313
lərarası mal-nəqliyyat qaiməsini istifadə edirlər. Qaimələri bir qayda olaraq, dörd
nüsxədə yazırlar.
Kənd təsərrüfatı təşkilatları mal-nəqliyyat qaimələrini yükü göndərənlərdə
kənd təsərrüfatı məhsullannm düzgün silinməsi üçün və yükü alanlarda onların
mədaxil edilməsi, qiymətlilərə və onlann daşınmasına görə hesablaşmaların
aparılması üçün lazım olan bütün rekvizitlərin mütləq doldurulması ilə hər bir
nəqliyyat vasitəsinin getməsinə hər bir yük alan üçün ayrıca olaraq yüklərin
daşınmasına tərtib edirlər.
İribuynuzlu mal-qara fermasında sağılmış südü, südün sağılması uçotu
jurnalında uçota alırlar. Sağıcı qrupunun və ya maşınla südsağan ustaların
gündəlik süd sağımının uçotu üçün bu jurnal ayrılmışdır. Ay ərzində südün daxil
olması və sərf edilməsinin uçotunu ferma müdiri südün hərəkəti cədvəlində aparır.
Qırxım məntəqəsində yunun daxil olması və göndərilməsi uçotunu, yunun
daxil olması və göndərilməsini gündəliklərində aparırlar.
Qırxılmış yunu tədarük təşkilatlanna göndərərək, satın alma siyahısını tərtib
edirlər.
Quşçuluq fermalarında yumurtam kənd təsərrüfatı məhsullannm daxil
olması gündəliyi üzrə mədaxil edirlər. Onda hər gün fermada yu- murtalayan
toyuqların miqdarı, bütöv və sınıq şəkildə əldə edilən yumurtanın miqdarı, habelə
cavan quşlardan alınan yumurtanın miqdarı yazılır.
Hazır məhsulların, malların və onlann satışının sintetik uçotu üçün 204 saylı
“Hazır məhsul”, 205 saylı “Mallar”, 711 saylı “Kommersiya xərcləri” və 601 saylı
“Satış” sintetik hesabları ayrılmışdır.
204 saylı “Hazır məhsul” hesabı əsas aktiv hesab, hesab olunur və həm öz
istehsalından alman və satın alman hazır məhsulların uçotu üçün ayrılmışdır.
Məhsulları mədaxil edən zaman aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:
204 saylı “Hazır məhsul” hesabının debeti
202 saylı “İstehsalat məsrəfləri” hesabının krediti - bitkiçilikdən,
heyvandarlıqdan və sənaye istehsalından daxil olan məhsulların dəyərinə
Bu zaman, məhsul onu istehsaldan alan zaman onun təyinatı toxum və yem
kimi dəqiq müəyyən edilibsə, onda hesablarda bu cür mühasibat köçürməsi verilir:
201
saylı “Material ehtiyatlan” hesabının debeti,
202
saylı “İstehsalat məsrəfləri” hesabının krediti olur.
Məhsulları təmizlədikdən və onun məqsədli təyinatını müəyyən etdikdən
sonra aşağıdakı kimi mühasibat köçürməsi tərtib edilir:
314
201 sayh “Material ehtiyatlan” hesabının debeti - əgər məhsul toxum və
basdırma materialı kimi istifadə edilmək üçün ayrılırsa;
205 saylı “Mallar” hesabının debeti - əgər məhsul ictimai iaşə obyektlərinə və
özünün ticarət xidmətinə verilirsə,
204 saylı “Hazır məhsul” hesabının krediti olur.
Qiymətlilərin korlanmasından aşkar edilmiş çatışmamazlıqlann və itkilərin
uçot dəyəri ilə məbləğləri, onların istehsalat məsrəflərinə silin- məsindən və ya
günahkar şəxslərə aid edilməsindən asılı olmayaraq 731 saylı “Sair əməliyyat
xərcləri” hesabının debetinə 204 saylı “Hazır məhsul” hesabının kreditindən silirlər.
Kənd təsərrüfatı təşkilatlarında məhsulların satışının uçotu 601 saylı “Satış”
hesabında aparılır. Bu hesab aktiv-passiv, əməliyyat-nəticə və müqayisəedici
hesabdır. 601 saylı “Satış” hesabının debetində satılmış məhsulların, işlərin
(xidmətlərin) maya dəyəri və kommersiya xərcləri, kreditində isə - satılmış
məhsulların (işlərin, xidmətlərin) buraxılış dəyərini əks etdirirlər.
Məhsulların, işlərin və xidmətlərin maliyyə nəticələrini (mənfəəti (gəliri),
zərəri) hər ayda və ya rübdə 801 saylı “Ümumi mənfəət (zərər)” .hesabına silirlər.
VI
FƏSİL. KAPİTAL QOYULUŞLARI VƏ
MALİYYƏ İNVESTİSİYALARININ UÇOTU
6.1.
Kapital qoyuluşları, onların qruplaşdırılması və
qiymətləndirilməsi
Kapital qoyuluşları - əsas fondlann geniş təkrar istehsalına məsrəflər
deməkdir. Daha doğrusu, makroiqtisadiyyatın əsas fondlannm geniş təkrar
istehsalına və onlann keyfiyyətinin yaxşılaşdınimasına yönəldilmiş xərclər kapital
qoyuluşu adlanır. Onları yeni təşkilatların, bina və qurğulann tikilməsinə, yenidən
qurulmasına, mövcud təşkilatlann genişləndirilməsinə və yeni təchizat vasitələri ilə
təchiz
olunmasına,
habelə
avadanlıqların
yeniləşdirilməsinə
və
modernləşdirilməsinə istifadə edirlər. Kapital qoyuluşlarının tərkibinə tikinti və
quraşdırma işlərinin həyata
Dostları ilə paylaş: |