285
Müstəqil kalkulyasiya maddəsi kimi amortizasiya ayrıca göstərilməyən
sahələrdə istehsalat avadanlıqlarının və alətlərinin amortizasiya məbləği, sexlərin,
bina və təsərrüfat inventarlarının amortizasiya məbləği 202 saylı “İstehsalat
məsrəfləri” hesabının aynca 8-ci subhcsabının debetinə, ümumtəsərrüfat təyinatlı
(zavod idarəsi, anbarlar, zavod laboratoriyaları və b.) bina və qurğulann və
təsərrüfat inventarlarının amortizasiya məbləğləri 721 saylı “İnzibati xərclər”
hesabının debetinə yazılır.
5.8.
Torpaq, tikili və avadanlıqların təmirinin uçotu
Torpaq, tikili və avadanlıqlar istismar prosesində köhnəlir. Bu zaman
obyektin ayrı-ayrı hissələri öz xüsusiyyətlərini qeyri-bərabər itirir. Daha çox ağırlıq
düşən və ya başqalarından daha çox atmosfer təzyiqinə məruz qalan hissələr tez
köhnəlir.
Təşkilatın torpaq, tikili və avadanlıqlannı lazımi vəziyyətdə saxlamaq üçün,
onlara gündəlik səliqə ilə baxmaq və dövrü olaraq təmir etmək lazımdır. Torpaq,
tikili və avadanlıqların daimi işləməsini təmin etmək üçün təkcə istehsal prosesində
onların vəziyyətini sistematik olaraq gündəlik müşahidə etmək deyil, yuxarıda qeyd
edildiyi kimi həm də, dövrü olaraq təmir etmək lazımdır.
Bütün bunlar bu və ya digər obyektin tərkibinə daxil olan ayrı-ayrı qovşaq və
detalların qeyri-bərabər köhnəlməsindən irəli gəlir. Torpaq, tikili və avadanlıqların
təmiri layihələşdirilmiş xidmət müddəti ərzində onları normal vəziyyətdə saxlamaq
məqsədilə aparılır. Bundan əlavə təmir vəsaitlərə yaxşı münasibət bəslədikdə
onların xidmət müddətini uzadır. Torpaq, tikili və avadanlıqlann planlı-ehtiyat
təmiri sistemi ən mütərəqqi sistemdir. Bu zaman vəsaitlər onlann faktiki
vəziyyətindən asılı olmayaraq, qabaqcadan tərtib olunmuş qrafik üzrə təmir edilir.
Planlı ehtiyat təmiri, təkcə təmir işlərinin həyata keçirilməsini deyil, həm də
avadanlığın işləmə vaxtını tənzimləməyə, təmir üçün lazım olan ehtiyat hissələrini
qabaqcadan hazırlamağa, habelə sərf ediləsi pul vəsaitlərini normallaşdırmağa
imkan verir.
Təmirin dəyəri tənzimləşdirilən və uçota alınan zaman obyektlərin sayı və
adları təmirin növü və mürəkkəbliyi, ayrı-ayrı təmir vahidlərindən işin həcmi, təmir
prosesində avadanlığın boş dayanma vaxtı, müvafiq təmir növünə adam-saat hesabı
ilə sərf olunası iş vaxtı və əmək haqqı, material və ehtiyat hissələrinin sərf olunması
və digər xərclər müəyyənləşdirilməlidir.

Dostları ilə paylaş: |