Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hesablanmış köhnəlmə məbləğini əks etdirir. Hesabın debet dövriyyəsi isə - hesabat



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə142/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   138   139   140   141   142   143   144   145   ...   323

303 

hesablanmış köhnəlmə məbləğini əks etdirir. Hesabın debet dövriyyəsi isə - hesabat 

ayında 731 saylı “Sair əməliyyat xərcləri” hesabı ilə mü- xabirləşməklə silinən, çıxan 

obyektlər  üzrə  köhnəlmənin  silinməsi  göstərilir.  Kredit  üzrə  dövriyyə  -  hesabat 

ayında  202,  721,  242,  711  və  b.  hesablarla  müxabirləşməklə  hesablanmış 

köhnəlmənin məbləğini əks etdirir. 

101

 

saylı “Qeyri-maddi aktivlər - Dəyər” və 102 saylı “Qeyri-maddi aktivlər - 

Amortizasiya”  hesabları  üzrə  əməliyyatların  cari  sintetik  uçotu  13  saylı 

“jurnal-orderdə” aparılır. 

Qeyri-maddi  aktivlərin  hesablanmış  köhnəlmə  məbləği,  hər  ay  istehsalat 

məsrəflərinin (tədavül xərclərinin) uçotu hesablarının debetinə aid edilir. 

Qeyri-maddi aktivlərin ayrı-ayrı obyektləri üzrə köhnəlmənin hesablanması 

səmərəli istifadə müddəti ərzində həyata keçirilir. 

Qeyri-maddi  aktivlərə  köhnəlmənin  hesablanması  ilə  əlaqədar  olan 

əməliyyatın uçotda əks etdirilməsinin başqa qaydasından da istifadə etmək olar. Bu 

qayda  zamanı  həmin  əmlakın  hər  ay  dəyərinin  101  saylı  “Qeyri-maddi  aktivlər  - 

Dəyər” hesabından silinməsi nəzərdə tutulur. 

102

 

saylı  “Qeyri-maddi  aktivlər  -  Amortizasiya”  hesabı  üzrə  analitik  uçot 

qeyri-maddi aktivlərin növləri və ayn-ayn obyektləri üzrə aparılır. 

Ç) Qeyri-maddi aktivlərin çıxmasının uçotu. 

Qeyri-maddi aktivlər təşkilatdan aşağıdakı hallarda çıxır: 

a)

 

onların müqavilə, razılaşma dəyəri ilə satışı zamanı; 

b)

 

başqa təşkilatlara əvəzsiz verilməsi zamanı; 

c)

 

tamamilə köhnəlməsi və gəlirlik keyfiyyətini itirməsi ilə əlaqədar olaraq 

silinməsi zamanı; 

ç)  birgə  və  ya  törəmə  firmaların  və  səhmdar  cəmiyyətlərinin  və  b. 

qeyri-maddi aktivlərin obyektlərinin nizamnamə kapitalına qo- yuluşlan 

kimi keçirilən zaman. 

Çıxan qeyri-maddi aktivlərin silinməsi üçün əsas kimi verilmə aktlan, onlann 

silinməsi aktları, səhmdarların, məhdud məsuliyyətli cəmiyyətlərin iştirakçılannın 

iclas protokolları hesab olunur. 

Təşkilatın  qeyri-maddi  aktivlərinin  çıxmasının  uçotu  üçün  731  saylı  “Sair 

əməliyyat xərcləri” hesabı ayrılmışdır. Bu hesab təşkilata məxsus olan qiymətlilərin 

satışı  haqqında  informasiyaları  ümumiləşdirmək  üçün,  həmçinin  bu  qiymətlilərin 

satışından olan maliyyə nəticələrini müəyyən etmək üçün aynimışdır. 


304 

731  saylı  “Sair  əməliyyat  xərcləri”  hesabının  debetində  çıxan,  silinən 

aktivlərin faktiki  maya  dəyəri  və  onların  satışı  ilə  əlaqədar  olan  məsrəflər,  misal 

üçün,  satış  bazannın  öyrənilməsi  üzrə  xərclər  toplanır.  Buradaca  büdcəyə 

keçirilməli olan, qeyri-maddi aktivlərin satışına görə malalanlardan alınmış əlavə 

dəyər vergisi əks etdirilir. 

Bu  hesabın  kreditində  qiymətlilərin  satışından  əldə  edilən  vəsait,  daha 

doğrusu,  satılmış  əmlaka  görə  təşkilata  çatası  məbləğ  əks  olunur.  Qeyri-maddi 

aktivlərin  obyektlərinin  satışı  və  sair  çıxmaları  zamanı  bu  hesabın  kreditinə 

həmçinin köhnəlmə məbləği silinir. 

Beləliklə,  731  saylı  “Sair  əməliyyat  xərcləri”  hesabının  debet  və  kredit 

hissələrini  müqayisə  etmək  yolu  ilə  qeyri-maddi  aktivlərin  silinməsi  üzrə 

əməliyyatlarla əlaqədar mənfəət və ya zərəri müəyyən etmək olur. 

Qeyri-maddi aktivlərin təşkilatdakı hərəkəti ilə əlaqədar olan 

əməliyyatların mühasibat hesablarında əks etdirilməsi 

JVo


 

Əməliyyatların məzmunu



 

Müxabirləşən hesablar



 

Debet


 

Kredit


 

1

 

2

 

3

 

4

 

1.

 

Təsisçilər  tərəfindən  nizamnamə  kapitahna  onların  qoyuluşu 

hesabına qeyri-maddi aktivlər keçirilib:



 

 

 



a) mədaxil edildikdə

 

101


 

302


 

b) nizamnamə kapitalına aid edildikdə



 

302


 

301


 

2.

 

Başqa  təşkilat  və  şəxslərdən  ödəmə  hesabına  qeyri-  maddi 

aktivlər əldə edilib



 

101


 

221, 


223, 

531,538


 

3.

 

Kənar  təşkilatlardan  və  şəxslərdən  əvəzsiz  olaraq,  habelə 

hökumət  orqammn  subsidiyası  kimi  qeyri-  maddi  aktivlər  daxil 

olub

 

101


 

335


 

4.

 

Qeyri-maddi aktivlər təşkilatdan çıxmışdır

 

 

 



 

a) ilkin dəyəri



 

731


 

101


 

 

b) köhnəlmə məbləği



 

102


 

731


 

 

c) çıxan zaman zərər alındıqda



 

801


 

731


 

 

ç) çıxan zaman mənfəət əldə edildikdə



 

731


 

801


 

 

d) satışdan vəsait daxil olduqda



 

223


 

731


 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə