Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İnventarlaşma  vasitəsi  ilə  aşkar  edilən  və  müvafiq  aktla  rəsmiləşdirilmiş



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə139/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   135   136   137   138   139   140   141   142   ...   323

297 

İnventarlaşma  vasitəsi  ilə  aşkar  edilən  və  müvafiq  aktla  rəsmiləşdirilmiş, 

maddi məsul şəxsin günahı üzündən çatışmayan vəsaitin qalıq dəyəri 731 saylı “Sair 

əməliyyat  xərcləri”  hesabının  1-ci  subhesabının  kreditindən,  731  saylı  “Sair 

əməliyyat xərcləri” hesabının 9-cu sub- hesabmm debetinə silinir. Maddi cavabdeh 

şəxslərdən  tutulması  haqqında  qərar  qəbul  edildikdən  sonra  isə  545  saylı  “Digər 

qısa  müddətli  öhdəliklər”  hesabının,  2-ci  “Dəymiş  zərərə  görə  işçilərlə 

hesablaşmalar”  sub-  hesabının  debetinə,  731  saylı  “Sair  əməliyyat  xərcləri” 

hesabının kreditinə aid edilir. 

Çatışmazlığın konkret təqsirkarı müəyyən edilmədiyi halda, çatışmazlıq kimi 

məbləğlər sonradan 202, 721 saylı hesabların debetinə 731 saylı hesabın kreditinə 

aid edilir. 

5.11 Qeyri-maddi aktivlərin uçotu 

Qeyri-maddi aktivlər haqqında anlayış və uçot obyektləri 

Qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq,  xarici  hüquqi  şəxslər  və 

vətəndaşların  iştirakı  ilə  Azərbaycan  Respublikasının  ərazisində  səhmdar 

cəmiyyətlərinin,  habelə  birgə  təşkilatlann  əmlakının  tərkibində,  ölkə  təsərrüfat 

təcrübəsi  üçün  olduqca  yeni  olan  vəsaitlərin  qrupu  -  qeyri-maddi  aktivlər  və  ya 

fiziki əsasa malik olmayan aktivlər uçota alınır. 

Bazar iqtisadiyyatına keçməklə və təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi 

ilə  əlaqədar  olaraq,  mühasibat  sənədlərində  çox  tez-tez,  olduqca  yeni  anlayışlarla 

rastlaşınq.  Onlardan  biri  də  qeyri-maddi  aktivlərdir.  Bazar  iqtisadiyyatı 

qurulduqca və inkişaf etdikcə təşkilatın əmlakında qeyri-maddi aktivlərin payı və 

əhəmiyyəti  durmadan  artacaqdır.  Qeyri-maddi  aktivlər  təşkilatın  təsərrüfat 

vəsaitlərinin aynimaz tərkib hissəsi olur. 

Bazar  iqtisadiyyatına  keçid  şəraitinə  gəlir  gətirən  təsərrüfat  fəaliyyətinin 

aynimaz amili kimi qeyri-maddi aktivlər hesab olunur. 

Qeyri-maddi  aktivlər  dedikdə  -  sənaye  obyektlərinin  və  zehni  mülkiyyətin 

şərti  dəyərini,  həmçinin  koı^et  birgə  təşkilatın  və  ya  səhmdar  cəmiyyətinin 

mülkiyyət hüququnun obyekti kimi qəbul edilən, digər oxşar əmlak hüququnu da 

başa  düşürlər.  Qeyri-maddi  aktivlərin  əsas  xarakterik  xüsusiyyəti  aşağıdakılar 

hesab olunur: maddi-əmlak (fiziki) 


298 

quruluşlannm  olmaması;  uzun  müddət  ərzində  istifadə  edilməsi;  təşkilata  xeyir 

gətirmə qabiliyyətinin olması. 

Bazar iqtisadiyyatının inkişafı şəraitində təşkilatın əmlakında qeyri- maddi 

aktivlərin  payının  durmadan  artması,  texnoloji  dəyişikliklərin  sürəti  və  geniş 

əhatəliliyi ilə, informasiya texnologiyasının yayılması ilə, maliyyə münasibətlərinin 

inkişafı və mürəkkəbliyi ilə, konkurentlilik mülahizəsi ilə əlaqədardır. 

Qeyri-maddi  aktivlərə  fiziki  xassəsi  olmayan,  lakin  uzunmüddətli  dövr 

ərzində və ya daimi gəlir əldə etməyə imkanı təmin edən obyektlər aid edilir. Onlara 

təbii  ehtiyatlardan,  torpaqdan  istifadə  hüququnun,  ixti-  raçılıq  hüququnun, 

müəlliflik  hüququnun,  birgə  təşkilatların  yaradılması  dövründə  meydana  çıxan 

təşkilatı xərclər, patentlərin (ticarət və ya sənətlə məşğul olmaq üçün şəhadətnamə), 

əmtəə  nişanlannm,  “nou-  hau”ya  aid  hüququnun,  EHM-i  üçün  proqram 

məhsullannm,  sənaye  nümunələrinin,  ticarət  markalannm,  əldə  edilmiş  broker 

yerlərinin və ya broker yerlərindən istifadə hüququnun, “firmanın qiyməti” və b. 

dəyəri daxildir. 

Patentlər özündə qanunvericiliklə nəzərdə tutulan dövrdə məhsul- lann və ya 

proseslərin  istifadə  edilməsi,  istehsalı  və  satışının  hüquqi  cəhətdən 

möhkəmləndirilmiş müstəsna hüquqlarını əks etdirir. Patent hüquqları məsləhət və 

hüquqi  xidmətlərə,  sənədlərin  dərc  edilməsinə  və  çoxaldılmasına  və  b.  ödənilmiş 

yanaşı xərcləri də daxil etməklə, ödəmə hesabına müvafiq orqanlardan əldə edilir. 

“Nou-hau”ya  istehsalat-təsərrüfat  fəaliyyəti  prosesində  xeyir  gətirən  yeni 

texnologiyalar, texniki və başqa qərarlar daxildir. “Nou-hau” (ingilis dilində mənası 

“bilirəm  necə”dir  deməkdir)  bir  çox  cəhətdən  patentlərə  oxşayır,  lakin  onlardan 

fərqli  olaraq  “nou-hau”  təşkilatın  iştirakçıları  (təsisçiləri)  tərəfindən  təşkilatın 

fondlanna  (kapitalına)  özünün  maddi  qoyuluşlarını  həyata  keçirirlər.  Təşkilatın 

balansına  qəbul  edilən  “nou-  hau”-nun  dəyəri,  təsisçilərin  və  ya  iştirakçıların 

razılığı əsasında müəyyən edilir. 

Torpaq sahələrindən istifadə hüququ, xarici firmaların və ya vətən- daşlann 

iştirakı  ilə  birgə  təşkilatlann  nizamnamə  kapitalına,  ərazisində  təşkilat  yaradılan 

respublika  tərəfindən  iştirakçıların  (üzvlük)  haqlannm  hissəsini  təşkil  edir.  Bu 

hüquqlann dəyəri torpağın qiymətləndirilməsindən asılıdır və iştirakçılann razılığı 

əsasında müəyyən edilir. 

Nəzərdə  saxlamaq  lazımdır  ki,  torpaqdan  istifadə  hüququna  malik  olmaq 

həmin torpaq sahəsinin birgə təşkilatın və ya səhmdar cəmiy 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə