Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə130/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   126   127   128   129   130   131   132   133   ...   323

279 

5.7.

 

Torpaq, tikili və avadanlıqların köhnəlməsinin 

(amortizasiyasının) uçotu 

Kommersiya  təşkilatlarında  torpaq,  tikili  və  avadanlıqlardan  səmərəli 

istifadə olunmasının bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi əhəmiyyəti vardır. 

Təşkilatın vəsaitləri istifadə olunduqca tədricən köhnəlir və onların dəyəri istehsal 

xərclərinin  tərkibinə  hissə-hissə  daxil  olur.  Bu  proses  “Məhsulun  (işin,  xidmətin) 

maya  dəyərinə  daxil  edilən  bəzi  xərclərin  tənzimlənməsi  haqqında”  AR  Nazirlər 

Kabinetinin 3 iyul 1997- ci il tarixli 71 saylı qərarı ilə nizama salmır. AR Maliyyə 

Nazirliyinin  1  iyun  1998-ci  il  tarixli  İ-46  saylı  əmri  ilə  təsdiq  edilmiş  “Köhnəlmə 

(amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə” təlimatda isə 

mülkiyyət növündən və təşkilat quruluşundan asılı olmayaraq bütün təşkilatlarda 

olan vəsait qrupları üzrə illik amortizasiya normaları müəyyənləşdirilir. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 iyul 1997-ci il tarixli 71 

saylı  qərarına  müvafiq  olaraq  1997-ci  il  iyun  ayının  1-dən  etibarən  mülkiyyət 

formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün 

təşkilatlar torpaq, tikili və avadanlıqlara köhnəlmə (amortizasiya) hesablanmasının 

yeni  (açıq)  metodunu  tətbiq  etməlidirlər.  Bu  metod  üzrə  amortizasiya  normaları 

aşağıdakı hədlər daxilində müəyyən edilir: 

-

 

binalar və onların struktur komponentləri - 5 faizə qədər; 

-

 

qurğular və onların struktur komponentləri - 7 faizə qədər; 

-

 

ötürücü qurğular və onların struktur komponentləri - 9 faizə qədər; 

-

 

maşın və avadanlıqlar - 13 faizə qədər; 

-

 

nəqliyyat vasitələri - 15 faizə qədər; 

-

 

istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları - 25 faizə qədər; 

-

 

torpaq  sahələrinin  yaxşılaşdırılması  üzrə  sərmayə  qoyuluşları,  iş 

heyvanları,  çoxillik  əkmələr  və  digər  əsas  vəsaitlər  (fondlar)  -  25  faizə 

qədər. 

Torpaq,  tikili  və  avadanlıqlar,  mənəvi  və  təbiətin  təsir  qüvvələri  ilə 

köhnəlirlər. 

Torpaq,  tikili  və  avadanlıqlar  işləməsindən  və  işləməməsindən  asılı 

olmayaraq  fiziki  köhnəlirlər.  Torpaq,  tikili  və  avadanlıqların  işləməyən  zaman 

fiziki köhnəlməsi atmosfer şəraitinin təsiri altında, habelə onların 


280 

hazırlandığı  materialın  daxili  quruluşunda  gedən  daxili  proseslər  nəticəsində  öz 

xassələrini  itirməsidir.  İşləməyən  torpaq,  tikili  və  avadanlıqlara  lazımi  qulluq 

etməmək onların qalmasına pis təsir göstərir və köhnəlmə prosesini gücləndirir. 

Torpaq,  tikili  və  avadanlıqların  istifadə  prosesində  onlann  fiziki 

köhnəlməsinə  aktivlərin 

5

diklənmə  dərəcəsi  və  keyfiyyəti,  texnoloji  proseslərin 

xüsusiyyətləri  və  xarici  şəraitin  təsirindən  aktivlərin  qorunma  dərəcəsi,  aktivlərə 

qulluğun  keyfiyyəti  və  onlara  xidmət  edən  fəhlələrin  ixtisası  kimi  bir  çox  amillər 

təsir göstərir. 

Maşınlar,  dəzgahlar  və  aktivlərin  başqa  növləri  nəinki  fiziki  cəhətdən 

köhnəlir,  həm  də  öz  texniki  xarakteristikası  və  iqtisadi  səmərəliliyinə  görə  geri 

qalmış olur və onlar mənəvi köhnəlirlər. 

Torpaq,  tikili  və  avadanlıqlann  köhnəlmə  dərəcəsinin  düzgün  uçotu  bazar 

iqtisadiyyatı şəraitində istehsalın iqtisadiyyatı üçün, torpaq, tikili və avadanlıqların 

bərpa  dəyərini  və  amortizasiya  ayırmalarının  ölçüsünü  müəyyən  etmək  üçün 

mühüm əhəmiyyətə malikdir. 

Torpaq, tikili və avadanlıqlann köhnəlməsi məbləğini uçota almaq və onların 

balans dəyərinin azalması miqdarını əks etdirmək üçün 112 saylı “Torpaq, tikili və 

avadanlıqlar - Amortizasiya” adlı kontraktiv hesabdan istifadə edilir. 

Təşkilatda  torpaq,  tikili  və  avadanlıqlar  məhsul  istehsalı  prosesində  uzun 

müddət  iştirak  edir  və  bir  neçə  dəfə  istehsal  dövründə  fəaliyyət  göstərib 

köhnəldikcə,  onlann  dəyərinin  bir  hissəsi  məhsula  keçir,  başqa  hissəsi  isə  əmək 

vasitələrində və deməli istehsal prosesində qalır. 

Buna  əsasən  təşkilatda  müntəzəm  olaraq  torpaq,  tikili  və  avadanlıqların 

köhnəlməsini məhsulun maya dəyərinə daxil edilməsi yolu ilə ödəmək lazım gəlir. 

Torpaq, tikili və avadanlıqlann dəyəri amortizasiya ayırmalarını müəyyən edilmiş 

normalarla istehsal xərclərinə daxil etməklə ödənilir. 

Sənaye  istehsalının  maddi-texniki  bazasının  sürətlə  inkişaf  etdiyi  dövrdə 

amortizasiya  normalannm  düzgün  müəyyən  edilməsi  xüsusilə  vacib  və 

əhəmiyyətlidir. 

Aktivin  amortizasiya  olunan  dəyərinin  onun faydalı istismar müddəti  üzrə 

ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya me- todlanndan istifadə 

edilə bilər. Belə metodlara düz xətt metodu, azalan qalıq metodu və istehsal vahidi 

metodu aiddir. Düz xətt metodu aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə 

onun  faydalı  istismar  dövrü  ərzində  daimi  ayırmalann  həyata  keçirilməsi  ilə 

nəticələnir.  Tutaq  ki,  təşkilatın  balansında  10  000  manatlıq  avadanlıq  var. 

Avadanlığın faydalı 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə