299
yətinin mülkiyyətinə verilməsi deyildir. Təşkilat bu torpağı satmaq hüququna malik
olmadan ancaq istifadə edə bilər.-
Müəlliflik hüququ - elmi, ədəbi, musiqi və ya incəsənətin digər istehsalının
dərc edilməsi, ixracı və ya başqa cür istifadə edilməsinin tam hüququ deməkdir.
Sənaye nümunələrinə olan hüquq - istehsal-texniki təyinatlı mə- mulatlann və
xalq istehlakı mallarının xarici görünüşünü müəyyən edə bilən bədii-konstruktor
qərarlarının (dizayner) istifadə edilməsi deməkdir.
EHM-i üçün proqram məhsullarına - informasiyanın işlənməsi sistemlərinin
və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilindən ibarət olan, texniki və
istismar sənədlərinin toplusundan, habelə kompleks texniki və proqram
vəsaitlərindən ibrətdir.
Sənaye mülkiyyətinin obyektlərinə aşağıdakılar aid edilir: ixtiraçıhq hüququ;
sənaye nümunələri; əmtəə nişanları və xidmət nişanlan.
İxtiraçıhq hüququ - mülkiyyətçiyə təhkim olunan texniki həll olunmasına
verilən müstəsna hüquq deməkdir. İxtiraçıhq qorunmaq üçün müxtəlif sistemlərdən
istifadə
,olunur.
Onların arasında
ən
çox
yayılanı
-
ixtiraçılığın
patentləşdirilməsidir.
Əmtəə nişanları dedikdə - bir təşkilatın mallarının (və ya xidmətlərinin)
başqa təşkilatın oxşar mallanndan və ya xidmətlərindən fərqləndirmək üçün xidmət
edən işarələr başa düşülür. Onlar dil cavabı təsviri, həcmi və b. ola bilər.
Xidmət nişanları əmtəə nişanlarına bərabərdir - onlara əsas fəaliyyəti
müxtəlif xidmət göstərməkdən ibarət olan (mehmanxanalar, nəqliyyat təşkilatlan,
turist bürolan və i.a.) təşkilatlar tərəfindən istifadə edilənlər daxildir.
Birgə (səhmdar) təşkilatlann yaradılması dövründə meydana çıxan təşkilatı
xərclər məsləhətçilərin xidmətlərinə, reklam tədbirlərinə, qeydiyyat və digər
toplantılara, sənədlərin hazırlanmasına çəkilən xərclərdən və təşkilatın fəaliyyətinin
başlanğıc dövründə əməliyyat xərcləri və itkilərdən və təşkilatın hər bir
iştirakçısının təşkilatı xərclərinin başqa digər xərclərindən əmələ gəlir.
Birgə təşkilatlann fəaliyyətinin başlanğıc dövründə edilmiş müxtəlif cinsli
əməliyyat itkiləri də həmçinin təşkilat xərclərinə adi edilmir. Yuxanda göstərilən
xərclər mütləq qaydada müvafiq təsdiqedici sənədlərlə təsdiq olunmalıdır.
“Firmanın qiyməti” fəaliyyətdə olan bütöv bir təşkilatın alınması zamanı
meydana çıxır. Bir qayda olaraq belə təşkilatlar, onlann balans dəyəri ilə deyil,
bazar (hərrac) qiyməti ilə satılıb alınır, onun qiymətinin
300
həcmi təşkilatın gəlirliliyindən, onun istehsal etdiyi məhsulların bazardakı
nüfuzundan və başqa çoxlu amillərdən asılıdır. Təşkilatın alış dəyərinin
(bütövlükdə) onun bütün aktivlərinin cari dəyərindən artıq olması “firmanın
qiymətini” təşkil edəcəkdir, bu da mühasibat uçotunda və balansda qeyri-maddi
aktivlərdən biri kimi uçota alınacaqdır.
Qeyri-maddi aktivlərin obyektlərindən biri kimi, belə bir kateqoriyaya da,
yəni “goodwiH” (qudvil) kimi baxılır. Qudvilin ingilis dilində mənası “xoş məram”
deməkdir. Mühasibat uçotu üzrə ədəbiyyatda onun müxtəlif adma rast gəlmək olur:
firmanın qiyməti, firmanın şöhrəti, firmanın yaxşı adı, firmanın işgüzar əlaqəsi,
firmanın partnyorları və b. Öz məzmununa görə qeyri-maddi aktivlərin bu növü,
satın alman təşkilatın balansda əks olunan əmlakının qiyməti ilə, bu təşkilata görə
ödənilən faktiki qiymət arasındakı fərqi özündə əks etdirir. Qeyri-maddi aktivlərin
bu növü birgə təşkilatlar tərəfindən hər hansı bir başqa təşkilatı ancaq əldə edən
zaman meydana çıxır. Adətən, belə təşkilatlar onların balans dəyərləri ilə deyil,
onların gəlirliliyindən, bazardakı onun şöhrətindən və başqa çoxlu amillərdən asılı
olaraq bazar qiyməti ilə satılır. Yuxanda qeyd edildiyi kimi təşkilatın alış dəyərinin,
passivləri çıxmaqla onun aktivlərinin cari dəyərindən artıqlığı “firmanın qiymətini”
təşkil edir, bu da mühasibat uçotunda və balansda qeyri-maddi aktivlərdən biri
kimi uçota alınacaqdır.
Mühasibat uçotunda bütün qeyri-maddi aktivlər ilkin dəyərləri ilə, daha
doğrusu, onlann əldə edilməsinə, hüquqların qorunması ilə əlaqədar olan
məsləhətlərin alınmasına, marketinq tədqiqatına çəkilən xərcləri daxil etməklə
faktiki məsrəflərin məbləğləri ilə qiymətləndirilir.
Yuxanda qeyd olunanlardan göründüyü kimi, qeyri-maddi aktivlər dedikdə
uzunmüddətli məsrəflər başa düşülür, onlar uzun dövr ərzində təşkilatın
fəaliyyətinə münasibətdə olur, beləliklə də, uzun müddət gəlir gətirməlidir.
b)
Qeyri-maddi aktivlərin sintetik və analitik uçotu.
Qeyri-maddi aktivlər uzun müddət gəlir gətirmək vəzifəsini yerinə
yetirdiklərinə görə, onlan təşkilatın aktivlərinin tərkibində uçota almağın mənası
vardır. Onlar yüksək gəlir əldə etmək üçün şərait yaratmaq imkanından məhrum
olan kimi, bu cür aktivlərə çəkilən məsrəf balansın qeyri-real maddəsinə çevrilir. Bu
cür vəziyyət qeyr-maddi aktivlərin nəzərdə tutulan fəaliyyət müddəti ərzində
tədricən onlann dəyərini köhnəlmə hesablamaq yolu ilə istehsal xərclərinə daxil
etmək vacibliyi meydana çıxır.
Dostları ilə paylaş: |