Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Qeyri-maddi  aktivlərin  uçotu  üçün  mühasibat  uçotunun  hesablar  planında



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə141/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   137   138   139   140   141   142   143   144   ...   323

301 

Qeyri-maddi  aktivlərin  uçotu  üçün  mühasibat  uçotunun  hesablar  planında 

101  saylı  “Qeyri-maddi  aktivlər  -  Dəyər”  adlı  hesab  ayrılmışdır.  O  təşkilatın 

mülkiyyəti  olan  qeyri-maddi  aktivlərin  mövcudluğu  və  hərəkəti  haqqında 

informasiyanı  ümumiləşdirmək  üçün  istifadə  olunur.  Bu  hesab  aktivdir,  inventar 

hesabıdır.  Bu  hesabın  debet  qalığı  təşkilatın  sərəncamında  olan  qeyri-maddi 

aktivlərin obyektlərinin ilkin qalığını (dəyərini) və onların daxil olmasını əks etdirir, 

krediti üzrə isə onlann çıxması və silinməsi göstərilir. 

Qeyri-maddi  aktivlərin  analitik  uçotu  onların  növləri  üzrə  analitik  uçot 

kartoçkalarında aparılır. 

Qeyri-maddi aktivlər təşkilata aşağıdakı hallarda daxil olur: 

a)

 

səhmdar  cəmiyyətlərinin,  məhdud  məsuliyyətli  cəmiyyətlərin,  birgə 

təşkilatların  nizamnamə  kapitalına  qoyuluşları  kimi.  Belə  halda  onlann 

dəyəri tərəflərin razılığı ilə müəyyən edilir; 

b)

 

başqa təşkilat və şəxslərdən ödəmə hesabına daxil olan zaman - onların 

dəyəri faktiki məsrəflərdən asılı olaraq müəyyən edilir; 

c)

 

başqa təşkilat və şəxslərdən əvəzsiz olaraq daxil olan zaman - dəyəri 

ekspert yolu ilə müəyyən edilir; 

Qeyri-maddi aktivlərin mədaxil edilməsi aşağıda adları qeyd olunan müvafiq 

sənədlərin  əsasında,  yəni  istifadə  etmə  hüququ  olan  şəhadətnamənin,  patentlərin, 

proqramla təminatın işlənməsi üzrə işlərin qəbulu aktları, aktivlərin keçirilməsi və 

b. əsasında həyata keçirilir. Onlarda obyektlərin təsviri, onun ilkin dəyəri, istifadə 

qaydası, istismar müddəti əks olunmalıdır. 

Qeyri-maddi aktivlərin mədaxil edilməsi aşağıda adları qeyd olunan müvafiq 

sənədlərin  əsasında,  yəni  istifadə  etmə  hüququ  olan  şəhadətnamənin,  patentlərin, 

proqramla təminatın işlənməsi üzrə işlərin qəbulu aktları, aktivlərin keçirilməsi və 

b. əsasında həyata keçirilir. Onlarda obyektlərin təsviri, onun ilkin dəyəri, istifadə 

qaydası, istismar müddəti əks olunmalıdır. 

Qeyri-maddi  aktivlər  101  saylı  “Qeyri-maddi  aktivlər  -  Dəyər”  hesabında 

ilkin  qiymətlə  uçota  alınır.  O  aşağıdakı  qaydada  müəyyən  edilir.  Təşkilatın 

nizamnamə  kapitalına  təsisçilər  tərəfindən  onların  qoyuluşu  hesabına  keçirilən 

obyektlər  üçün  -  tərəflərin  razılığı  əsasında,  digər  təşkilatlardan  və  şəxslərdən 

ödəmə  hesabına  əldə  edilən  obyektlər  -  bu  obyektlərin  əldə  edilməsi  və  hazırlıq 

vəziyyətinə gətirilməsi üzrə faktiki çəkilmiş məsrəflərdən asılı olaraq, başqa təşkilat 

və şəxslərdən əvəzsiz olaraq alınanlar isə ekspert yolu ilə müəyyən edilir. 


302 

Əmlakın bu növü maddi quruluşa malik olmamağma baxmayaraq, təcrübədə 

bu  və  ya  digər  obyektin  təşkilata  faktiki  daxil  olması  və  istifadə  edilməsinə 

mühasibat  nəzarəti  haqqında  məsələ  meydana  çıxır.  Qeyri-  maddi  aktivlərin 

istənilən  obyektinin  mədaxil  edilməsi  müvafiq  ilkin  sənəd  əsasında  həyata 

keçirilməlidir.  Özünün  məzmununa  və  xarakterinə  görə  belə  sənədləşmə,  torpaq, 

tikili  və  avadanlıqların  qəbul  aktına  müvafiq  olmalıdır. Başqa  sözlə,  qeyri-maddi 

aktivlərin  obyektinin  qəbulu  haqqında  sənəd  onun  təşkilata  daxil  olması  və 

istismara  verilməsi  faktını  əks  etdirməlidir.  Mühasibat  uçotuna  qəbul  edilən, 

istənilən  qeyri-maddi  aktivlərin  obyekti,  obyektiv  formada  mövcud  olmalıdır. 

Məsələn,  əgər  iştirakçı  torpaqdan  istifadə  hüququnu  keçirirsə,  onda  bu  hüququn 

mədaxil edilməsi üçün əsas, iştirakçının torpaq sahəsinə hüququnu təsdiq edən və 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  rəsmiləşdirilmiş  müvafiq  sənəd  hesab 

olunur.  İxtiraçılığa  və  sənaye  nümunələrinə  hüququn  əldə  edilməsi  patentlə  və 

şəhadətnamə ilə və i.a. təsdiq edilir. 

c)

 

Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu 

Qeyri-maddi  aktivlər  -  təşkilatın  uzunmüddətli  məsrəfləri  olduğuna  görə 

gəlir  gətirməlidir  və  onlar  bu  funksiyanı  yerinə  yetirdikləri  üçün,  təşkilatın 

aktivlərinin  tərkibində  uçota  alınırlar.  Qeyri-maddi  aktivlərin  fəaliyyətinin 

hesablanmış müddəti ərzində onları amortizasiyalaşdırmaq, daha doğrusu, onların 

dəyərini  tədricən  buraxılan  məhsullara  keçirmək  lazımdır.  Qeyri-maddi  aktivlər 

üzrə köhnəlmənin həcmi, onlann ilkin dəyərindən və səmərəli istifadə müddətindən 

(təşkilatın fəaliyyət müddətindən çox olmayaraq) asılı olaraq hesablanmış normalar 

üzrə  tıər  ay  hesablanır.  Faydalı  istifadə  müddətini  müəyyən  etmək  mümkün 

olmayan qeyri-maddi aktivlər üzrə, köhnəlmə normaları 10 il müddətinə (təşkilatın 

fəaliyyət müddətindən çox olmayaraq) müəyyən edilir. 

Qeyri-maddi aktivlərin ilkin dəyəri, köhnəlmə hesablanmaqla və onu istehsal 

və  ya  tədavül  xərclərinə  daxil  etmək  yolu  ilə  ödənilir.  Köhnəlmənin  hər  aylıq 

məbləğinin  həcmi,  qeyri-maddi  aktivlərin  ilkin  dəyərindən  və  onların  səmərəli 

istifadəsinin  müddətindən,  şəxsən  həmin  növdən  olan  qeyri-maddi  aktivlərin 

təşkilata gətirdiyi gəlirin hansı müddətə olduğundan asılı olaraq, təşkilat tərəfindən 

müstəqil hesablanmış normalarla müəyyən edilir. 

Qeyri-maddi  aktivlərin  köhnəlməsinin  uçotu  üçün  102  saylı  “Qeyri-  maddi 

aktivlər  -  Amortizasiya”  hesabı  istifadə  olunur.  Bu  hesab  passivdir,  nizamlayıcı 

hesabdır.  Bu  hesabın  kredit  qalığı  istismarın  bütün  dövrü  ərzində  ödənilmiş 

məsrəfləri, qeyri-maddi aktivlərin istifadəsini. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə