

5.3.

 

Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi 

Torpaq,  tikili  və  avadanlıqlann  tənzimləşdirilməsi  və  uçota  alınmasında 

onların  düzgün  qiymətləndirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Torpaq,  tikili  və 

avadanlıqlar natural və dəyər göstəriciləri üzrə qiymətləndirilir. 

Torpaq,  tikili  və  avadanlıqlann  natural  göstəricilər  üzrə  uçota  alınması  və 

tənzimlənməsi  həmin  vəsaitlərin  texniki  tərkibini  müəyyən  etməyə,  təşkilatın 

istehsal güclərini hesablamağa, istehsal fondlarından səmərəli istifadə etmək üçün 

daxili  istehsalat  imkanlarını  aşkara  çıxarmağa  imkan  verir.  Torpaq,  tikili  və 

avadanlıqların dəyərlə qiymətləndirilməsinin də böyük əhəmiyyəti vardır. Torpaq, 

tikili  və  avadanlıqlann  dinamikası,  quruluşu,  həmin  vəsaitlərin  ümumi  məbləği 

dəyərlə  hesablanır.  Torpaq,  tikili  və  avadanlıqlar:  a)  ilkin  dəyərlə;  b)  ədalətli 

dəyərlə və 

c)

 

köhnəlmə dəyərini çıxmaqla hesablanmış dəyərlə (qalıq dəyəri ilə), balans dəyəri 

ilə, qiymətləndirilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə